İtalyan Roma

Bu gün sizlərə CityBlog çərcivəsində Avropanın və eləcə də dünyanın ən gözəl şəhərindən biri olan Roma haqqında danışacağam. Bu şəhəri çox sevirəm.!Bu şəhəri mənə sevdirən ilk olaraq uşaqlıqdan Roma deyə çağrılmam olub 🙂

Roma Italiyanın paytaxtı və həm də Avropanın ən qədim şəhəridir. Roma İmperiyasının paytaxtı olan bu şəhər özündə çox qədim tarixi daşıyır ki, bu şəhəri “əbədi şəhər” və ya yeddi təpə üstündə olan şəhər” adlandırırlar.

Bu şəhər digər Avropa şəhərlərinə oxşarlığı olsa da onun tarixi zənginliyi və xüsusi gözəlliyi insanı heyran edir. 3 mln-dan çox əhaliyə malik bu şəhərdəki insanlar öz mehriban və qonaqpərvərliyi və eləcədə isti şərq xalqlarını xatırladırlar. Xarici görkəmdən də bizlərə çox oxşarlıqları vardır. Hal-hazır ki, dövürdə bildiyiniz kimi İtaliya iqtisadi böhran yaşayır. Romada müxtəlif tip hadisələr baş versə də Avropanın mədəniyyətinin və tarixinin mərkəzi olaraq şəhər bu mədəniyyət və tarixi saxlamağa müvəffəq olmuşdur.

Bu şəhərin adının mənşəyi yəqin sizə çox maraqlıdır. Hal hazırda dünyada bu şəhərin adını daşıyan 30 milyondan çox insan var, hələ ləğəbi Roma olanları nəzərdə tutmuram. 🙂

Beləliklə rəvayətə görə bu şəhərin əsası e.ə 753 -cü ildə Romul tərəfindən qoyulmuşdur.

Deməli belə, latınların paytaxtı Alba Lonqanın hakimi olan Numitorun qardaşı Amuli tərəfindən hakimiyyətin devrilməsindən sonra başlamıdır.  Qisasdan ehtiyat edən Amuli Numitorun qızı Rea Silvianın və Marsın oğulları Romul və Remi  səbətə qoyaraq Tibr çayına atır. Çayın sahilinə yan almış səbəti bir canavar taparaq əkizləri əmizdirir. Bir qədər sonra çoban canavarın əmizdirdiyi əkizləri aşkar edərək onları saxlayıb böyütmüşdr. Sonralar isə Mars əkizləri tapır.Bu әhvalatı bildikdən sonra Alba Lonqaya qayıdan əkizlər Amulini öldürüb Numitoru yenidən hakim edirlər və bundan sonra Mars onlara bir şəhər tikməyi tapşırır. Şəhər tikildikdən sonra ad qoymaqda və kimin hakim olacağını müəyyən etməkdə çətinlik çəkirlər. İki qardaş arasında fikir ayrılığı yaranır ki, onlardan biri şəhəri öz adını Rem digəri isə öz adını Romul qoymaq istəyir. Ortaq məxrəcə gələ bilməyən qardaşlar belə qərara gəlirlər ki, vuruşsunlar və kim sağ qalsa şəhər onun adını daşıyacaqdır. Vuruşmada Remi Romul öldürür və bundan sonra indi bildiyimiz Roma Romul adlandırılır. Roma sözü “hünərli, qoçaq “mənasını verir.

Rəvayətdə də gördüyümüz kimi bu şəhər iki qardaşın bir biririnin qanı bahasına başa gəlib. Bəlkə də rəvayətdəki Remi qalib gəlsəydi bu şəhər ya belə tarixə sahib olmazdı yaxuddakı, indi bütün Avropanın paytaxtı idi. Bilmək olmaz. Amma rəvayətə görə ən təəsüflüsü odur ki, bu şəhər qardaş qanı və qardaşın qardaş canına qəsdi (qardaş qatil olması) bahasına yaranı vә indiki Roma olub…

Roma bahalı şəhərlər sırasındadır. Gəlin bu şəhərin nәnәqliyyat vasitәlәrinin qiymətləri ilə tanış olaq.

Bildiyiniz kimi tarixi yerləri və bütün görməli yerləri gəzmək üçün biz nəqliyyat vasitələrindən, avtobus metro və tramvaylardan istifadə etməliyik.

Roma metrosu da ən rahat ictimai nəqliyyat sayılır. Belə ki, 2 A və B xətlərindən ibarətdir metroda gediş haqqı, birdəfəlik bilet 1euro, gündəlik 4 euro, həftəlik isə 16 euro-dur.

Roma tramvayı isə 6 xəttə malikdir ki, ümumi yolun uzunluğu 52 km-ə qədərdir. İndi təsəvvür edin ki, siz Romanı tramvaylarla gəzirsiniz. Buna nə qədər vaxt lazımdır yəqin ki, hesablasanız bilərsiniz. Avtobuslara gəldikdə isə təxmini metro qiymətləri ilə eyni və ya bir balaca baha olsa da ( dəqiq bilmirəm çünki istifadə etməmişəm) avtobusların hərəkət sistemi çox maraqlı və həddindən artıq dəqiqdir. Tablolarda göstərilən vaxtdan 10-15 saniyə belə gecikməzlər. Avtobusların intervalı isə 10-15 dəqiqə təşkil edir, avtobusların qət etdiyi yol uzunluğuna baxmayaraq.

Roma haqqında çox danışmaq olar. Amma danışmaqdansa, gedib gəzmək daha yaxşıdır. Çünki buna dəyər. Əgər gedib gəzmək nəsib olmasada hələki  Romanın gəzməli görməli yerlərinin şəkillərinə baxın. İnşAllah bütün istəyənlərə bu şəhəri görmək nəsib olar.

P.S. Romanın bəzi küçələri 100% içəri şəhər küçələrinə bənzəyir.

 

Hələlik növbəti bloqlarda görüşənədək….

 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next