İngilis dilini təkmilləşdirmək üçün etməli olduğunuz 13 addım.

İngilis dilini təkmilləşdirmək üçün etməli olduğunuz 13 addım.

  •           Ilk öncə səhv etməkdən qorxmayın. Özünüzə arxayın olun. İnsanlar yalnız sizin səhv etdiyinizi eşitsələr onları düzəldə bilərlər.
  •           Çalışın özünüzü yalnız İngilis dilində danışmaq üstünlük təşkil edən mühitə öyrəşdirin. Əgər dili əla səviyyədə öyrənmək istəyirsinizsə mütləq danışmalısınız.
  •           Özünüzə bir dərs planı hazırlayın. Həftədə dərs oxumağa nə qədər vaxt sərf edəcəyinizi dəqiqləşdirin və bu rejimə uyğunlaşın. Hətta bu plan haqqında ailənizə və dostlarınıza da bəhs edin ki, sizi bu işə daha da həvəsləndirib ruhlandırsınlar.
  •           4 bacarığın hər birini (oxuma,yazma,danışıq və dinləmə) birlikdə təkmilləşdirin.
  •          Öyrəndiyiniz yeni sözlər üçün balaca bir dəftər tutun. Həmin sözləri cümlələrdə işlədin və hər birini danışarkən ən azı 3 dəfə işlədin. Sözlərin mənasını onları işlətdiyiniz cümlələri xatırlayaraq daha asanlıqla yada salacaqsınız.
  •          Nə üçün öyrəndiyinizi dəqiqləşdirin. Məqsədiniz sizə məlum olduğu halda daha həvəslə işinizi bitirməyə can atacaqsınız. Hətta özünüzü kiçik hədiyyələrlə qiymətləndirin ki, bu işə daha da həvəsli olasınız.
  •          Elə bir mühit yaradın ki, məcburi şəkildə deyil istədiyiniz üçün öyrəndiyinizi hiss edəsiniz. Yadda saxlayın, nəyisə istəyərək, həvəsli olaraq etmək daha effektiv olur.
  •          Bəzən tələbələr yeni yeni dil öyrənməyə başlayarkən dinləmə etməkdən yayınırlar. Bunun da əsas səbəbi kimi dinlədiklərində heç bir şey anlamadıqlarını qeyd edirlər. Lakin qətiyyən belə fikirlərə qapılmağınıza ehtiyac yoxdur. Əvvəl əvvəl başa düşməsənizdə altyazı ilə baxdığınız bu dinləmə materiallarında hərəkətləri də izləyərək eşitdiyinizin və altyazıda oxuduğunuzun nə mənaya gəldiyini zaman keçdikcə anlayacaqsınız və dili bir başa yerli danışanlardan eşitdiyiniz üçün daha effektiv tələffüz edə biləcəksiniz.
  •          Özünüz üçün həftədə ən azı 3 dəfə iştirak edə biləcəyiniz bir kurs və ya danışıq məktəbi seçin. Öz təcrübəmdən bunun nə qədər faydalı olduğunu deyə bilərəm. CELT Colleges-in Nərimanov filialında tələbə olarkən kursun mənə bir neçə tərəfdən çox faydasını gördüm. Söhbət təkcə dərslərin keyfiyyətindən getmir. CELT kimi kurslarda elə bir mühit var ki, tələbələr bir birilərilə daimi ünsiyyətdə olurlar və çalışırlar ki danışıqları əsasən ingilis dilində aparsınlar. Dərsdən kənarda belə müəllimlər tələbə ilə danışan zaman ingilis dilində danışdığından mühit insanı öz dilini daha az istifadə etməyə məcbur edir.
  •          Sosial şəbəkələrdə izlədiyiniz səhifələrin əksəriyyətinin ingilis dilində olduğundan əmin olun. Belə ki, bu sizin maraq dairəniz içərisində olan mövzular olduğundan istər istəməz mütaliə etməyə çalışacaqsınız. Bir çox hallarda insanlar kitab mütaliəsi etməkdə tənbəllik etdiklərindən, ən azı virtual olaraq bütün məlumatların ingilis dilində mənimsənilməsi onlara çox böyük təkan verir.
  •          Çalışın ki düşünərkən ilk öncə öz dilinizdə düşünməyi tərgidin. Bu sizin ingilis dilində olan dil səlisliyini yavaşladacaqdır. Filmlərdə eşitdiyiniz ifadələr vasitəsi ilə öz düşündüklərinizi birləşdirib yalnız ingilis dilində istifadə etməyə səy göstərin.
  •          Maşın sürərkən və ya mətbəxdə yemək bişirərkən ingilis dilində radio dinləyin. Passiv dinləmə olsa da qulaqlarınızı dilə uyğunlaşdırmış olursunuz.
  •          Xaricə gedərkən ingilis dilində söhbətə başlayan tərəf siz olun. Kiminsə sizə yaxınlaşıb ingilis dilində danışmasını gözləməyin.

Nərgiz Ağaverdiyeva

Əlaqə: nargiz@celt.az

Telefon: (012) 566 48 23

CELT Colleges Narimanov

2 thoughts on “İngilis dilini təkmilləşdirmək üçün etməli olduğunuz 13 addım.”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamc