İngilis dilində söz bazanızı necə inkişaf etdirə bilərsiz?

Dil öyrənmək hər zaman davam edən bir prosesdir. Öyrənməyinizə kömək edəcək yararlı vərdişləri yaratmaq və ən uyğun sözləri danışıq prosesində istifadə etmək komunikasiya yaratmağınızı, fikirlərinizi aydın şəkildə çatdırmağınızı və yazmağınızı daha da asanlaşdıracaqdır. Əgər siz də ingilis dilində söz bazanızı inkişaf etdirmək istəyirsinizsə sizə təklif olunan spesifik addımları sona qədər oxumalısınız.

 

Həvəslə oxuyun. Məktəbi bitirdikdən sonra sizin yeni sözlər öyrənə biləcəyiniz ev tapşırıqlarınız və dərsləriniz olmayacaq. Oxumağı dayandırmağınız a

sanlıqla baş verəcəkdir. Əgər siz ingilis dilində gözəl söz bazası yaratmaq istəyirsinizsə davamlı olaraq izləyə biləcəyiniz bir oxuma rejimi yaratmalısınız.

Həftədə 1 yeni kitab və ya hər səhər qazet oxumağa başlaya bilərsiniz. Söz bazanızı inkişaf etdirməklə bərabər eyni zamanda öz dünya görüşünüzü artırmış olarsınız.

Ədəbiyyat oxuyun. Özünüzü boş vaxtınız olduqca məcbur edin daha çox kitab oxuyasınız. Klassikləri oxusanız lap əla olar.

Çalışın bədii ədəbiyyat oxuyun.

Bu cür kitablar yavaş-yavaş yalnız sizin danışıq qabiliyyətinizi deyil həmçinin düşünmə tərzinizi də  dəyişəcəkdir.

İnternetdən məlumatlar oxuyun. İnternetdən müxtəlif mövzulu jurnallar, inşalar, bloglar oxuyun. Hətta sizə maraqlı olan saytlardan,moda və ya idman haqqında məlumatlar oxusanız da olar.

Sizə tanış olmayan sözləri araşdırın. Bilmədiyiniz sözlə qarşılaşdığınız an dərhalsəbrsizcə onun üzərindən ötməyin. Çalışın sözün mümkün ola biləcək mənasını cümlənin konteksindən təxmin edin və daha son

ra lüğətdən baxaraq dəqiqləşdirin.

Balaca bir dəftər tutsanız dərhal araşdırdığınız sözü qeyd edib daha sonra lazım olan vaxtda istifadə edə bilərsiniz.

Lüğəti oxuyun. Sözlərin açıqlamasının uzun olduğu lüğətlərə üstünlük verin, çünki belə üsulla sözləri xatırlamaq daha asand olacaqdır.

Bacardığınız qədər çox dinləyin. Filmlərə baxın, podcastları dinləyin, musiqilərə qulaq asın. Müntəzəm olaraq dinlədiyiniz zaman öyrənə biləcəyiniz sözlərin sayı və işlənmə dairəsi kifayət qədər çoxdur. Dili mükəmməl şəkildə öyrənmək istəyirsinizsə heçbir bacarıq passiv qalmamalıdır.

Özünüzə bir məqsəd qoyun. Əgər söz bazanızı inkişaf etdirmək istəyirsinizsə bunu özünüzə məqsəd edin. Hər dəfə not dəftərinə qeyd etdiyiniz yeni sözləri danışıq və ya 

yazı zamanı mütləq istifadə etməyə çalışın. Yadda saxlayın əgər sözü danışıq prosesi zamanı istifadə etmirsizsə bu söz sizin söz bazanızadaxil deyil.

Çox yazın. Yazma qabiliyyəti və söz bazanız ancaq aktiv yazdığınız zaman inkişaf oluna bilər. İnşalar yazın, özünüzə jurnal tutun, gündəlik yazın. Yazdığınız zaman spesifik detalları aydınlaşdırın.  Qısa yazmaqdan çəkinsəniz yaxşı olar.

 

 

 

Nərgiz Ağaverdiyeva

Ətraflı məlumat və müraciət üçün:

Əlaqə: nargiz@celt.az

Telefon: (012) 566 48 23

             (050) 787 57 66

CELT Colleges Narimanov

2 thoughts on “İngilis dilində söz bazanızı necə inkişaf etdirə bilərsiz?”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe