Ispaniyada Təhsil

Ali təhsil
Ali təhsil proqramları bakalavr, maqistr və doktorantura pillələrindən ibarətdir. Avropa Ali Təhsil məkanının
tədris sisteminə uyğun olaraq proqramlar müvafiq təhsil mərhələləri üzrə bölünür:
Bakalavr proqramı – ilkin dərəcə proqramı və ya ümumi ali təhsil istiqamətidir;
Maqistr proqramı – ixtisaslaşmış dərəcə, həmçinin akademik və ya ixtisas dərəcə proqramıdır;
Doktorantura proqramı – elmi tədqiqat sahəsində ən yüksək elmi araşdırma metodlarının öyrənilməsinə
yönəlmiş dərəcə proqramıdır.
Ölkədə 75 universitet var. Bu universitetlərdən 50-si dövlət, 25-i özəl ali məktəblərdir. Universitetlərdə
qarışıq maliyyələşmə mexanizmi tətbiq edilir. Təhsil xərcləri mərkəzi hökumətin ayırdığı subsidiyalar, icma
qrantları, şəxsi investisiyalar və ianələr hesabına ödənilir. İspaniyada universitetləri Centro
adlandırırlar. İspaniyada ali təhsil sisteminin təşəkkül tarixi orta əsrlərdən başlayır. Ölkənin ən qədim ali
məktəbi olan Salamanka Universiteti 1218-ci ildən fəaliyyət göstərir. Hazırda İspaniya ali məktəblərində
təxminən 1,5 milyon tələbə təhsil alır. Bu isə 46 milyon əhalisi olan ölkə üçün yüksək göstərici hesab
edilir. Ali təhsil sisteminə Elm və Təhsil Nazirliyi nəzarət edir. Bununla yanaşı, ölkənin 17 muxtar regionu
üzrə ali təhsil müəssisələrinə yerli qurumlar cavabdehlik daşıyır. Ali məktəblərə qəbul olunmaq üçün orta
məktəb məzunları qəbul imtahanı verirlər. Ali təhsil icbari deyil. Özəl universitetlərdə təhsil ödənişlidir.
Təhsil haqqı universitetdən asılı olaraq dəyişir.
Necə müraciət etmək olar?
İspaniya universitetlərindən birində bakalavr proqramına qoşulmaq üçün siz Selectividad adlanan dil
imtahını verməlisiniz. (Lazım olan standart səviyyə – B2) 2014-cü ildə çıxan qərarla əcnəbi tələbələr üçün bu
imtahan ləğv edilsə də, prestijli ispan universitetlərinə daxil olmaq üçün bu imtahanı verməlisiniz. Tədrisin
ingilis dilində aparıldığı ixtisasları oxumaq üçün isə standart IELTS və ya TOEFL nəticələrinizi təqdim
etməlisiniz.
Ali məktəbləri tədris imkanlarına görə 4 yerə ayırmaq olar:
– texniki fənlərdən başqa bütün fənləri tədris edən ali məktəblərdə hər üç ali təhsil pilləsi üzrə (bakalavr,
maqistr və doktorantura) oxumaq olar;
– ali texniki məktəblər də hər üç təhsil pilləsini (bakalavr, maqistr, doktorantura) təklif edir;
– müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış universitet məktəblərində yalnız bakalavr pilləsində təhsil
almaq mümkündür;
-ali mühəndis məktəblərində isə memar, mühəndis və texnoloq hazırlanır. Bu tədris ocaqlarında proqram
daha məzmunlu və dərindir. Bu məktəblərə qəbul olmaq istəyənlər ən ciddi seçimlərdən keçirlər.
Statistikaya görə mühəndislik məktəbinin birinci kursunda təhsil alan tələbələrin üçdə biri kursda qalır. Daxil
olanların dörddə biri isə diplom almağa müvəffəq olur.
Ölkə universitetlərində akademik il 2 semestrə ayrılır. Birinci semestr sentyabrın ortalarından dekabrın
axırlarına kimi davam edir. İkinci semestr isə fevralın ortalarında başlayır və mayın sonunda başa çatır. Təhsil
haqqı yerli əhali və Avropa İttifaqı ölkələrindən olan tələbələr üçün xeyli aşağıdır. Heç bir fərq qoyulmadan
yerli və əcnəbi tələbələrə qrantların, təqaüdlərin verilməsi də mümkündür. Təqaüd və qrant alınması üçün
rəqabət digər ölkələrlə müqayisədə daha yüksəkdir. Universitetlərdə təhsil müddəti 4 il, tibb və bəzi digər
ixtisaslar üzrə 6 il davam edir. Ali təhsildə Boloniya sisteminin tələbləri əsas götürülür.

İspaniyanın ali məktəblərində təhsil almaq üçün ispan dilini bilmək əsas şərtlərdən biridir. Odur ki, ölkənin
ali məktəblərini seçən əcnəbilər ispan dili üzrə imtahan verirlər. (D.E.L.E. ispan dili üzrə
imtahan). Müvafiq imtahanlar mayda və dekabrda keçirilir. Əcnəbi tələbələr, İspaniyada ali təhsil
müəssisələrində oxuyan tələbələrin ümumi sayının 3 faizini təşkil edir. Onlar da əsasən Avropa İttifaqına
daxil olan ölkələrdən gələn tələbələrdir.
Ali təhsil ciddi bir struktura əsaslanır və konkret kurikulumlar tətbiq olunur. Tələbələr tədris müddətində
sağlamlıq və ailə vəziyyəti ilə bağlı ciddi səbəblər olmadan oxuduqları universitetləri dəyişə bilməzlər.
Bakalavrlar üçün orta təhsil haqqında attestat və 9, 10, 11-ci siniflərdə keçirilmiş saatlar və qiymətlər
haqqında çıxarışın (xülasə) verilməsi lazımdır. Magistrlər üçün ali təhsil haqında diplom, doktorlar üçün isə
magistr diplomu və ali təhsil haqqında diplomun verilməsi vacibdir.
İspaniya beynəlxalq aləmdə tanınmış bir çox ali məktəbləri ilə məşhurdur. Bu ali məktəblər arasında
1.Komilas Pontifikal Universiteti
2.Alfonso El Sabio Universiteti,
3.Madrid Universiteti,
4.Seville Universiteti,
5.Valensiya Universiteti,
6.Bask Universiteti,
7.Katolonia Politexnik Universiteti,
8.Madrid Texniki Universiteti,
9.Barselona Avtonom Universiteti,
10.Qranada Universiteti,

daha nüfuzlu hesab olunur. Ali məktəblərin əksəriyyəti Madrid, Barselona və Valensiya şəhərlərində
yerləşir. Özəl universitetlərin daha çox hissəsi Madrid şəhərində yerləşir.
İspan ali məktəbləri ənənəvi tarix və coğrafiya, latın dili, fəlsəfə, fizika tədrisində əsas sayılırlar. İspan
təhsilinin əsas cəhətlərindən biri – mədəniyyətin öyrənilməsidir. Ölkədə qeyri-universitet təhsili verən ali
təhsil müəssisələri də fəaliyyət göstərir. Bu təhsil müəssisələri sırasına mülki dənizçilik, turizm, incəsənət və
rəqs, mahnı və musiqi, yüksək səviyyəli biznes məktəbləri və Amerika məktəbləri daxildir.
İspaniyada təhsilin ikinci dövrünü bitirərkən ixtisasa uyğun maqistr dərəcəsi verilir.  Doktor dərəcəsini ali
təhsilin üçüncü pilləsinə qalxandan sonra almaq olar.

CELT Colleges Elmler
Tel: (+994 12) 538 38 33
Mob: (+994 51) 328 48 28
elmler@celt.az
elgunk12.sg-host.com
Ünvan: 3 Qurban Xəlilov, Bakı 1073

5 thoughts on “Ispaniyada Təhsil”

  1. Salam İspaniyada iqtisadiyyat ixtisası üzrə pulsuz və ingilis dilində magistr təhsili almaq mümkündürmü?Zəhmət olmasa hansı universitetlər ola bilər onu da deyərdiz.

    1. Salam. Seçimlər genişdir. Dəqiq siyahı tərtib etmək üçün ixtisas və təhsil pilləsi məlumatları lazımdır.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next