İtaliyada Koronavirusdan sonra təhsil…

İtaliya – nəinki Avropanın, hətda bütün dünyanın mədəniyyət, incəsənət, arxitekturasının ilahəsi, əvəzedilməz incisidir…

Lakin 2019 – cu ilin sonlarından Çində vüsət alan Koronavirus pandemiyası İtaliyanı fəth etməkdən yan keçmədi. Hətda bu fəth elə bir həddə çatdı ki, xəstəliyə yoluxanların sayına görə 2-ci, bu xəstəlikdən ölənlərin sayına görə isə 1-ci yerə qədər yüksəldi. Son məlumatlara görə bütün ölkələr üzrə yoluxanların sayı 407 min nəfərdir və onların 70 minə yaxını məhz İtaliyada yoluxanlardır. Ölənlərin ümumi sayı 18 mindən çoxdur ki, bunun da 7 min nəfəri məhz İtaliyanın payına düşür… Bu dəhşətli rəqəmlər dünyanın incisi olan İtaliyanın gələcəyini, iqtisadiyyyatını çox böyük problemlərlə üzbə-üz qoyub. Ölkəyə çox böyük zərbələr vuran pandemiya ölkədəki təhsil ocaqlarından da yan keçməyib. Beləki, İtaliyada fəaliyyət göstərən 50-ə yaxın dövlət və 10 – a yaxın özəl universitetlərin hər birində təhsil tam dondurulub. Qəbul prosesinə çox böyük çətinliklər yaranıb. Bundan başqa mütəxəsisslərin ehtimalına görə pandemiya cərəyanı  İtaliyada hələ davam edəcəkdir… Lakin bu proqnozdur.

İtaliyada təhsil almaq arzusunda olan və yaxud bu il məhz İtaliyada təhsil ilə bağlı CELT-in Xaricdə Təhsil proqramına müraciət etmək fikrində olan çoxlu gənc var. Onlar İtaliyada təhsil almaq planı qururdular. Amma bu baş verən proseslər və hadisələr onların bu arzusunu və bu planını alt -üst edəcəkmi?

İtaliyada moda, dizayn, arxitektura sahələri üzrə təhsil almaq çox yüksək bir imicdir. Çünki bu sahələr İtaliyanın əsas incisidir. Koronavirusdan sonra İtaliya təhsilində nələr baş verəcək? Ümumiyyətlə İtaliyada təhsil almaq mümkün olacaqmı?

Əlbətdəki İtaliyada təhsil almaq mümkün olacaq. Universitetlərin fəaliyyətində çox böyük sıxıntılar yaşansa da universitetlər qəbul prosesini aparacaq. Lakin “Bu proses nə zaman başlayacaq? Hansı güzəştlər olacaq? Təqaüd proqramları olacaqmı?

Təhsil sahəsində fəaliyyət göstərən xarici mütəxəssislərin proqnozuna görə İtaliya universitetləri bu pandemiya nəticəsində öz aktuallığını bir müddətlik itirəcəkdir. Yəni xarici tələbələrin İtaliyaya axını çox zəifləyəcəkdir. Buna baxmayaraq bu problemlərin qarşısını almaq üçün İtaliya hökümətinin təhsil sahəsində müxtəli proqramlar həyata keçirəcəyi düşünülür. Bu proqramlar İtaliyanı üzləşdiyi çox böyük böhrandan xilas edəcəkdir. Özəl universitetlərdə təhsil haqqlarının aşağı endirilməsi və müxtəlif cəlbedici kampaniyaların keçiriləcəyi proqnoz edilir. Lakin bu proseslərin nə zamana kimi davam edəcəyi və yaxın zamanlarda nələrin baş verəcəyi məlum deyil. Koronavirsudan əvvəl İtaliya gənclərin xüsusilə Azərbaycan və digər bu kimi ölkələrdən olan gənclərin təhsil aldığı və təhsil almaq arzusunda olduğu ölkə idi. Koronavirusdan sonra nə baş verəcək? Əlbətdəki yenə də İtaliya gənclərin təhsil almaq istədiyi və gələcək üçün çox böyük imkanlar vəd edən arzuların reallaşacağı ölkə olacaqdır. Koronovirsudan əvvəl və sonra dəyişən sadəcə təcrübə olacaqdır. İtaliya bundan sonra daha təcrübəli və bəlkə də gələcəkdə baş verə biləcək belə bir pandemiyalara qarşı daha davamlı və təcrübəli ölkə olaraq daha az zərərə uğramış olacaqdır. Bilmək olmaz “Koronavirusla Mübarizə” dedikdə elə ilk ağıla gələn Çin yox, məhz İtaliya olacaqdır. Çünki hal-hazırda döğurdan da dünyada ən böyük mübarizəni məhz elə İtaliya aparır…

Odur ki, Koronavirusdan sonra İtaliyanın necə olacaq sualına qısa cavabımız belədir: Dünyanın ən ağır hadisələrini, fəlakətlərini yaşamış bir ölkəyə Koronavirus heç nə edə bilməz. Gələcək təhsilinizi İtaliyada və yaxud digər hansısa Avropa ölkələrində qurmaq istəyirsinizsə, bu istəyinizdən vaz keçməyin. Çünki Koronavirusdan əvvəl olan arzunuzu, koronavirusdan sonra real olmasına yalnız Siz səbəb ola bilərsiniz.

Xaricdə Təhsil üzrə 20 ilə yaxın təcrübəyə malik CELT öz peşəkar mütəxəssisləri ilə xidmətinizdədir. Özünüzün və ya övladınızın gələcəyinin daha işıqli olması üçün bizə müraciət edin.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe