İsveçrədə Biznes Təhsili – SBS Swiss Business School

SBS Swiss Business School 1998-ci ildə İsveçrədə biznes təhsili verən özəl universitet kimi yaradılmışdır. Universitet 2018-ci ildə Zürich şəhərində yerləşən SBS Park adlı kampusuna köçmüşdür. Bundan əlavə universitetin Hong Kong, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Latviya, Qazaxıstan və başqa ölkələrdə də bağlı olduğu biznes məktəblərinin kampusları vardır.

SBS, tələbələri Qlobal İqtisadiyyatın karyeraları üçün üçün hazırlamağa yönəlmiş menecment müəssisəsidir. Universitet beynəlxalq menecment, maliyyə, marketinq və digər bu kimi sahələrdə ixtisaslaşmış proqramlar təqdim edir.

SBS, British Accreditation Council tərəfindən müstəqil bir Ali Təhsil Təşkilatı olaraq akkreditə edilmişdir. Universitet həmçinin ABŞ-ın CHEA qurumu tərəfindən tanınan IACBE və ACBSP geniş akkreditasiya qurumları tərəfindən ikiqat akkreditə olunur. Bundan əlavə, SBS, həmçinin eduQua, Ali Təhsildə İsveçrə Keyfiyyəti Təminatı tərəfindən təsdiqlənmişdir.

Universitetin tələbələrinin yarısından çoxunu Avropa, Asiya və Latın Amerikasından gələn beynəlxalq tələbələr təşkil edir. SBS Swiss Business School adından da göründüyü kimi əsasə Biznes və İdarəetmə sahəsi üzrə ixtisaslaşmışdır və tələbələrə əsasən bu sahələr üzrə yüksək keyfiyyətli təhsil ala biləcəkləri Bakalavr, Magistr və Doktorluq proqramları təklif edir.

SBS, bakalavr pilləsi üzrə təhsil almaq istəyən tələbələrə Business Administration proqramını təqdim edir ki, tələbələr bu proqram daxilində 3 fərqli bölümdən – International Management, Enterpreneurship və Marketing bölümlərindən birini əsas olaraq seçə bilirlər. Universitet magistr təhsili almaq istəyən tələbələr üçün isə International Relations ixtisası üzrə proqram təklif edir. Hansı ki, bu proqram iqtisasiyyatdan mədəniyyətlərarası liderliyə qədər qlobal biznes məsələlərinin araşdırılmasını təmin edir.

Bundan əlavə SBS Swiss Business School, Full-time MBA, Global MBA, Executive MBA, Flex MBA və Online MBA proqramları üzrə təhsil təklif edir ki, bu proqramlar İsveçrə daxilində və xaricində bir çox reytinq cədvəllərində yüksək pillələrdə yer almaqdadır.

Qəbul şərtləri və illik təhsil haqqı

Universitetə müraciət etmək istəyən tələbələrin qarşılmalı olduğu, universitet tərəfindən təyin edilmiş əsas tələblər vardır. Təhsil pillələri üzrə əsas tələblər aşağıda qeyd edildiyi kimidir.

Bakalavr üçün əsas tələblər:

Tələbənin orta məktəb təhsilini bitirdiyini təsdiq edən müvafiq sənəd
– IELTS 6.5+ / TOEFL 90+
– SAT 1200+ (əgər mövcuddursa)
– Universitet nümayəndəsi ilə müsahibə

Magistr üçün əsas tələblər:

– Uyğun sahə üzrə bakalavr təhsili
– SBS daxili qəbul imtahanını müvəffəqiyyətlə keçmək
– Universitet nümayəndəsi ilə müsahibə
– IELTS 6.5+ / TOEFL 90+

MBA üçün əsas tələblər:

– Uyğun sahə üzrə bakalavr təhsili
– SBS daxili qəbul imtahanını müvəffəqiyyətlə keçmək
– Universitet nümayəndəsi ilə müsahibə
– GMAT 550+
– Minimum 2 illik iş təcrübəsi

Swiss Business School’da təhsil haqqı illik olaraq deyil semesterlik olaraq nəzərdə tutulmuşdur. Bakalavr pilləsi üçün təhsil haqqı birinci və ikinci semester üçün 8.500 İsveçrə Frankı, digər semetesterlər üçün isə 10.000 İsveçrə Frankı təşkil edir.
Magistr pilləsi üzrə təhsil 2 il davam edir və hər bir semester üzrə təhsil haqqı 6.500 İsveçrə Frankı’dan ibarətdir.

MBA proqramları üzrə təhsil haqqı isə aşağıdakı kimidir:

Full Time MBA – 6.500 İsveçrə frankı (hər bir semester üçün)
– Executive MBA – hər bir modul üçün 2.000 İsveçrə frankı (ümumilikdə 12 modul)
– Online MBA – hər bir kurs üçün 1.000 İsveçrə frankı (ümumilikdə 15 kurs)
– Flex MBA – hər bir kurs üçün 1.900 İsveçrə frankı (ümumilikdə 15 kurs)
– Global MBA – Bu proqram üç fərqli ölkədə keçirildiyi üçün təhsil haqqı hər bir universitet üçün fərqlidir.

İsveçrənin maliyyə və iqtisadiyyat paytaxtı Zurich şəhərində biznes sahəsi üzrə yüksək keyfiyyətli təhsil almaq istəyən tələbələr üçün Swiss Business School ən ideal seçimlərdən biridir.

Xaricdə təhsillə bağlı bağlı yeniliklərdən mütəmadi olaraq xəbərdar olmaq istəyirsinizsə, yan tərəfdə qeyd olunmuş keçidə daxil olaraq formumuza abunə ola bilərsiniz: bit.ly/3gtu2IV

Ətraflı məlumat və müraciət üçün:

CELT Colleges Sahil

Tel: (+994 12) 493 48 18
Mob: (+994 51) 492 02 89
sahil@celt.az
elgunk12.sg-host.com
Ünvan: 113 Həzi Aslanov küçəsi, Bakı, Azərbaycan AZ1095

2 thoughts on “İsveçrədə Biznes Təhsili – SBS Swiss Business School”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next