İngiltərədə Təshil ilə bağlı sual və cavablar

İngiltərədə Təshil ilə bağlı sual və cavablar

İngiltərədə Təshil ilə bağlı sual və cavablar yazımız əminəm çox sualınıza rahat cavab tapacaqsınız. Böyük Britaniyada təhsil Azərbaycan tələbələlərinin ən çox getmək istədiyi ölkədir.

 

Salam King’s Collage oxumaq ucun SAT imtahanin sertlerini deye bilersiz.

Ingiltərə universitetləri üçün SAT lazım deyil ama Oxford və Cmabridge kimi universitetlərdə qəbul prosesində üstüklük qazanarsınız. Daha çox fənn üzrə olan SAT verin əgər bu tipli universitetə getməyi planlayırsınızsa.

Böyük Britaniyada təhsil üçün hansı imtahanları verməliyəm?Hal-hazırda 8-ci sinif şagirdiyəm və gələn ildən İB təhsil sisteminə keçəcəm.Yəniki,TQDK üzrə imtahan verməyəcəm yalnız Xarici Universitetlərə imtahan verəcəm.İB balı ilə xarici universitetlərə qəbul olmaq olar?Əgər olursa İB balından əlavə nə lazımdır?Əsasəndə iqtisadiyyat üzrə Cambridge universitetinə necə qəbul ola bilərəm? Qəbul qaydaları zəhmət olmasa deyərdiniz.

Azərbaycanda aldığımız İB balınızdan əlavə İELTS sertifikatı götürməlisiniz.Bu iki göstərici yüksək olsa, qəbul olmaq şansınız artacaq.

SALAM ,MEN BOYUK BRITANIYADA MUSIQI IXTISASI UZRE BAKALAVR TEHSIL ALMAQ ISTEYIREM…MUMKUNSE MOVCUD UNIVERSITETLERIN SIYAHISINI VE ODENIS CEDVELLERI BAREDE MELUMAT LAZIMDIR…VE SIZIN KURSLARLA BU ARZUMU NECE HEYATA KECIRE BILEREM??OXUDUGUNUZ UCUN COX SAGOLUN.

Salam, Bəli bu mümkündür amma qabliyyət imtahanı verəcəksiniz. IELTS sertifikatı lazım olacaq və attestat. Zəhmət olmasa bizim Baksovet ofisinə və ya Xətai ofisinə yaxınlaşın. Həmən hazırlaşmalısınız.

Salam, ingilterede teqaudle oxumaq mumkundur bakalavr pillesi ucun?

Salam. Təəssüf ki, hal-hazırda belə bir proqram yoxdur.

Ingilterede komputer elmleri ucun tehsil almaq isteyirem.Men ne etmeliem? Hara muraciet elmeliyem? Ve xahis edirem mene pulsuz, meslehetli univerisitetlerin siyahisini deye bilersinizmi? Ingiltere olmasa da olar…

Salam. İngiltərədə təhsil almaq üçün bizə müraciət edə bilərsiniz. Kompyuter elmləri üzrə ödənişsiz təhsil yoxdur. Xaricdə təhsil üzrə dövlət proqramına qoşula bilərsiniz. Təqaüd şansını əldə etmək üçün qiymətləriniz yüksək olmalı və İELTS 6.5 balına sahib olmalısınız.

Oxford, Cambridge kimi  universitetlere qebul olmaq ucun 4.5 ortalama ve ielts 7 ile qebul olma sansi ne qeder ola biler? Bu universitetlere girmek ne qeder cetindir? Veya london school of economic universiteti teqaud tapmaq mumkundur yukse gpa ve ielts ile?

Salam. Foundation götürdükdən sonra Britan təhsil sisteminə daha yaxşı öyrəşəcəksiniz və Bakalavr dövrü ərzində daha az əziyyət çəkəcəksiniz. İELTS nə qədər yüksək yığsanız belə, foundation mütləqdir Böyük Britaniyada.

salam men turkiyenin SKD (sakarya dovlet universiteti) inde is iqdisadiyyati ve sanaye elaqeleri uzre bakalavr tehsili aliram 4 cu sonuncu kursam.ingilsterede magstr tehsili almag istiyirem.ancaq vacibi teqayud pragrami dir ki menim ucun nece qazana bilerem men taqeyud hansi sertler lazimdi. melumat versez cox sevinerem.tesekkurler

Salam. Böyük Britaniyada hər universitetin özünün təqaüd proqramları var. Amma onlar daha çox təhsil haqqından 5 faizlik və ya müəyyən məbləğ endirim edirlər. Ən məşhur təqaüd proqramı isə bizim Təhsil Nazirliyin Dövlət Proqramıdır.

ingilterede yasam xerci? magistr ucun qebul sertleri? business economics kimi ixtisaslarin illiyi?

Salam. Böyük Britaniyada qəbul üçün İELTS 6.5 balı və müvafiq bakalavr diplomu lazımdır. Yaşam xərci 800-1100 funtdur.

Salam men geologiyani cox sevirem ama 3 cu qrupa hazirlasiram yeni fizika kimya bilmirem xaricde tehsil almaq istiyirem geologiya ucun fizika kimya lazimdi? lazimdisa ne qeder lazimdir? geologiya muhendisliyin novudur?

Salam. Bəli, Geologiya mühəndisliyi üçün fizika və kimyanı bilməlisiniz. Geologiya sahəsini bitirib Azərbaycanda neft şirkətlərin birində işləmək perspektiviniz var. Xaricdə oxumaq istəyirsinizsə, İELTS 6.5 sertifikatınız olmalıdır. Amma bu sahə yalnız Böyük Britaniyada mümkün olacaq İngiliscə. Çünki elə də populyar proqram deyil və Avropada hər ölkənin öz dilində tədris olunur bu proqram. Məsələn Polşada polyakca olacaq, Hollandiyada hollandca və s. Amma mühəndisliyin başqa sahələri üzrə proqramlar Avropada İngiliscə tədris olunanlar arasında Kompyuter Mühəndisliyi, İnşaat Mühəndisliyi, Kimya Mühəndisliyi daha geniş yayılıb.

salam mene sertli qebul haqqinda melumat vere bilersiz? Universtitet ielts olmadan sertli qebul ile daxil olmaq olur? O zaman Uk vizasi almaq olar? Ielts neticesini ne vaxta elde etmeliyem? sertli qebul alan zaman yayda hazirlasib imtahani vermek olar?

Salam. IELTS olmadan şərti qəbul ala bilərik.Problem yoxdur. Bizə lazımı sənədləri təqdim etsəniz qəbul ala bilərik. Amma vizayaya kimi gərək şərtsiz qəbul alasınız. Şərtli qəbul alıb yayda imtahan vermək olar. Foundationlara aid ofisimizdə çoxlu bukletlər var. Hər universitet haqqında ətraflı məlumat ala bilərsiniz.

Salam men boyuk biritaniyani en prestijli universitetlerinde oxumaq isteyirem bakalvri(foundationla birlikde).Hansi universitetlere qebul almaq asandir(foundationa sonra bakalvr) Kings college qebul almaq mumkundur? bu ne derecede chetindir? Kings college dan basqa hansi cox presijli ve reytinqi cox yuksek olan universitetlerde oxuya bilerem qebul almagi mumkun olan?

Salam, Bəli. Biz sizi LSE, Kİngs, CASS kimi ən yüksək universitetlərə sala bilərik. Bunun üçün sadəcə IELTS 5.5 və ya 6ş0 toplamaq lazımdır. 0211 492 68 53 nömrəsinə zəng edib əlavə dəstək ala bilərsiniz

Boyuk britaniyada ieltse ne qeder vaxtda hazirlassam elde ede bilerem b1 veya b2 seviyesinden ?

Salam. B2 səviyyəsindəsinizsə, zənnimzcə 3 ay kifayət edər əgər, intensiv hazırlaşsanız.

1 illik a level goturmeyin avantaji nedir? qiymetler neceden basliyir ? deadline ne vaxtdir? hansi daha asand veya daha cetindir?

Əgər Bakıda təşkil olunan A-leveli nəzərdə tutursunuzsa, onları məsləhət görmürük. A-level adətən iki illk və ya bir il yarım olur. İngiltərənin özündə belə 1 illik A-level yoxdur. Ondan savayı, Azərbaycanda A-leveli bitiriənlər bir-iki reytinqli universtitetləri çıxmaq şərtilə daha çox Britaniyanın orta və aşağı səviyyəli universitetlərinə proqress edirlər. Məlumatı dəqiqləşdirmək üçün A-levelin son illərdə proqress elətdirdiyi universitetlərin siyahısına baxa bilərsiniz.

Böyük Britaniyada A-levelin götürməyin üstünlüyü odur ki, siz İngilis dilli mühitdə olacaqsınız, İngilis dilinizi mükəmməlləşdirəcəksiniz. İki il ərzində baza fənlərinə daha yaxşı yiyələcəksiniz və Böyük Britaniyanın sayılıb seçilən və dünya tərəfindən tanınan A-level proqramlarına qoşulacaqsınız. Çətinlik dərəcəsinin az və ya çox olmasından asılı olmayaraq, əsas nəticəyə fikir verin, universitet perspektivini və qazandığınız biliklərə önəm verin. Yanvarda A-levelə başlayacaqsınızsa, indidən sənədlərinizi yığmanızı məsləhət görürük. Biz sizə A-levelə qoşulmaq üçün sənədləşmə, viza və yataqxana işlərində hər il dəstəkçi oluruq.

bu haqda melumat vererdiz.Sertler nedir qebul olmagin foundationdan ferqi nedir? ielts nece isteyir? ielts olmadan mumkundurmu? deadline ne vaxtdi ? bu programin ustunluyu nedir?

Salam. Foundationa qəbul olmaq üçün minimum İELTS 5.5 balınız olmalıdır. İELTS olmadan iki illik A-level proqramına gedə bilərsiniz, Foundation mütləq İELTS istəyir. Bu proqram sizə imkan verir ki, Böyük Britaniyada başlayacağınız bakalavr proqramının baza fənlərinə yiyələnəsiniz və ingilis dilini gücləndirəsiniz. Əgər yanvarda getmək istəyirsinizsə, indidən sənədlərinizi hazırlamalısınız. Gələn ilin sentyabrından gedəcəksinizsə, yanvar ayına kimi artıq sənədlərinizi təqdim etməlisiniz. CELT İçərişəhər ofisiə hər il bir neçə tələbəni foundation və A-level proqramı üzrə Böyük Britaniyaya yollayır. Əgər fikrinizdə foundation oxumaq varsa və ya konsultasiya etmək istəyirsinizsə, bizim İçərişəhər ofisimizə yaxınlaşa bilərsniz.

Salam Ukde MBA bir de Finance magistr proqramlarinda tehsil almaq ucun interview mutlew vacibdir? ya top universitetlerden hansinasa interview olmadan qebul olmaq mumkundur?

Salam. Əksər universitetlərin MBA-yinə daxil olmaq üçün İntervievvya ehtiyac yoxdur. Əsas lazım olan iş stajı, GMAT və İELTS balıdır.

Salam.mən hal-hazırda on birinci sinifdə oxuyuram.Dövlət sifarişi əsasında İngiltərənin Oksford universitetində tibb təhsili aımaq üçün nə etməliyəm?1998 ci il təvəllüdüyəm.Məktəbi qurtaran ildən birinci ili üçün istəyirəm.Bu mümkündür.Xahiş edirəm cavabı mənim nömrəmə mesajla yazasız.

Salam. Bunun üçün Böyük Britaniyada iki il öz hesabınıza hazırlıq kursu keçməlisiniz. Müvəffəq olduğunuz təqdirdə dövlətdən maliyyə dəstəyinə müraciət edə bilərsiniz. Dövlət hazırlıq kursunu maliyyələşdirmir.

Salam .bildiyime gore böyuk britaniyanin dövlət məktəblərinde təhsil pulsuzdur.bu ne derecede duzgundur? əgər elədirsə hemin mekteblere qebul imtahanladir? ümumiyyetle bu barede bildiklerinizi menimle bölüşmeyinizi xahiş edirem.

Böyük Britaniyada pulsuz dövlət məktəbi yoxdur. Sadəcə özəl məktəblərdən bir az ucuzdur.Həmin məktəblərə qəbul olmaq üçün məktəbdəki qiymətlərinizin tərcümə və təsdiqinə və İngilis dili biliyinə sahib olmalısınız.

Salam .Zehmet olmasa ingiltərədə dövlət hesabina orta mekteb tehsili haqda etrafli melumat yazardizda. ve ya bunun haqqında harda oxuya bilərəm əvvəlcədən təşəkkür.

Salam. Dövlət hesabına yalnız bakalavr və magistr təhsili almaq olar. Orta məktəbləri dövlət maliyyələşdirmir. Britaniyada orta məktəbdə təhsil almaq üçün illik 40000 manat büdcəniz olmalıdır. Bu qiymətə daxildir: təhsil, yaşayış və yemək.

Salam Bilmək istərdim ki 11ci sinifi qurtardiqdan sonra ielts -ə imtahan verib yuksek netice yigsam Boyuk britaniyanin universitetlerinde birbasa oxuya bilerem( yoxsa hokman foundation keçmeliyəm ) birde ielts baĺinin universitetlerin odenislerine aidiyati var? yeni demek istiyirem ki yuksek ielts bali neticesinde pulsuz ve ya guzeştli tehsil almaq mumkundurmu? ve son sual ielts imtahani vasitesi ile xaricde bakalavrdan ve ya magistrdan oxumagin ferqi var ? eger varsa hansi yaxsidi? birde zehmet olnasa diyerdizde kursunuzda tehsil haqqi ne qederdi?

Salam. 11-ci sinfi bitirdikdən sonra İELTS balınızdan asılı olmayaraq siz Böyük Britaniyada Bakalavr təhsili ala bilməzsiniz. Mütləq foundation keçməlisiniz. İELTS balı və attestatla siz Hollandiya, Kanada, Macarıstan və Pribaltika ölkələrində təhsil ala bilərsiniz. Yüksək İELTS balı sizə pulsuz və ya güzəştli təhsil verməyəcək. Bakalavr 3 illik, magistr istə bakalavr təhsilinizə daha dərindən yiyələnmək üçün 1 illik proqramdır. Magistr bir pillə ali təhsil dərəcəsidir. Kursun qiymətlərini öyrənmək üçün, zəhmət olmasa (012) 492 68 53 nömrəsinə zəng edərdiniz.

Salam.men qafqaz universitetinde dövlet ve belediyye idare olunmasinda 3. Kursda oxuyuram.magistr ingilterede teqaudle oxumaq isteyir.IELTS den minimum nece bal toplamaliyam?teqaud almaq uçun ne etmeliyem?

Salam. Böyük Britaniyada təhsil almaq üçün gərək 6.5-7.0 balınız olsun. Böyük Britaniyada təqaüdlə təhsil almağınız üçün Bakalavr qiymətləriniz yaxşı olmalıdır və müsabiqəyə öz ixitsasınıza uyğun hazırlaşmalısınız.

Salam.Menim ielts 6.5 balim var listening 7.5 readin 6.5 writing 6.5 speaking 6.0,Istediyiim Ukdeki universitetler master overall 7.0 bal isteyir. Hemin universitetlere 6.5 balan qebul olmaq mumkundur?

Salam. IELTS nəticəniz yaxşıdır. Əgər tələb 7.0-dırsa qəbul ala bilmərsiniz, amma magistr proqramlarının çoxu 6.5-lə qəbul edir. Hətta top universitetlərin MBA proqramlarına da qəbul ola bilərsiniz əgər iş təcrübəniz varsa.

Salam, mən BDU Hüquqda oxuyuram, Böyük Britaniyada Hüquq üzrə magistr təhsili almaq haqqında məlumat verə bilərsiz?

Salam. Böyük Britaniyada Hüquq üzrə magistr oxumaq üçün, ilk öncə yaxşı GPA-niz və İELTS 6.5-7.0-niz olmalıdır. Bundan əlavə, Britaniyada oxumaq üçün büdcəniz olmalıdır. Təhsil haqqı 15-25 min manat arasındadır və yaşayış xərci təqribən ilə 10 min manatdır. Hal-hazırda 4-cü kursda oxuyursunuzsa və dediyim şərtləri ödəyirsinizsə, bizə müraciət edib qəbul işinizə başlaya bilərik.

Salam. Men 3cu qrup uzre abituriyentem. B.Britaniyada tehsilin ne vaxt odenisli? ne vaxt odenissiz? olduqunu bilmek isteyirem. Bildirikmi fikrimde odenissize meyillidi.

alam. Hal-hazırda 11-ci sinifdə təhsil alırsınızsa, siz Böyük Britaniyada birbaşa Bakalavra başlaya bilməzsiniz. Bunun üçün siz əvvəlcə Böyük Britaniyada foundation (baza ili) keçməlisiniz. Böyük Britaniyada orta məktəb 12 illik olduğu üçün Azərbayncanın təhsil sisteminə uyğun gəlmir. Siz gərək ya Böyük Britaniyada ya da Azərbaycanda əlavə 1 il təhsil görməlisiniz ki, Böyük Britaniyada 3 illik bakalavra qoşulasınız. 11 illik təhsildən sonra Britaniyada Foudnation 1 il çəkir və illik təhsil haqqı 15-20 min manatdır. Ödənişsiz əsaslarla mümkü deyil, çünki Azərbaycanın Təhsil Nazirliyi foundationu maliyyələşdirmir. Yalnız bakalavr və ya magistr ixtisasına təqaüd ayırır. Maliyyə imkanlarınızı və ixtisasınızı bizə desəniz, sizin üçün müvafiq ölkədə müvafiq ixtisas məsləhət verə bilərik.

Salam! Men ingilterede tehsil almaq isteyirem hansı dereceni seçmeyimi meslehet görürsüz?

Salam, Əgər Azərbaycanda 11-ci sinifdə oxuyursunuzsa, foundation oxumağınız məsləhətdir. Çünki Böyük Britaniyada təhsil 12 illik olduğundan, attestatla birbaşa qəbul mümkün deyil. Əgər birinci kursda oxuyursunuz, 3 illik bakalavra başlaya bilərsiniz. Əgər sonuncu kursdasınızsa magistr təhsilinə başlaya bilərsiniz.

Salam men Azerbaycan Dovlet Aqrar Universitetinin 1ci kurs telebesiyem.Tehsilimi Boyuk Britaniyada davam etdirmek isteyirem

Salam. Ixtisasıza uyğun olaraq Böyük Britaniyada təhsilinizi davam etdirə bilərsiniz. Bunun üçün sizə İELTS 6.5 sertifikatı lazım olacaq.

salam men Ingilterede magistr tehsilimi neft-qaz uzre almaq isteyirem amma bakalavri kimya uzre bitirmisem.bilmek isteyirem bu mumkundurmu?hemcinin sizin kursda IELTS uzre 2aya hazirlasa bileremmi?qiiymetini bildirseniz minnetdar olaram.indiden tesekkerler

Salam. Kimya mühəndisliyini bitirmisinizsə bəlkə qəbul edərlər. Sənədlərinizi bizə verəndən sonra universitetllə dəqiqləşdirə bilərik. İxtisasın adından çox, keçdiyiniz dərslər önəmlidir. Neft və Qaz mühəndlisliyinə lazım olan kreditlər varsa, çox güman ki, qəbulda problem olmayacaq. İELTS kurslarının qiymətləri barədə bu linkdə baxa bilərsiniz: İELTS kursları. Sizin İngilis dili səviyyənizi bilmədiyimiz üçün bir şey deyə bilmərik. Amma upper-intermediate səviyyəniz varsa, iki aya mümkün ola bilər. Zəhmət olmasa (012) 492-68-53 nömrəsinə zəng edin, İELTS ilə və digər suallarınızla bağlı məlumat verə bilək.

Salam. Bilmək istərdim ki, dövlət hesabına öz ixtisasım üzrə İngiltərədə magistr təhsili ala bilərəm ? Hansı sənədlər lazımdır və prosses necə yerinə yetirilir?

Salam. Təəssüf ki, dövlət hesabına Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr təhsili ala bilmərsiniz. Çünki bu ixtisas prioritet deyil. Əgər İngiltərədə oxumaq üçün kifayət qədər maliyyə mənbəyiniz yoxdursa, sizə alternativ variantlar təklif edə bilərik.

Böyük Britanyaya tələbə vizası almaq üçün nələr ələb olunur?

Britaniyada tələbə vizası almaq üçün iki həftə kifayət edir. Öncə səfirlikdən görüş almaq lazımdır və lazımi sənədləri toplamaq lazımdır. Sənədlər tələblərər görə dəyişir

Salam. Mən Nigar Bayramova, İqtisad Universitetində qiyabi şöbədə 4-cü kursda təhsil alıram. İxtisasım Menecmentdir. İstəyirəm İngiltərədə 6 aylıq ixtisas artırma kursu keçim. Bu haqda zəhmət olmasa məni məlumatlandırasınız.

Salam, UK-də belə bir ixtisas artırma kursu yoxdur. Təşəkkürlər.

Mənim 7.5 İELTS nəticəm var. Orta balım 91-dən yuxaridir. Oksford Universitetinə qəbul ola bilərəmmi?

Salam, Əgər heç bir hissə 7.0-dan aşağı deyilsə, bəli müraciət edə bilərsiniz. Amma 2014-də başlayan dərslər üçün Oxforda qəbul bitib. 2015-ci ildə üçün Oktyabrda yaxınlaşın.

İT sahəsində İngiltərədə magistr proqramına qəbul üçün nə qədər IELTS tələb olunur?

İngiltərədə yaxşı universitetlərdə magistr təhsil almaq üçün 6.5 IELTS balı toplamaq lazımdır və heç bir hissə 6.0 baldan aşağı olmasın.

Mənim 6.5 IELTS nəticəm var. Və orta balım 72-dən yuxarıdı. Kanada və ya İngiltərədə Dövlət hesabına master oxuya bilərəm maliyyə üzrə?

Biz sizi Kanada və ya İngiltərədə Dövlət siyahısında olan Universitetlərə qəbul elətdirə bilərik. Lakin, 72 bal Dövlət Proqramında nə dərəcədə qeydə alınır onu dəqiq deyə bilmərik.

Mən burada iqtisadiyyat ixtisasında 2-ci kursda oxuyuram. 2-ci kursu bitirdikdən sonra xaricdə davam etdirmək istəyirəm. Əgər İELTS-dən başqa hər şeyi fevralda, sonra məsələn aprelin axırlaında İELTS-ı alıb yollasam qəbul olmaq şansım var? Qəbul olmaq istədiyim universitetlər Manchester və Glasgow-dur.

Bəli, qəbul ala bilərsiz

Hal- hazırda 11-ci sinifdə oxuyuram. Attestatla İngiltərədə hər hansı bir Universitetdə təhsil ala bilərəm?

İngiltərədə orta məktəb 12 illik olduğu üçün, siz orda 1 il foundation oxuyub sonra bakalavra qəbul ola bilərsiniz. Ya da ki, burada 1 il Universitet oxuyub sonra İngiltərədə oxuduğunuz ixtisas üzrə davam etdirə bilərsiniz. Lakin, əksər hallarda, burada verdiyiniz imtahanları orada da verməli olursuz. Qeyd edək ki, İngiltərədə bakalavr pilləsi 3 il təşkil edir.

İngitərədə magistrə qəbul olmaq üçün GPA nə qədər olmalıdır?

GPA balınız nə qədər yüksək olarsa, o qədər sizin xeyrinizədir. Amma orta nüfuzlu bir Universitetə qəbul olmaq üçün sizin GPA 75-85 arası olmalıdı

Mən hal-hazırda BDU-da 2-ci kursda oxuyuram. İxtisasım İqtisadiyyatdır. İngiltərədə Mançester kimi universitetlərdə bakalvra qəbul olmaq üçün təxmini nə qədər orta bal tələb olunur? Məndə 75.dir.

Əslində bu ballada girmək olar, bu baxır ixtisasa. Amma daha rahat qəbul üçün 80-dan yuxarı olsa yaxşı olar.

İngiltərədə necə magistr oxuya bilərəm?

İngiltərədə magistr elmi dərəcələri aşağıdakı kimidir: MA– humanitar elmlər üzrə magistr MSc – texniki elmlər üzrə magistr LLM – hüquq üzrə magistr MBA – iş administrasiyası üzrə magistr Magistr üçün tələb olunan sənədlər isə : IELTS nəticəsi, Bakalavrda bitirdiyiniz ixtisasın Magistrdə davam etdirmək istədiyini ixtisasa uyğun olması, GPA ( orta nisbi bal )

İngiltərədə bakalavr və ya magistr oxumaq üçün nə qədər IELTS toplamalıyam?

Standard IELTS balı ingiltərə üçün 6.5 baldır lakin yüksək reytinqli universitetlər 7.0 və ya yuxari, və dəqiq elmlər isə bir çox hallarda 6.0 ilə qəbul edirlər.

İngiltərə Universitetlərində pulsuz təhsil ala bilərəm?

Xeyr, İngiltərədə təhsil tamamilə ödənişlidir. İllik təhsil haqqı isə minimum 10.000 manat-dan başlayır

İngiltərədə təhsil almaqla nə əldə edə bilərəm?

İngiltərədə qatılacağınız bir təhsil proqramında mükəmməl təhsili və imkanlardan yararlanacaqsınız – İngilis məktəbləri, kollecləri və universitetləri şagird