İstanbulda təhsil alaraq İngiltərə diplomunu necə ala bilərəm?

Hər il yüzlərlə tələbə xarici ölkələrə təhsil almağa üz tutur. Xaricdə təhsil almaq üçün səbəblər çoxdur – İngilisdilli mühitdə olmaq, beynəlxalq ortamlarda olmaq, prestijli universitetdə təhsil almaq və s.

Azərbaycanlı tələbələrin təhsil almaq üçün getmək istədikləri ölkələrdən biri də Türkiyədir. Viza rejiminin olmaması, ingilis dilində təhsil, ölkəmizə yaxın olması, yaşam xərclərinin az olması, təhsil haqqının uyğun olması və s. səbəblərə görə tələbələr əsasən bakalavr təhsillərini Türkiyədə davam etdirməyə üstünlük verirlər.

Türkiyədə oxu, İngiltərə diplomu al!

Türkiyədə xarici tələbələr üçün çox geniş imkanlar var. Bunlardan biri də Türkiyədə təhsil alaraq digər ölkə universitetlərinin də diplomunu əldə etməkdir. İstanbulda yerləşən Bilgi universitetində təhsil alaraq siz eyni zamanda İngiltərənin “London School of Ecnomics” universitetinin diplomunu əldə edə bilirsiz. Ən əsası əlavə heç bir təhsil haqqı ödəmədən.

Qəbul və şərtlər?

Diplomu ilk öncə İstanbul Bilgi universitetinə qəbul olmalısız, 1-ci kursu bitirdikdən sonra “London School of Economics” universitetinin də proqramına qoşula bilərsiniz. Qoşulduqdan sonra 4-cü kursa kimi o proqramla oxuyursuz və sonda həm Bilgi universitetinin diplomunu, həm də “London School of Economics” universitetinin diplomunu əldə edirsiz.

Bu proqrama qoşulmaq üçün bəzi şərtlər var.

  1. Vaxtında müraciət
  2. Ortalamanız 4 üzərindən 3.5 olmalıdır
  3. Müsahibə mərhələsini uğurla keçməlisiz

Bu şərtləri tamamlayaraq siz bu diplomları əldə edə bilərsiz.

İstanbul Bilgi universitetinə necə qəbul ola bilərəm?

İstanbul Bilgi universitetinin rəsmi nümayəndəsi Bakıda CELT Colleges-dir. Bu səbəbdən bütün qəbul prosesini rahatlıqla bizə həvalə edə bilərsiz və qəbula tam zənaət veririk. Sizə lazım olan sənədləri bizə verərək, qısa zamanda qəbulunuzu ala bilərsiz.

İllik təhsil haqqı nə qədərdir?

İstanbul Bilgi universitetində təhsil haqqı bölümlərə görə dəyişir. 9720 USD-8100 USD arası dəyişir.

Burs necə qazana bilərəm?

Azərbaycanlı tələbələr üçün universitetdə burs yoxdur, amma CELT-ə özəl endirimlərdən yararlana bilərsiz. Siz əgər bizim vasitəmizlə müraciət edirsinizsə, 40% kimi endirimdən yararlana bilərsiz. Əgər siz qəbul prosesini bizim vasitəmizlə edirsinizsə, bu endirimləri əldə edirsiniz.

Hazırda universitetə qəbul davam edir, vaxt itirmədən müraciətlərinizi bizimlə tamamlaya bilərsiz.

Hörmətli oxucu, bu məqaləni oxudunuzsa və bəyəndinizsə, paylaşmağınızı xahiş edirik.

Əlavə suallarınız olarsa, bizimlə əlaqə saxlayın.

Xaricdə təhsil haqqında mütəmadi olaraq məlumat almaq istəyirsinizsə, bu linkdən abunə ola bilərsiniz.

http://bit.ly/celtabroad

Fərid Kərimov

+99455 503 59 39

+99412 492 68 53

turkiye@celt.az

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next