İtaliyada təhsil ala biləcəyiniz universitetler

Bildiyimiz kimi İtaliyanın tarixi dünyanın ən zəngin və çeşidli tarixlərindən biridir. Cənubi Avropanın ürəyi sayılan bu ölkə, bir çox digər Avropa şəhərlərinə yaxınlığı yaxınlığı, iqlimi və mükəmməl aralıq dənizi sahilləri ilə diqqətləri öz üzərinə çəkir. Dünyanın ən qədim təhsil ocaqlarına ev sahibliyi etdiyindən son dövrlərdə təhsil sahəsində popyularlaşmağı da heç də təəccüblü hal deyil.

İtaliyada ali təhsil almaq istəyən tələbələr həm italiyan həm də ingilis dilində bu şansı əldə edə bilərlər. Tibb və memarlıq kimi fakültələr üçün İtaliya Təhsil Nazirliyi tərəfindən keçirilən müəyyən bir imtahandan keçmək şərti olmasına rəğmən, mühəndislik, dizayn və biznes sahələrində olan qəbul şərtləri universitetdən asılı olaraq dəyişməkdədir.

İtaliyada təhsil almaq arzulayanlar üçün 2018 QS Dünya Universitetlərinin reytinq cədvəlinə görə, İtaliyanın 7 universitetini sizlər üçün təqdim edirik.

  1. Politecnico Di Milano   

1863-cu ildə qurulan Milano Politekniko Universiteti İtaliyanın ən böyük, Milanın isə ən qədim universitetidir. Xüsusi ilə də dizayn və memarlıq üzrə şöhrət qazanmış bu universitetin Şimali İtaliyada yayılmış 7 kampusu vardır. Universitetin illik təhsil haqqı 900-4000 Avro arasında dəyişməkdədir. Beynəlxalq tələbələrə verilən Platinium, Gold və Silver olmaq üzərə 3 fərqli təqaüd proqramı mövcuddur. Qeyd edim ki, universitetdə bakalavr dərəcəsi daha çox italiyan magistr dərəcəsi isə demək olar hər bir ixtisas üçün həm ingilis həm italiyan dilində keçirilir.

2. Universita Di Bologna

İtaliyanın ən tanınmış universitetlərindən biri olan Bologna Universiteti 1088-ci ildə hüquq təhsili vermək üçün qurulmuş və dünyanın ən qədim universiteti hesab edilməkdədir. 14-cü əsrdən etibarən məntiq, astronomiya, tibb, fəlsəfə və filologiya kimi sahələrdə də təhsil verməyə davam edərək günümüzə qədər gəlib çıxan ən qədim universitetdir.

Ümumilikdə 5 kampusu olan bu universitetin 85 min tələbəsi vardir. İllik təhsil haqqı fakultədən asılı olaraq 1500 və 5000 avro arasında dəyişir. 3 illik bakalavr, 2 illik magistr dərəcəsi təklif edən bu universitetdə əsasən magistr fakulərəində ingilis dilində təhsil almaq mümkündür.

3. Scuola Normale Superiore Di Pisa 

QS reytinqində 192-ci yerdə olan və 1810 cu ildə qurulan bu dövlət universiteti təxminən 500 tələbəyə ev sahibliyi etməklə İtaliyanın ən kiçik universitetlərindən biridir. Xüsusi ilə fizika və astronomiya sahələrində ölkənin ən reytinqli universiteti hesab edilir. Təhsil sahələri 2 qrupa bölünən bu universitetdə Bəşəri Elmlər, Riyaziyyat və Təbiət Elmləri fakultələri Pizada , Sosial Elmlər inistutu isı Florensiyada yerləşir. Elmi araştırma etmək bu universitetin başlıca tələblərindən biri hesab edilir və digər İtaliyan universitetlərinin əksinə Scuola Normale nin öz təhsis etdiyi bir sistem vardır. Bu universitetə qəbul olmaq digər universitetlərlə müqaisədə daha çətindir və fərqli imtahanlardan uğurlu nəticə əldə etmək tələb edilir.

4. Sapienza- Universita Di Roma   

Dünya üzərində 223-cü sırada öz yerini tutan bu universitet 1303-cu ildə qurulmaqla dünyanın ən qədim universitetlərindəndir. 6 mini xarici olmaqla təxminən 110 min tələbəyə təhsil verən bu universitet 250 fərqli təhsil proqramı təşkil edir. Avropanın ən böyük təhsil mərkəzlərindən biridir. Arxeologiya, Fizika, Nano Texnologiya, Gen mühəndisliyi kimi sahələrin əsas götürüldüyü bu universitetdə 1 fakultə, 63 ixtisas və bir çox araşdırma sahəsi vardır. Universitetdə xidmət göstərən işçilərin ümumilikdə 6 Nobel mükafatı mövcuddur. Təhsil haqqı digər universitetlərə nisbətdə daha müvafiq hesab edilir (1200 avro ətrafında).

5. Politecnico Di Torino

1859-cu ildə qurulmuş bu universitet İtaliyanın ən yaxşı 2 texniki universitetindən biri hesab edilir. Memarlıq və mühəndislik sahələrində fərqlənən bu ali təhsil müəssisəsi 16% i xarici olmaqla 33 min tələbəyə ev sahibliyi edir. Yuxarıda qeyd edilən nəticə İtaliyada ən yüksək xarici tələbə göstəricisidir.

6. Universita Degli Studi Dİ Milano

QS reytinqində 325-ci yerdə qərarlaşan bu universitet 8 fakultə və 2 məktəbi ilə birlikdə məşhur bir araşdırma universiteti hesab edilir. Elmi araşdırmalara görə Avropanın öndə gedən təhsil ocaqlarındandır.

Milano universitetinin yerləşdiyi Milan şəhəri ölkə iqtisadiyyatının paytaxtı hesab edilir və innovativ investisiyaların ən çox edildiyi şəhərdir.

7. Universita Di Pisa

1343-cü ildə qurulan Pisa universiteti 58 bakalavr, 34 magistr, 31 doktorantura proqramı ilə İtaliyanın ən önəmli universitetlərindən biri hesab edilir. 56 min tələbəsi olan bu qurum fizika, astrofizika, mühəndislik, riyaziyyat və təbiət elmlərində öndə gedən universitetlərdəndir.

Piza Universitetinin ev sahibliyi etdiyi bir çox Nobel mükafatı qazanan alim vardır. Bunlardan ən önəmlisi burada təhsil alaraq professor olan tanınmış riyaziyyatçı Qalileo Qalileydir.  

 

 

Ünvan:  Nərimanov rayonu, Təbriz küç. 100A

Tel:   (012) 566 48 23

         (050) 787 57 66

email:   baba.karimli@celt.az

104 thoughts on “İtaliyada təhsil ala biləcəyiniz universitetler”

  1. Salam.İtaliyanin hansı unisinde bakalavr üzrə maliyyə təhsili almaq olar amma yaxşı uni olsun?
    Birdə maliyyəni bakalavr üzrə inglis dilində təhsili varmı İtaliyada?

  2. Salam.Bakalavrda BDU kimya muellimliyi ixtisasini bitirmisem.GPA 71.81dir.IELTS imtahanindan 7 alib italyada magistr kimya muhendisliyi oxuya bilerem?

    1. Salam. Mühəndislik normalda sizdən bakalavr mühəndislik istəyəcək. Universitetin dəyərləndirməsindən sonra məlum ola bilər. Core dərslər varsa qəbul edərlər əks halda etməyəcəklər

  3. SALAM.Bakalavr kimya ixtisasi olub. magistr üçün italiyada qida mühendisliyi oxumaq mümkündürmü ? Mümkündürse şertlerini deyerdiz zehmet olmasa

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next