İSLAM – Elmin, Təhsilin BEŞİYİ (Dünyanın ən qədim və İlk Universiteti)

Hamı ali təhsil almaq istəyir. Amerika, Almaniya, İngiltərə və digər ölkələrdə təhsil almaq istəyir. Lakin bəlkə də sizlərin çoxu dünyanın ən qədim universiteti haqda və bu universitetin harda yaranması haqda heç bir məlumatı yoxdur.

Mən bu gün Sizə bu haqda məlumat verib və bəzi məsələlərə aydınlıq gətirəcəm. Bəlkə də bu bloq yazı Sizlərin bir çoxunuzda sözün əsl mənasında yaxşı motivasiya yaradacaqdır.

Mən dünyanın ən qədim universiteti və bu haqda araşdırma apararkən məni ilk öncə belə bir sual narahat edirdi. Görəsən bu universitet haradadır?  Görəsən mənim düşündüyüm özünü doğrultacağmı? Araşdırma apararkən düşündüklərim özünü doğrultdu və bu mənim üçün çox sevindirici bir hal idi.

Əslində bizlərdən kimlərsə təhsil almaq istərkən istəyir ki, elmin beşiyi olan, imic baxımından yüksək səviyyəyə malik olan, akademik göstəriciləri yüksək olan və təhsil haqqı münasib olan ali təhsil ocaqları axtarırıq. Bu normaldır və bütün insanlar təhsil almaq istəyərkən bu yuxarıda qeyd etdiklərimi düşünür və bu və ya digər uyğun şərtlərlə ali təhsil ocaqları axtarışına çıxır və seçim edir.

Dünyanın ilk universiteti Harvard, Kembric, Oxford yox, məhz  elmin , təhsilin  beşiyi ilə bərabər dünyanın ilk ali təhsil ocağı da məhz İslam ölkəsində, islamiyyətin əsasında yaranması faktını bildirməkdən böyük qürur duyuram. Bu çox sevindirici haldır.

İslam dini yarandıqdan və geniş yayıldıqdan sonra dünyada ilk dəfə olaraq yaranan ali təhsil ocağı Mərakeşin Fes şəhərində yaranan Əl-Qarauin Universitetidir. Bu universitet 859-cu ildə Fatimə əl Fihri tərəfindən əsası qoyulmuşdur. İlk olaraq məscid kimi fəaliyyət göstərən bu təhsil ocağında 1957-ci ilə kimi təbiət elmləri tədris olunurdu və daha sonra isə fizika, riyaziyyat, kimya və xarici dillər kimi elmlər də əlavə edilərək tədris olunmağa başladı. Bu  universitet fasiləsiz olaraq indiki dövürə kimi fəaliyyət göstərən ən qədim ali təhsil ocağı olaraq Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.

İlk öncə bu məlumatları əldə etməmişdən öncə öz mülahizəmdə məhz ilk ali təhsil ocağının islam dünyasında yarandığını düşünürdüm. Düçüncəm özünü doğrultdu…

Bu fakt onu göstərir ki, doğurdan da bizlərin, yəni müsəlmanların hər zaman fəxr edəcəyləri çox amil var. Bizlər istənilən qərb ölkəsində, xristian ölkəsində təhsil ala bilərik. Amma biz onu bilməliyik ki, harda təhsil almağımızdan, hansı dinə mənsub insanlar arasında təhsil almağımızdan asılı olmayaraq biz sözün əsl mənasında təhsil alıb savadlı, bilikli olmalıyıq. Çünki ilk öncə biz insan və daha sonra müsəlmanıq. Dinimiz, Hz.Peyğəmbərimiz (s.ə.s) bizlərə öz kəlam və hədisləri ilə təhsil almağı, elmli olmağı öyrədir. Məhz dinimizin elmə, təhsilə verdiyi dəyərdi ki, dünyanda ilk ali təhsil ocağı da məhz İslam dünyasında yaranıb. Məncə bizlər üçün təhsil sahəsində bundan gözəl üstünlük və fakt ola bilməz.

Hz. Peyğənbərimiz (s.ə.s) şəhidi elm adamı ilə,  alimlə bir tutub və onların Allahın yanında eyni mülkə sahib olduqlarını bildirib. Bu o deməkdir ki, siz elmli, biliklə savadlı olmaqla şəhidlər, qəhrəmanlar qədər yüksələn ali bir şəxsiniz.

Sizlər harada təhsil almağınızdan asılı olmayaraq çalışmalısınız ki, hər zaman biliyiniz, elminizlə seçiləsiniz və daha yüksək nəticə əldə edəsiniz. Çünki, Siz dünyaya elmi, təhsili və dünyanın ilk universitetini bəxş edən bir böyük dinin İslamın daşıyıcısı olan və müsəlman adlanan bir şəxsiniz. Bunu heç vaxt unutmayın!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next