İngilis dili bilməyin üstünlükləri

Beynimizi bir əzələ kimi düşünün. Onu nə qədər çox işlətsək, bir o qədər güclənir. Xarici dil öyrənmək isə beyni işlətməyin ən yaxşı yollarından biridir. Beyin yeni informasiyanı qəbul edir, daha sonra onu emal edərək bazasında saxlamağa çalışır. Bu mərhələdə isə yadda saxlanılmış informasiya istifadə olunmadığı müddətdə öz işləkliyini itirir və qəbul olunmuş yeni sözlər aktiv söz bazasından çıxaraq passiv söz bazasına keçir. Dil öyrənərkən ən vacib nüans həmin dilə bir dərs kimi baxmaqdan çox sanki simulasiyadaymış kimi onu yaşamaqdır. Xarici dillər arasında isə ən məşhurlardan biri İngilis dilidir. Məşhurluğu ilə yanaşı düzgün metodlarla tədris edildiyi halda İngilis dili həm də ən asan dillərdən biri kimi dəyərləndirilir.

İngilis dili “Beynəlxalq ortaq dil” statusunu almış ilk dildir. Dünyanın bir sıra hegemon dövlətlərində dövlət dili olmaqla yanaşı, 2 milyarda yaxın insanın da ikinci dilidir. Əhatə dairəsi bu qədər geniş olduğuna görə İngilis dilinə olan tələbat da buna müvafiq olaraq çoxdur. İngilis dilinin tarixi erkən əsrlərə gedib çıxır. Mənşə etibarilə Hind – Avropa dil ailəsinə aid olan İngilis dilinin ilkin versiyası indiki halından tamam fərqlənir. Əsrlər ərzində əsaslı şəkildə dəyişmiş bu dildə ilk yazılı material 9-10-cu əsrlərə aid olan epik əsər sayılır. Dəyişikliklərin səbəbi isə tarix boyunca mövcud olan daimi istilalardır.

Son bir neçə ildir ki, İngilis dili bilməyin vacibliyi dedikdə ağıla gələn səbəblərin siyahısı artıb. İngilis dilini bilmək artıq elə də nadir tapılan bacarıq sayılmır.

Xarici dil bilmək dünyagörüşünüzə müsbət təsir etməklə bərabər daha geniş kütləyə müraciət etmək şansı da yaradır. Siz cari savadınızı nümayiş etməklə yanaşı İngilis dilini bilməklə təhsilinizi xaricdə davam etdirə bilərsiniz.

Beynəlmiləl dil olması İngilis dilini iş üçün bir tələb halına gətirib. Bu gün artıq iş elanlarında “İngilis dilini bilmək arzuolunandır” əvəzinə sadalanan dillər sırasına mütləq şəkildə “İngilis dili” yazırlar. Beynəlxalq şirkətlərdə işləyənlərdən əlavə yerli müəssisələrdə çalışanların da işgüzar məqsədlə ünsiyyət yaratmaq üçün İngilis dilinə ehtiyacı var. Amma İngilis dili təkcə iş məqsədli ünsiyyətə xidmət etmir. Hansısa xarici ölkəyə getdiyimiz zaman özümüzü daha rahat ifadə etmək üçün də ona ehtiyac hiss edirik. Həmçinin, səbəblər sırasına İngilis dilinin hazırda ən aktual diplomatik beynəlxalq dil olmasını da əlavə etmək olar.

 “Ikinci bir dilə malik olmaq ikinci bir ruha malik olmaq deməkdir.” – Fransa kralı Böyük Çarlz

Xanım Xəlilova

CELT Xətai

xanim@celt.az

+99412 496 45 76

+99450 588 15 18

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next