Yay yaxınlaşdıqca valideynlər övladlarınının istirahətini düşünməyə başlayırlar. Hər kəs istəyir ki, övladları həm oxusun, həm də yaxşı istirahət edə bilsin. Biz neçə illik təcrübəmizə əsaslanaraq Sizi,yəni həm valideynlərin,həm də gənclərinin istəyini təmin edəcək “İngilisdilli yay məktəbləri” təşkil edirik. Yay məktəbi bir çox üstünlüklərə malikdir. İlk öncə istirahət etməklə yanaşı ingilis dili biliyini də inkişaf etdirirsən.
Hər il olduğu kimi bu ildə fərqli məkanda təşkil edəcəyik yay məktəbini. “İngilisdilli Yay məktəbi” artıq dörd ildir ki, CELT Colleges tədris mərkəzində uzunmüddətli bir layihə olaraq həyata keçirilir.Məkan olaraq hər il fərqli məkanları seçirik. Təbii ki, seçimlərdə təbiəti, mənzərəsi gözəl olan məkanlara üstünlük verilir.
2 həftədən başlayan proqrama aşağıdakılar daxildir:
- Britaniya və Amerikadan olan müəllimlərlə gündəlik dərs
- Tələbələrə rəhbərlik edəcək CELT şirkətinin təyin etdiyi məsul şəxs
- Gündə üç dəfə müxtəlif çeşidli Avropa və Azərbaycan mətbəxi
- Voleybol, basketbol, diskoteka, hovuz
- Məkana yaxın olan digər rayonlara ekskursiya
“Azərbaycanın səfalı guşələrində dincəl və ingilis dilin öyrən” devizi altında bu proqramla həmişə irəliləyirik. Tələbələrin rahatlığını təmin etmək üçün ingilis dili dərsləri həm yerli müəllimlərlə, həm də əcnəbi müəllimlərlə dərslər təşkil olunur. İngilis dili bilikləri Pre-intermediate səviyyəsində olan tələbələrə əcnəbi müəllimlər dərs keçirlər. Tələbələr 10-15 nəfərlik qruplara bölünür.
- Yay düşərgəsinin üstünlükləri:
- Sıx meşəliyin olması
- Rahat şərait
- İştirakçılara yüksək xidmət göstərilməsi
- Müxtəlif sivilizasiyalara məxsus insanlarla söhbət etmək imkanı
- Yüksək sürətli internet
Burada tələbələrimizə kompyuter texnologiyaları ilə əlaqəli olan istənilən fəaliyyət sahəsində aldıqları biliklərdən faydalanmaq imkanı yaradılıb. DVD dərsləri isə hər həftənin sonunda seyr etdikləri filmlərə aid inşalar yazmaqdan ibarətdir
Ətraflı məlumat və qeydiyyat üçün
CELT Colleges 28 May,
Rəşid Behbudov küç. 56,
Xarici Dillər Universitetinin yanı,
Tel: (012) 441 36 65, (055) 760 76 76, Blackberry BBM: 2A9C620A
Dusergeye qeydiyat ne vaxt baslayir?
2 həftəyə ingilis dilin öyrənmək mümkündür burda?
Əyləncəli ingilis dilidir. Kimsə iki həftəyə super ingilis dili öyrənməz
salam dərslər gündə neçə dəfə olur?birdə gəlməmişdən qabaq imtahanlar hansı səviyədə olur?
Salam. Düşərgə ilə bağlı İçəri şəhər ofisinə zəng edin. 012 492 68 53
Salam.
10 cu sinfə keçən şagird Sizdə təhsil ala bilərmi?
İllik qiymət neçəyədir və bu qiymətə nə aiddir.
Salam. Bəli ala bilər. Düşərgə üçün İçəri Şəhər ofisinə zəng vurun zəhmət olmasa.
burda olmuwam coxxx gozel idi..her weyi tebieti istiraheti…her wey ela idi…hec gelmek istemezdim(((((((