İmtahana 1 gün qalmış nə etməli?

İmtahana hazırlıq prosesi uzun müddət alsa da imtahanın son günlərində daha çox məlumatı təkrarlamaq və ya yeni məlumatlar öyrənmək heç də yaxşı nəticə vermir. Çünki Siz hansısa mövzuları zəif və ya heç bilməməyiniz səbəbindən o mövzuların üzərinə daha çox düşdükdə beyninizdə topanan məlumat bazasını emal edərkən bir çox problemlər yaşana bilər. Ona görə imtahan bir gün qalmış yeni məlumatlar öyrənmək və nələrisə bilməməniz səbəbindən daha çox oxumanız yaxşı deyil. Bunu qəti olaraq etməyin. Sabahkı imtahanda yaxşı nəticə əldə etmək istəyinizi varsa, ilk öncə bunu bacaracağınıza özünüzü inandırın… Kənarda olan insanların fikirləri onların sizin haqqınızda düşündükləri və düşünəcəkləri zərrə qədər də Sizə təsir etməsin.

Əgər Siz az bal toplasanız yaxud yaxşı nəticə göstərməsəniz qohumlarınız, sinif yoldaşlarınız və yaxud digərləri sizin haqqınızda nə düşünəcəklərini düşünüb beyninizi yormayın. Siz bu imtahanı özünüz üçün, sevdikləriniz üçün qazancağınıza inanın və buna can atın! Cəsarətli olun!

İmtahana hazırlaşan hər bir kəsi imtahana 1 gün qalmış aşağıdakı qaydalara əməl etmələrini tövsiyyə edirik.

  • Öz söz – söhbəti və ya problemləri ilə sizi həyəcanlandıran insanlarnan ünsiyyətdə olmaqdan qaçın.
  • Sizə müsbət enerji verən insanlarnan ünsiyyət qurun, onlara baş çəkin və son günü onlarla keçirin.
  • Yeni materiallar öyrənməyin və heçnə oxumayın.
  • Son günü ancaq istirahətə və sizə enerji verəcək işlərə həsr edin.
  • İmtahanın gedişini çalışın öz xəyalınızda hər kiçik xırdalığına kimi canlandırın.
  • İmtahandan sonra əgər istədiyiniz  nəticəni əldə etməsəniz nece reaksiya verəcəyinizi və nə edəcəyinizi mütləq planlaşdırın ki, nəyi necə edecəyinizə qabaqcadan hazırlıqlı olasınız.
  • İmtahana gedərkən lazımlı əşyaları və sənədləri axşamdan toplayın və imtahan günü rahat tapa biləcəyiniz bir yerə qoyun. 
  • İmtahanı verəcəyiniz yeri qabaqcadan öyrənin ki, imtahan günü axtarmayasınız.
  • İmtahana gedən vaxt sizə rahat olan paltari geyinin və sizə uğur gətirəcəyinizə inanacaqınız aksesuarlardan istifadə edin.
  • İmtahana Sizə inanan güvənən və sizin uğurlu olub-olmamanızdan asılı olmayaraq hər zaman yanınızda olacaq şəxslə gedin. Bu valiydenləriniz, bacınız və ya qardaşınız ola bilər.
  • İmtahana qorxularınızla getməyin. Qorxularınızı evdə qoyun özünüzlə aparmayın.

CELT Xaricdə Təhsil Proqramı – Unutmayın ki, tələbə olmaq arzunuzu bu imtahanlar çin etməsə də, biz çin edərik. 🙂 Sizin hər biriniz tələbə adını qazana bilərsiniz! Ətraflı məlumat üçün bizə yazın.

Qələbə yalnız cəsarətli insanları sevər…

Unutmayın cəsarətli insanla qorxaq insanın bir fərqi var: Qorxaq insan qorxuları ilə bir yaşamağı seçər, cəsarətli insan isə qorxularını bir kənara qoyub risk edər. Risk edən, qorxularını yenən insan nəticəsindən asılı olmayaraq hər zaman qalib insandır!

İmtahanlarda iştirak edəcək hər bir şagirdə, abiturientə uğur arzulayırıq. Unutmayın biz Sizin hər birinizin uğur qazanacağınıza inanırıq!

2 thoughts on “İmtahana 1 gün qalmış nə etməli?”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next