İş yerindən ayrılmadan xaricdə təhsil al

Dünyada  informasiya  və  texnologiyaların  inkişaf etdikcə, ona olan tələbat  da çoxalır. Gündən – günə genişlənən informasiya və texnologiya sahəsi təhsilə öz yeniliklərini gətirir.  Artıq hər kəsin həyatının bir hissəsinə çevrilən internet insanlar üçün ən əlverişli informasiya vasitəsidir.  Bununla bərabər, internet vasitəsilə Distant Təhsil almaq imkanı da vardır. Bu təhsil sistemi  vasitəsilə evdə oturaraq dünyanın müxtəlif universitetlərində virtual təhsil ala bilərsiniz. Siz bu təhsil vasitəsilə həm bakalavr təhsili, həm də magistr təhsili alabilərsiniz.Distant təhsil dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrində tətbiq olunur.

Distant Təhsil nədir?

Distant Təhsil – müəyyən məsafədən keçirilən təhsil  sistemidir.Bu təhsil növünün kifayət qədər tarixçəsi vardır. Qısası, ilk dəfə  İngiltərədə  yaranıb. Daha sonralar ABŞ , Almaniya və digər ölkələrdə geniş yayılmışdır. Distant Təhsil qiyabi təhsil formasının daha da çox üstünlüklər ilə olan formasıdır. Bir çox insanlar qiyabi təhsillə bu təhsil növünü eyniləşdirirlər. Lakin bu qiyabi təhsildən fərqlənir. Qlobal İnternet şəbəkəsinin bir çox müsbət xassələri olduğundan, İnternetdə e-poçt, çat sistemləri, saytlar və digər proqramlar vasitəsilə  Distant Təhsil keçirilir.  Siz bu təhsili harda olmağınızdan asılı olmayaraq ala bilərsiniz. Yəni sizin harada internetə çıxışınız varsa, siz onlayn dərslərə qoşula bilərsiniz. Dərslər sizə verilən elektron materiallar, video dərsliklər və s. materiallarla tədris edilir.

Distant təhsilin əsas prinsipləri

Distant Təhsildə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi vardır. Təhsil  sahəsi elə qurulub ki təhsil alan,  müəllimdən vaxt və ya məsafə ilə ayrılıb, eyni vaxtda da onlar həmçinin istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər. İstənilən  təhsil porqramı sahəsində distant təhsil almaq mümkündür. Distant Təhsildə müəllim tapşırıqları, testləri və əlavə materialları tələbəyə göndərir, tələbə də bütün testləri, çalışmaları yerinə yetirərək müəllimə göndərir. Bu prisiplə tədris ilinin sonuna kimi dərslər davam edir.

Distant Təhsilin üstünlükləri

Dünyada geniş yayılmış Distant Təhsil ölkəmizdə hələ də maraq dairəsində deyil. Bunu səbəbi insanların bu haqda məlumatlarının olmamasıdır. Əslində bu təhsilin bir çox üstünlükləri vardır:

  • Evdə oturaraq xarici universitetlərdə təhsil almaq
  • Həm oxuyub, həm də işləmək imkanı
  • Daha əlverişli və sərfəli təhsil
  • Sərbəst təhsil alma sistemi
  • Ödənişin kredit sistemi ilə ödəmə şansı
  • İşdən sonra və evdə oxuma imkanı

Distant Təhsili necə əldə etmək olar?

Azərbaycanda Distant təhsil bəzi universitetlərimiz tərəfindən təsdiqlənsə də lakin hələ də inkişaf etməyib. Artıq siz evdə oturaraq, xaricə getmədən də xarici universitetlərdə təhsil ala bilərsiniz. Bunu üçün artıq 10 ildir Azərbaycanda fəaliyyət göstərən CELT Colleges sizin üçün bu  şəraiti yaradır. Şirkətin  əsas proritet sahələrindən biri də  Xaricdə təhsildir. İldən – ildən ilə xaricdə təhsil imkanlarını genişləndirən  CELT bu il yeni proyektlə – Distant Təhsillə  insanların xidmətindədir.  Siz CELT – ə gələrək Distant təhsillə bağlı ətraflə məlumat ala bilərsiniz. Belə bir proyekt Azərbaycanda ilk dəfə tətbiq olunur. Sizdə əgər vaxt itirmədən, daha sərfəli qiymətlərlə xaricdə təhsil almaq istəyirsinizsə, Distant təhsil sistemininin imkanlarından yararlana bilərsiniz.

Bakalavr və Magistr Dərcələri üçün buradan baxın

82 thoughts on “İş yerindən ayrılmadan xaricdə təhsil al”

  1. Salam mən kimya müəllimlyi ixtisasinindan məzun oldum bu il xaricdə magistr hansı universitete verə bilərəm ixtisas olaraq da həmçinin

  2. Salam men menecment uzre bakalavr tehsilliyem. Mba , business, Finance uzre distant master oxumaq isterdim
    Melumatlana bileremmi?

    1. Salam. Mən 4 cü kurs tələbəsiyəm ixtisasım Xarici dil müəllimliyidir və xarici ölkələrdəki universitetlərdə distant təhsil almaq istəyirəm. İxtisasıma uyğun hansı ixtisaslar vardır və müraciət necə olmalıdır məlumat verə bilərsizmi?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next