Dostlar bu gün sizlərə MobiApp kateqoriyasından daha bir mobil aplikasiya haqqında danışmaq istərdim. Bu applikasiya Basic-English adlanır ki, Siz bu applikasiya vasitəsilə 2000-ə yaxın söz öyrənə bilərsiniz və ya söz bazanızı inkişaf etdirə bilərsiniz. Bildiyiniz kimi ketfiyyətli və dolğun luğət və tərcümə proqramlarının bir çoxu pulludur. Lakin bu proqram həmin pullu proqramlardan heç də fərqlənmədiyi halda pulsuzdur. Siz bu proqram vasitəsilə istənilən sözün səslənişini və cümlədə işlənmə mexanizmini və qrammatik açıqlamasını tapa bilərsiz. Bundan başqa bu proqram vasitəsilə özünüz sözlər əlavə edib yaddaşda saxlaya bilərsiniz ki, bu da ingilis dili hazırlıq kurslarına gedənlər üçün lüğət rolunu oynaya bilər ki, sonradan istənilən yazdığınız sözü çox asan formada tapa bilərsiniz. Aşağıdakı prt sc olunmuş şəkillərdən istifadə qaydasını öyrənə bilərsiniz. Bundan başqa Android əməliyyat sistemli mobil telefonunuzda “Scanner Barcode” proqramının köməkliyi ilə barkodu skan edib asanlıqla bu proqramı taparaq telefonunuza yükləyə bilərsiniz.