İspaniyada Biznes Təhsili – ESIC Business & Marketing School

İspaniyanın ən qədim biznes universiteti olan ESIC Business & Marketing School 1964 – ci ildə Madrid şəhərində yaradılmışdır. Universitetin əsas iki kampusu İspaniyanın ən böyük şəhərləri olan Madrid və Barselona şəhərlərində yerləşir. Universitet ümumilikdə bu iki əsas kampusla yanaşı ölkənin Valensiya, Sevilya, Bilbao, Malaqa kimi digər şəhərlərində və Brazilyada yerləşən kampusları da daxil olmaqla 10-dan çox kampusa sahibdir. Bundan əlavə universitetin 2020-ci ildə Madrid şəhərində daha bir kampusu da fəaliyyətinə başlayacaqdır.

55 illik təcrübəyə sahib universitet 62.000-dən çox məzuna sahibdir. Universitetin dünya üzrə 120-dən çox beynəlxalq universitet və biznes məktəbləri ilə əməkdaşlığı vardır ki, bu da tələbələrə təhsillərini bu universitetlərdə davam etdirmək imkanı yaradır.

Universitet dünya üzrə bir çox reytinq cədvəllərində üst pillələrdə yer almaqdadır. Tələbələrin məzun olduqdan sonra ilk üç ay ərzində işə qəbul olma dərəcəsinə görə universitet bir neçə dəfə dünya reytinq cədvəllərində birinci yerə layiq görülmüşdür. Məzunların qısa zaman ərzində işə qəbul olmasının səbəblərindən biri universitetin 2.500-dən çox beynəlxaq şirkətlə əməkdaşlığının olmasıdır.

Biznes sahəsi üzrə ixtisaslaşmış universitet tələbələrə bu sahədə Bakalavr, Magistr və MBA proqramları üzrə təhsil təklif edir. Universitetin bakalavr üzrə təhsil proqramları:

– Global Marketing Management
– Digital Business
– Business Administration and Management
– Marketing

Yuxarıda qeyd olunanlardan əlavə universitetin ikili dərəcə əldə edə biləcəyiniz bakalavr proqramlarıda mövcuddur:

– Bachelor Degree in Business Administration and Management + Diploma in Professional Skills
– Bachelor Degree in Business Administration and Management + Degree in Marketing and Commercial Management

Bu təhsil proqramları üzrə təhsil aldıqdan sonra hər iki proqram üzrə dərəcə diplomu əldə etmiş olursunuz.

Universitet magistr pilləsi üzrə isə Digital Marketing, International Trade & Business Marketing Management sahələrində təhsil proqramları təklif edir.

ESIC Business School’un dünya üzrə reytinq toplamasının əsas səbəblərindən biri təklif etdiyi Global MBA International MBA proqramlarıdır.

Global MBA proqramı üzrə təhsilin 35%-i Madrid və ya Barselona kampuslarından birində (tələbənin seçimindən asılı olaraq), 30% -i Şanxay şəhərində və 35%-i Miami’də tədris olunur.
International MBA proqramı üzrə isə təhsilin 55%-i Madrid və ya Barselona kampuslarında, 45%-i isə Şanxay şəhərində tədris olunur.

Global MBA üzrə təhsil alan tələbələr təhsillərinin 6 aylıq bir hissəsini Florida International University’də davam etdirib məzun olduqları zaman əlavə olaraq bu universitetdən də Master of International Business diplomu əldə edə bilərlər. International MBA tələbələri isə məzun olduqları zaman həm ESIC Business & Marketing School’dan International MBA diplomu və həm də Shanghai International Studies University’dən MBA diplomu əldə edirlər.

Bundan əlavə bu proqramlar üzrə təhsil alan tələbələr Şanxay şəhərində təhsil aldığı müddətdə çin dili dərslərində də iştirak edirlər.

Məhz bu proqramlar universiteti dünya üzrə bir çox reytinq cədvəllərində üst pillələrə daşımışdır.

Bundan əlavə universitet distant təhsil almaq istəyən tələbələr üçün də ispan dilində online proqramlar təklif etməkdədir. İngilis dilində distant təhsil almaq istəyən tələbələr üçün də online proqramlar yaxın zamanda tədris üçün açılacaqdır.

Qəbul şərtləri:

Bakalavr pilləsi üzrə təhsilə qəbul olmaq üçün əsas tələblər:

– Orta məktəb təhsili
– Universitetin daxili qəbul imtahanı
– IELTS 6.0+

ESIC Business & Marketing School hələ orta məktəb təhsilinin son ilində olan tələbələr üçün ayrıcalıq da tanımaqdadır. Belə ki, əgər tələbələr təhsilinin son ilindədirsə və hələ diplomunu əldə etməmişdirsə tələbələr universitetin daxili imtahanında iştirak edib, uğurlu nəticə əldə etdikləri halda növbəti təhsil ili üçün özləri üçün yer ayıra bilərlər.
*Universitetin daxili qəbul imtahanı online şəkildə keçirilir.

Magistr pilləsi üçün əsas tələblər:

– Bakalavr təhsili
– Universitetin daxili qəbul imtahanı- IELTS 6.5+
və ya TOEFL 95+
– GMAT – 670+, Minimum 3 illik iş təcrübəsi
(MBA proqramları üçün)

Proqramlar üzrə illik təhsil haqqı və təqaüd imkanı:

Universitetin illik təhsil haqqı ödənişləri aşağıdakı kimidir:

Bakalavr pilləsi üzrə təhsil proqramlarının illik ödənişi proqramdan və seçdiyiniz kampusdan asılı olaraq 7.100 – 12.000 avro arasında dəyişir.
İkili dərəcə əldə olunan bakalavr proqramlarının illik təhsil haqqı isə 13.000 – 15.000 avro təşkil edir.

Magistr pilləsi üzrə Master in Marketing, Master in Digital Marketing proqramlarının ödənişi 20.900 avro, Master in International Trade and Business proqramının ödənişi 15.300 avro təşkil edir.

MBA proqramlarından isə International MBA proqramının ödənişi 31.600 avro, Global MBA proqramının ödənişi isə 49.900 avrodur.

ESIC Business & Marketing School xüsusi olaraq CELT Colleges tələbələri üçün 2020/21 təhsil ilində Bakalavr və Magistr proqramlarında 25% endirim və 8 həftəlik ödənişsiz İspan dili kursu təklif etməkdədir.

Xaricdə təhsillə bağlı bağlı yeniliklərdən mütəmadi olaraq xəbərdar olmaq istəyirsinizsə, yan tərəfdə qeyd olunmuş keçidə daxil olaraq formumuza abunə ola bilərsiniz: bit.ly/3gtu2IV

CELT Colleges’in ilk Online Xaricdə Təhsil sərgisi çərçivəsində, 10 İyul 2020-ci il tarixində ESIC Business and Marketing School nümayəndəsi ilə keçiriləcək görüşlərə qeydiyyatdan keçmək üçün yandakı keçidə daxil ola bilərsiniz: https://forms.gle/W7NaDeY2svkiADMJA

Ətraflı məlumat və müraciət üçün:

CELT Colleges Sahil
Tel: (+994 12) 493 48 18
Mob: (+994 51) 492 02 89
sahil@celt.az
elgunk12.sg-host.com
Ünvan: 113 Həzi Aslanov küçəsi, Bakı, Azərbaycan AZ1095

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next