Isveçrənin IMI – INTERNATIONAL MANAGEMENT INSTITUTE haqqında məlumat

İsveçrə…… Dünyanın ən gözəl ölkələrindən birində kim təhsil almaq istəməz ki? Ələxsus siz turizm sahəsində keyfiyyətli təhsil almaq istəyirsinizsə onda mütləq İsvəçrədə təhsil barədə düşünməlisiniz. 

 Turizm sənayesi gündən-günə böyüyən iqtisadi bazar payı, dayanıqlı inkişaf strategiyaları və artan dövlət qayğısı səbəbləri ilə son 10 ildə tələbələrdən böyük rəğbət görməkmədədir. Turizmə xüsusi ilə bakalavr səviyyəsində müraciətlərin çox olmasının bir digər səbəbi isə tələbələrin həm təhsil, həm səyahət, həm də fərqli təcrübələr qazanmaq üçün bu sahəyə böyük maraq duymasıdır. Turizm sahəsində işləmək sadəcə iş yox, eyni zamanda bir həyat tərzidir.

İndi isə “Turizm sahəsini harada oxusam Azərbaycana qayıtdıqdan sonra yaxşı iş imkanlarım ola bilər?” sualına keçək.Bu fərdən fərdə dəyişən məsələdir. Belə ki, sadəcə diplom almaq sizə nə Azərbaycanda, nədə başqa bir ölkədə birbaşa iş tapacağınıza zəmanət verməyəcəkdir. Turizm elə bir sahədirki, tələbələr həm təhsil müddətlərində həm də sonrasında öz üzərilərində işləməyə maraqlı olmadırlar. Mümkün bütün təcrübə şanslarını dəyəndirməli, məqsədlərinə çatmaq üçün girişkən olmadırlar. Turizm ixtisasına yiyələnmək istəyən gənclərin ən çox üz tutduğu istiqamətlər aşağıdakılardır:

  • Başda İsveçrə, İspaniya, İtaliya olmaqla Avropa ölkələri
  • Türkiyə
  • Amerika və Avstraliya

Alp dağlarının ətəklərində əsl turizm cənnəti kimi tanınan İsveçrə bu ixtisasa yiyələnmək istəyənlər üçün ideal seçim ola bilər. 5 ulduzlu otelləri, tətil və kurort zonaları ilə yanaşı, İsveçrə turizm universitetləri ilə də məşhurdur. Çoxillik qonaqpərvərlik təcrübəsi ilə bu otel və universitetlər həm təhsil həm də təcrübə qazanmaq üçün əvəzolunmaz şanslar vəd edir. Aşağıda sizə İsveçrənin ən reytinqli turizm universitetlərindən biri olan İMİ haqqında məlumat hazırlamışıq.

IMI – INTERNATIONAL MANAGEMENT INSTITUTE  

IMI – International Management Institute – İsveçrənin Horw şəhərində yerləşir. İsveçrə Beynəlxalq İdarəetmə İnstitutu baza səviyyəsindən magistr dərəcəsinə qədər qabaqcıl mehmanxana təhsili təklif edən unikal özəl universitetdir.  Universitet öz təhsil missiyasını aşağıdakı 5 maddə ilə ifadə edir.

1. Akademik keyfiyyət və valyuta

2. Həyat boyu peşəkar inkişaf və təlim

3. İnnovasiya, yaradıcılıq və müxtəliflik

4. Şəxsi məsuliyyət və mənsubiyyət

5. Ailə mühiti və fərdi yanaşma

Universitetin bir neçə bakalavr və magistr dərəcəsində olan proqramları var. 

Bakalavr pilləsi üzrə mövcüd olan proqramlar:

  • Culinary (Kulinariya)
  • Business/ Marekting (Biznes/ Marketing) 
  • Hospitality (Otelçilik)

Magistr pilləsi üzrə mövcüd olan proqramlar:

  • Hospitality & Events (Qonaqpərvərlik və tədbirlərin təşkil olunması)
  • Hotel and Events (Otelçilik və  tədbirlərin təşkil olunması) 
  • Culinary Arts (Kulinariya)

Universitetin eyni zamanda yay proqramları da mövcüddür. Qəbul sadəcə IELTS ilə aparılır və minimal 5.5 bal tələb olunur.

Müxtəlif universitetlər, fakültələr və proqramları haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, aşağıdaki nömrələrdən biri ilə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərsiniz. Əgər siz qəbul şərtləri , qəbul prosesi və ya ümumiyyətlə xaricdə təhsil planlarınız varsa, CELT Colleges Nərimanov şöbəsinə müraciət etməklə, keyfiyyətli xidmət əldə edəcəyinizə əmin ola bilərsiniz.

Ayla Sultanova

CELT Colleges Nərimanov

narimanov@celt.az

ayla@celt.az

+994 70 270 70 90

+994 12 566 48 23

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.