İsveçrədə Biznes Təhsili – SSBM Swiss School of Business and Management

SSBM Swiss School of Business and Management əsasən Geneva şəhərində yerləşir və dünyanın bir sıra nüfuzlu universitetlərinin yüksək təcrübəli müəllimləri olan unikal və innovativ beynəlxalq biznes və menecment universitetidir.

SSBM tədqiqat əsaslı bir universitetdir və tərkibində bəzi top universitetlərin fakültələrini birləşdirir. Universitetin 40 çox fərqli ölkədən olan beynəlxalq məzunları vardır.  Universitet mükəmməl tədqiqat, təcrübə və İsveçrə mükəmməlliyi olan təhsil təklif edir.

Univeristetin beynəlxalq və müxtəlif tələbə quruluşları, tanınmış müəllim heyəti tərəfindən dəstəklənir. Tələbələr bu müəllimlər tərəfindən aldıqları bilikləri iş dünyasında tətbiq etmək imkanı əldə etmək üçün həm yumşaq, həm də sərt bacarıqların yüksək səviyyəsinə yiyələnməyə təşviq edilirlər.

SSBM, BiznesMenecment sahələrində bakalavrdan doktorluğa qədər təhsil pillələri üzrə həm kampusda, həm də online şəkildə tədris olunan yüksək keyfiyyətli təhsil proqramlarına sahibdir. Univeristetdə online öyrənmə təcrübəsini artırmaq üçün Harvard və MIT tərəfindən də istifadə olunan ən yaxşı təhsil platformasından istifadə edilir.

SSBM beynəlxalq fakültəsi vasitəsi ilə ən yaxşı İsveçrə Keyfiyyətli Təhsilin veriləcəyinə zəmanət verir.

SSBM, bakalavr pilləsi üzrə təhsil almaq istəyən tələbələr üçün aşağıdakı iki təhsil proqramını təklif etməkdədir ki, bu proqramlar University of Chichester tərəfindən akkreditasiya edilmişdir.

– Bachelor of Business Administration
– Bachelor of Sports and Business Management

Qeyd olunmuş bakalavr proqramları üzrə təhsil müddəti 3 il davam etməkdədir və tədris tamamilə ingilis dilində aparılır. Tələbələr seçimlərindən asılı olaraq kampusda və ya online şəkildə təhsil ala bilərlər.

Bu proqramlara müraciət etmək üçün əsas tələblər hazır ki, təhsilinizi təsdiq edən müvafiq sənəd və ingilis dili biliyinizi təsdiq edən sertifikatın olmasıdır. Bundan əlavə şərtlərdən asılı olaraq müsahibə də tələb oluna bilər.

Proqramlar üzrə təhsil haqqı isə belədir:

– Bachelor of Business Administration – Birinci vəikinci il üçün təhsil haqqı 6.000 avro, üçün il üçün isə 4.950 funt təşkil etməkdədir.
– Bachelor of Sports and Business Management – Birinci vəikinci il üçün təhsil haqqı 6.500 avro, üçün il üçün isə 4.950 funt təşkil etməkdədir.

Swiss School of Business and Management, magistr təhsili almaq istəyən tələblər üçün müxtəlif şəkildə tədris olunan MBA proqramları təklif etməkdədir.

Global MBA, Executive MBA MBA in Sports Management proqramları tamamilə kampusda və ya tamamilə online şəkildə tədris olunmaqdadır. Bundan əlavə Blended MBAFlex MBA proqramları da vardır ki, bu proqramlar üzrə tədris metodu aşağıdakı kimidir:

– Blended MBA – 80 % campus və 20 online
– Flex MBA – 1 həftə kampus, geri qalanı online təhsil

MBA proqramlarına qəbul üçün əsasən Bakalavr təhsili, proqramdan asılı olaraq minimum 2-3 illik iş təcrübəsi və ingilis dili biliyini təsdiq edən sertifikat tələb olunur.

Proqramlar üzrə təhsil haqqı isə belədir:

– Blended MBA, Flex MBA – 14.000 avro
– Global MBA, MBA in Sports Management – 15.000 avro
– Executive MBA – 16.000 avro

Bundan əlavə universitet doktorluq pilləsi üzrə dissertasiya və tədqiqat yönümlü iki proqram təklif etməkdədir ki, bu proqramlar üzrə təhsil haqqı müvafiq olaraq 20.000 avro və 22.000 avrodur.

Onu da qeyd edək ki, SSBM bir çox dünya üzrə tanınmış şirkətlə əməkdaşlıq etməkdədir və bu da tələbələrə həm tahsil aldıqları müddətdə, həm də məzun olduqdan sonra bu şirkətlərdə təcrübə əldə etmək imkanı yaratmaqdadır.

Xaricdə təhsillə bağlı bağlı yeniliklərdən mütəmadi olaraq xəbərdar olmaq istəyirsinizsə, yan tərəfdə qeyd olunmuş keçidə daxil olaraq formumuza abunə ola bilərsiniz: bit.ly/3gtu2IV

Ətraflı məlumat və müraciət üçün:

CELT Colleges Sahil
Tel: (+994 12) 493 48 18
Mob: (+994 51) 492 02 89
sahil@celt.az
elgunk12.sg-host.com
Ünvan: 113 Həzi Aslanov küçəsi, Bakı, Azərbaycan AZ1095

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next