İngilis dilində necə danışım?

Azərbaycanda təhsilində bir sıra problemlər vardır. Bu problemlərdən biri də hal-hazırda orta məktəblərdə ingilis dili dərsliklərindəki vəziyyətdir. Demək olar ki, hər il yeni ingilis dili kitabları nəşr olunur və yeni metodlar tətbiq olunur. Bu yazıda orta məktəblərdə ingilis dilinin tədrisi və dərsliklər haqqında danışacayıq.

Təqribən bir neçə il əvvəl orta məktəblərdə ingilis dili beşinci sinifdən başlayaraq tədris olunurdu. Bu sinifdən başlayaraq on birinci sinfə kimi tədris olunurdu. Və dərsliklər hər il deyil, bir neçə il sonra dəyişilirdi. Lakin Azərbaycanın Avropaya inteqrasiyasından sonra Azərbaycanda da ingilis dilinə tələbat artdı. Hazırda istənilən  sahədə çalışan  şəxslər,tələbələr,şagirdlər bu dili öyrənməyə can atırlar.

Hal-hazırda məktəblərimizdə ingilis dili dərsləri birinci sinifdən başlayaraq on birinci sinfə kimi tədris olunur. Əslində bu ilk baxışdan normaldı. Amma gəlin görək məktəblərdə keçirilən ingilis dilinin səviyyəsi necədir və uşaqlar bu dili mənimsəyə bilirlərmi?

Əvvəla bizdə şagirdlərin mühiti başqadır, yəni xaricdəki kimi deyil. Məsələn, xaricdə uşaq məktəbə getməmişdən əvvəl,yəni uşağın məktəbəqədər dövrü zamanı da  ingilis dili dərsləri keçirilir. Təbii ki, yaşa uyğun şəkildə. Və uşaq artıq məktəbə gedəndə daha rahat şəkildə dərslikləri mənimsəməyə başlayır.

Bizdə isə bir sıra fəqliliklər vardır. Uşaq ilk dəfə dərsə başlayanda ingilis dili dərsinə başlayır və dərsi qavramaqda çətinlik çəkir. Bunun ilkin səbəbi dərsliklərin uşaqların yaşına görə çətin olmasıdır. Birinci sinfin dərsliklərində verilən məlumatlar birinici sinif uşağı üçün çətinliklər törədir. Və yaxud da müəllim o qədər çalışma verir ki, şagird artıq bu dərsi dərk etməkdə istər-istəməz çətinlik çəkir. Bütün bunlarla bərabər orta məktəblərimizdə tədris zamanı nəzəriyyəyə üstünlük verilir. Lakin praktikanın az olması şagirdlərin dili mənimsəməkdə bir sıra problemlərin ortaya çıxmasına səbəb olur. Məsələn,bir çox orta məktəblərdə dinləmə(Listening) demək olar ki, yox səviyyəsindədir.Bundan başqa oxuma(Reading),danışma(Speaking) bacarıqları zəif olduğundan şagirdlərin dili hərtərəfli öyrənmələrinə mane törədir.

Yuxarı siniflərə  doğru irəlilədikcə şagirdlər dərsliklərdən başqa daha alternativ vəsaitlər meydana çıxır. İnternet, müxtəlif dil kursları və s.

Ümumlikdə orta məktəbdə ingilis dilinin tədrisinin zəif şəkildə olması şagirdlərin sonrakı həyatlarında bir sıra problemlərə səbəb olur. Əslində isə şagird orta məktəbə bitirərkən ən azı İntermediate səviyyəsində olmalıdır. Amma bugünkü vəziyyət onu göstərir ki, şagirdlər maksimum elementary səviyyəsində olurlar. Orta məktəbi bitirdikdən ali təhsil almaq arzusu məncə hər bir şagirdin arzusudur. Və hər kəsə məlumdur ki, Ali məktəbə qəbul olmaq üçün müəyyən qruplarda ingilis dili biliyi də test edilir. Artıq şagirdlər imtahan vermək üçün müəyyən dil kurslarında ingilis dilini öyrənməyə başlayırlar.

Bundan başqa xaricdə təhsil almaq üçün də ingilis dilini öyrənmək vacibdir. Bu gün gün Azərbaycandan xarici ölkələrə tələbə axınını nəzərə alsaq deməli ingilis dilini ən başlanğıcdan öyrənməyə başlayıb artıq universitetdə daha da səlis öyrənmək mühümdür. Çünki xaricə gedən tələbələrin 90%-i dərsləri ingilis dilində tədris olunur.

Bütün bunların nəticəsi gətirib ona çıxarır ki, bizim cəmiyyətimizə normal ingilis dili öyrənmə mərkəzinə ehtiyac vardır. Elə bir mərkəz ki, orada öyrəncilər dili müxtəlif yeni metodlar vasitəsilə öyrənsinlər və praktik cəhətdən tətbiq edə bilsin. Artıq Azərbaycan təhsil məkanında 10 ildən artıqdır ki, fəaliyyət göstərən CELT Colleges tədris mərkəzi sizə bu sahədə xidmət göstərir. Siz burada ingilis dili dərslərini ən yeni metodlarla vasitəsilə öyrənməyə başlayacaqsınız və ilk dərslərdə siz keyfiyyəti hiss edəcəksiniz. Burada siz müxtəlif DVD vasitəsilə filmlər izləmək imkanı, Conversation Club, yazı bacarıqları və s. həm müəllimlərlə birlikdə, həm də digər vəaitlərlə asanlıqla mənimsəyəcəksiniz. Əgər ingilis dilini öyrənə bilmirsinizsə o zaman CELT Colleges tədris mərkəzinə gəlin, öyrənəcəksiniz.

CELT Gənclik

Tel: 012 415 99 40

 

 

 

9 thoughts on “İngilis dilində necə danışım?”

  1. Salam.10 ay müddətində ümumi ingilis dili kurslarında başlanğıc səviyyəsindən hansı səviyyəyə qədər öyrənmək mümkündür?

  2. CELT Colleges-də abituriyenrlərə dil öyrənmək üçün hansı imkanlar yaradılır və bunun daha hansı üstünlükləri var

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next