İngiltərədə təhsillə bağlı ən çox soruşulan suallar

Nə üçün ingilis dilini Böyük Britaniyada öyrənməli ?!

Böyük Britaniya, İngiliscə dil təhsilində bir dünya lideridir. Hər il 600.000-dən çox tələbə hədəflərinə çatmaq, müasir Böyük Britaniya həyat tərzini yaşamaq və dili şəxsən öz ölkəsində istifadə etmək üçün Böyük Britaniyaya axın etməkdədir. Niyə sizdə onlara qatılmayasanız?

  • Böyük Britaniyanın hər yerində İngiliscə danışılır. Böyük Britaniyanın müxtəlif bölgələrində fərqli ləhcələr vardır amma buna qısa müddətdə alışa bilərsiniz
  • İngiliscənizi gündəlik həyatda hər an hər yerdə, filmlər və televiziya, qəzetlər və kitablar, alış-veriş və əyləncə sayəsində istifadə etmə şansına sahibsiniz
  • Böyük Britaniya xarici dil olaraq İngiliscə təhsili mövzusunda uzun illərin təcrübəsinə və ekspertliyinə malikdir
  • Böyük Britaniyanın İngiliscə dil təhsilindəki müvəffəqiyyəti beynəlxalq mənada qəbul edilmişdir

Kursun keyfiyyətli olub olmadığından necə əmin ola bilərəm?

British Council və English UK, Böyük Britaniyada akkreditasiyanı həyata keçirir. Bu, Böyük Britaniyadakı xüsusi məktəblər və uşaqlar üçün açılan qısa davamlı kurslar üçün beynəlxalq mənada etibarlı olan tək akkreditasiya səmasıdır. Akkreditasiya edilən mərkəzlər British Council tərəfindən tez-tez yoxlanılır və bu sayədə təyin olunan keyfiyyət standartlarına uyğun gəlmələri təmin edilər. Education UK-nın veb səhifəsinin İngiliscə qisimində (www.educationuk.org/english) sadalanan bütün İngiliscə dil kursları akkreditasiya edilmiş kurslardır. Əgər kurs, qabaqcıl təhsil verən bir kollec və ya universitet tərəfindən açılırsa, bu kurs gündəlik nəzarətlərin bir hissəsi kimi dövlət əməkdaşları tərəfindən yoxlanılır.

Daha ətraflı məlumat üçün www.britishcouncil.org/Accreditation ünvanına baxa bilərsiniz.

Harada təhsil ala bilərəm?

İngiltərənin cənub sahilindən Şotlandiyanın şimalına, hətta Gallerdən Şimali İrlandiyaya qədər Böyük Britaniyanın hər yerində akkreditasiya edilmiş təşkilatlar vardır. Bu sayədə ehtiyaclarınıza ən uyğun bölgədə ən uyğun məktəbi seçə bilərsiniz.

Bununla yanaşı, təhsil almaq istədiyiniz təhsil ocağının növünü də siz seçə bilərsiniz: dil təhsilində ixtisaslaşmış bir dil kursumu, yoxsa qabaqcıl təhsil yolunu da açan bir kollec və ya universitetmi? Dövlət təşkilatları və xüsusi təşkilatlar fərqli üstünlüklərə malikdir. Bir dövlət qurumundasınızsa, başqa sahələrdə təhsil alan və Böyük Britaniya vətəndaşı olan bir çox tələbə ilə bir yerdə olacaqsınız.

Özəl dil məktəbi: Hər səviyyədə tam zaman və yarı zamanlı kurslar. Qısa və uzun dövrlü kurslar. Yalnız ingilis dilli dərslər.

Özəl və dövlət dil mərkəzləri: Yalnız qısa dövrlü kurslar, ümumiyyətlə yaz aylarında, ictimai tədbirlər və gəzintilər də daxildir. Yalnız ingilis dilli dərslər.

Müstəqil məktəblər və xüsusi dərs verən təşkilatlar: Bu məktəblər və təşkilatlarda çox müxtəlif sahələrdə təhsil ala bilərsiniz və qatıldığınız bütün fəaliyyətlər də İngiliscənizi istifadə etmə şansına da sahibsiniz.

Qabaqcıl təhsil müəssisələri: Başlanğıc səviyyəsindən irəli səviyyəyə qədər tam zaman və yarı zamanlı kurslar. Bu təşkilatlar ayrıca karyera əsaslı təhsillər və anadil olaraq İngiliscə danışan tələbələrlə bir yerdə ola biləcəyiniz gerçək universitet dərslərinə qoşulma imkanları da təqdim edir. Əgər İngilis dilini başqa bir mövzuyla birlikdə öyrənirsinizsə bu cür kurslara İngiliscə Plus deyilir.

Yüksək təhsil müəssisələri: Tam zamanlı və yarı zamanlı kurslar. Şagirdlər orta səviyyə ya da üst səviyyə olmalıdır. Bu təşkilatların bir çoxu Akademik məqsədli İngiliscə təhsilində peşəkarlaşmışlar.

Fərqli növdəki kurslar nələrdir?

İngilis dilini ictimai, akademik və ya iş məqsədli olaraq öyrənmək istəyə bilərsiniz. İngilis dilini tək başına, ya da başqa bir akademik, iş və ya hobbi sahələrinin yanında öyrənə bilərsiniz.

Budur sizə bir neçə variant;

Ümumi İngilis dili: Heç İngiliscə bilməyən tələbələrə üçündür.

Akademik məqsədli İngilis dili: tələbələrin akademik təhsillərində ehtiyac duyacaqları İngilis dilini öyrənmələrini təmin etmək üçün.

Universitetə ​​hazırlıq İngiliscə kursları (Dövr-əvvəli kursları da deyilir): Böyük Britaniyada oxumaq istəyən və bunun üçün İngiliscə bilməsi istənən tələbələrə üçündür. Bu kursların müddəti üç həftədən bir ilə qədər dəyişə bilər.

Dövr içi / dəstək İngiliscə kursları: Bu ​​kurslar yuxarıda göstərilən kurslar kimidir; amma ümumiyyətlə pulsuzdur. Məqsədi gerçək akademik təhsiliniz başladıqdan sonra əlavə İngiliscə köməyi təmin etməkdir.

 

Xüsusi məqsədli İngilis dili: Biznes, səyahət, turizm və iaşə kimi xüsusi sahələrdə karyeralarını inkişaf etmək məqsədiylə İngiliscə öyrənmək istəyənlər üçündür.

İngiliscə Plus birləşmiş kurslar: İngiliscə, kursun yalnız bir hissəsidir. Digər hissə isə (‘plus’ deyilən hissədir) karyera məqsədli bir təhsil və ya məsləki bir iş ola bilər. Kursun ‘plus’ hissəsi dulusçuluqdan siyasətə qədər hər sahədə ola bilər.

İngiliscə Plus iş təcrübəsi: Biznes və ya IT / proqramlaşdırma kimi iş təcrübəsinin də daxil olduğu başqa bir sahədə təhsillə birləşdirilmiş İngiliscə kursudur.

Mövsümlük və ya bayram kursları: Uşaqlar (on altı yaşından kiçik) və böyüklər üçün uyğun olan Yaz və Pasxa kursları. Bu kurslar ümumiyyətlə idman və gəzintilər kimi tətil fəaliyyətlərini də ehtiva edərlər.

Hazırlıq və giriş kursları: Akademik İngiliscə bacarıqlarıyla bir akademik və ya peşə sahəsi təhsilinin birləşməsidir.

Birə-bir: fərdi dərslər. Yalnız bir müəllim və bir şagird.

Evdə xüsusi dərs: Müəllimin öz evində birə bir xüsusi dərs.

Daha ətraflı məlumat üçün www.educationuk.org/english ünvanına baxa bilərsiniz.

Fundamental İngiliscə səlahiyyətləndirmələri nələrdir?

British Council, səlahiyyətləndirmələrin tanıdılmasına kömək etmək məqsədiylə çox sayda Böyük Britaniya imtahan təşkilatıyla ortaqlıq qurmuşdur. Buna nümunə olaraq Cambridge və Trinity College İngiliscə kurslarını göstərə bilərik. British Council müəyyən bir avtorizasiya təklif etməz amma mövcud avtorizasiya haqqında məlumat əldə etmək və ünsiyyət məlumatlarını görmək üçün www.britishcouncil.org/home/learning/learning-exams/learning-exam-boards-english.htm ünvanını ziyarət edə bilərsiniz.

Viza almağımızın lazım olub-olmadığını haradan öyrənə bilərəm:

Viza almağın lazım olub-olmadığını və əgər lazımdırsa necə müraciət edə biləcəyinizi öyrənmək üçün www.ukvisas.gov.uk ünvanına baxa bilərsiniz.

Harada yaşayacağam:

Yoldaşlarınızın və ya qohumlarınızın yanında qala bilərsiniz, amma İngiliscənizi gün ərzində istifadə edə biləcəyiniz bir yerdə qalmaq sizin üçün daha yaxşı olacaq. İngiliscə dil kursu verən az qala hər təşkilat tələbələrə yerləşmə nizamlamaları mövzusunda köməkçi olar. Ailə yanı, məktəb yurdu və ya tələbələr üçün mənzil dairələri və hətta otellər və yataqxanalar kimi bir çox yerləşmə seçimi var. Siz yalnız necə bir yerdə qalmaq istədiyinizə qərar verin yetər.

Daha ətraflı məlumat üçün seçdiyiniz qurumla görüşə bilərsiniz.

İşləyə bilərəmmi?

Part-time bir işdə ya da bir tətil işində çalışa bilərsiniz. Lakin çalışacağınız iş, təhsilinizin bir parçası deyilsə və təhsil qurumunuzdan təsdiq almadınızsa və milli olaraq qəbul edilən bir təşkilat tərəfindən veriləcək bir dərəcə və ya səlahiyyət təşkil etmirsə və professional idmançı və ya animator kimi öz işinizin başında deyilsinizsə, ya da qalıcı bir işdə tam zaman işləməyirsə, təhsil dövrünüzdə həftədə 20 saatdan çox işləyə bilməzsiniz.

Əgər Böyük Britaniyaya tələbə olaraq altı ay və ya daha az bir müddət üçün gəlirsinizsə, iş icazəsi üçün Köçəri Bürosuna müraciət edə bilərsiniz.

Müəllimlər üçün hansı kurslar mövcuddur?

İngiliscə öyrənməyi təmin edəcək bir çox kurs tapa bilərsiniz.

Başlanğıc kursları “Teaching English to Speakers of Other Languages ​​(TESOL)” və “Teaching English as a Foreign Language (TEFL)” nəzdində, bir həftədən dörd həftəyə qədər dəyişən müddətlərdə UCLES Celta və ya Trinity Cert TESOL kimi sertifikatları almanızı təmin edəcək kurslar mövcuddur.

Böyük Britaniyada yeməklər necədir?

Böyük Britaniyada hər növ yeməyi tapa bilərsiniz. Şəhərlərdə və böyük qəsəbələrdə dünyanın hər yerindən müxtəlif mətbəxlərə aid yeməklər satan restoranlar da vardır. Supermarketlərdə tərəvəz, meyvə, ədviyyat və digər vəsaitlər yer alır və dünya mətbəxi mövzusunda ixtisaslaşmış saysız mağaza da asanlıqla tapıla bilər.

Daha ətraflı məlumat üçün www.britishcouncil.org/ukinfocus-food-revolution.htm

Böyük Britaniyada hava necədir?

Böyük Britaniyada iqlim mülayimdir: yazlar sərin, qışlar olduqca mülayim keçir. Və bu günə qədər eşitdiklərinizə baxmayaraq, Britaniya havası daim yağışlı və sisli deyil, əksinə ümumiyyətlə olduqca rahat, müxtəlif və deyilənlərdən çox daha maraqlıdır. Yağış, günəş, istilik və hətta gün işığı belə harada yaşadığınıza görə dəyişər. Ümumiyyətlə hava, qərb tərəflərində şərq tərəflərindən daha yağışlı və ilıqkən, şimal bölgələr cənub bölgələrdən çox daha soyuqdur.

Böyük Britaniyadakı hava dəyişiklikləri xüsusilə tropik və ya ekvator iqlimlərinə alışıq olan beynəlxalq tələbələrin olduqca marağını çəkir. Xüsusilə yaz mövsümü əvvəllərində hava vəziyyəti çox dəyişik ola bilər. Tək bir gün içində yağış, qar, dolu, göy gurultusu ilə ildırım, və parlaq bir gün işığına şahid ola bilərsiniz.

Daha ətraflı məlumat üçün www.bbc.co.uk/weather və ya www.weatheronline.co.uk

Faydalı siyahı:

  1. Əvvəl, diqqətinizi çəkən kurs və ya məktəb / universitetləri seçin. Öz ölkənizdəki British Council bürosu sizə Birləşmiş Krallıqdakı akkreditasiya edilmiş İngiliscə dil təhsili verən kurslar haqqında ətraflı məlumat verə bilər. Ya da bu axtarışı EducationUK veb səhifəsinin İngiliscə qisimindən www.educationuk.org / english özünüz reallaşdıra bilərsiniz.
  2. Məlumat və müraciət formalarını əldə etmək üçün məktəb və ya üniversitetlə əlaqə saxlayın və ya veb səhifələrini ziyarət edin.
  3. Həftəlik dərs saatı, sinif mövcudluğu, kurs ödənişləri (ödənişə nələr daxil, nələrə əlavə pul ödəmək məcburiyyətindəsiniz) qonaqlama variantları və ödənişləri və əgər istəyirsinizsə sertifikat alıb almayacağınız kimi müəyyən suallarınıza cavab tapın.
  4. Məktəb və ya universitetə ​​ərizə formasını göndərin. Müraciətinizi birbaşa edə bilər və ya bir təhsil məsləhətçisindən kömək ala bilər və ya müraciətinizə dəstək olması üçün ölkənizdəki British Councilla məsləhətləşə bilərsiniz.
  5. Orta hesabla iki həftə içərisində əlinizə keçəcək olan qəbul məktubunun gəlməsini gözləyin. Bu məktub istədiyiniz yerləşmə alternativinin uyğun olub olmadığını da bildirəcək və buna görə sizdən depozit ödənişi tələb edəcək.
  6. Depoziti ödəyin. Məktəb və ya universitet sizə bir təsdiq məktubu göndərəcək.

Əgər viza almaq üçün müraciət lazımdırsa bu təsdiq məktubu viza müraciətiniz üçün də istifadə edilə bilər.

Viza müraciəti mövzusunda daha çox məlumat əldə etmək üçün lütfən Böyük Britaniya viza veb səhifəsinə www.ukvisas.gov.uk – Do I Need A UK Visa və ya ölkənizdəki Böyük Britaniya Konsulluğu ya da British Council bürosuna baş çəkin.

 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir