IELTS hazırlığına nə vaxtdan başlamaq lazımdır?

IELTS imtahanı beynəlxalq imtahanlardan biridir. İngiltərə bazalı bu imtahan əsasən universitet qəbulu üçün köməyə gəlsə də şəxsi inkişaf üçün də bu nəticəni əldə etmək olur. IELTS ümumi İngilis dili səviyyəsini ölçmək üçündür. Dörd hissədən ibarət olan imtahanda tələbələrin İngilis dilində yazı, oxu, dinləmə və danışıq qabiliyyətləri yoxlanılır. Hər bölmə üzrə ayrılıqda bal toplanıldıqdan sonra bütün bölmələr üzrə 1-9 aralığında ortalama bir nəticə müəyyənləşdirilir. IELTS hazırlığı keçən tələbə proqramı mənimsəmək üçün əsas anlyışlardan mütləq xəbərdar olmalıdır. Buna görə də hazırlığa başlamaq üçün öyrənənlərin İngilis dili biliyi İntermediate (B1+) (orta) səviyyəsində olmalıdır. Kursun ümumi müddəti isə fərdi və ya qrupda keçirilməsindən, həmçinin tələbənin şəxsi potensialından asılı olaraq 3-5 ay arasında dəyişir. Bəzən vaxt məhdudiyyəti ilə əlaqədar olaraq daha qısa müddətdə IELTS almaq istəyən tələbələr də olur. Bunun üçün isə kursun növünü intensiv etməklə qarşıya qoyulan məqsədə daha tez nail olmaq olar. Qazanılmış nəticənin keçərlilik müddəti əldə olunduğu tarixdən etibarən 2 ildir. İmtahan müəyyən məbləğdə ödəniş etməklə Britaniya səfirliyində verilir.

Universitet qəbulu zamanı IELTS imtahanı tələbələr üçün doğrudan da rahatlıq təmin edir. Struktur baxımından digər imtahanlardan daha asan olan IELTS, demək olar ki, əsas imtahan kimi Avropada, Amerikada və həmçinin Şərqdə 120-dən artıq ölkədə keçərlidir. Əgər mövcud IELTS nəticəniz yoxdursa bu halda siz birbaşa bakalavr pilləsinə deyil, hazırlıq ilinə başlayırsınız.

Xanım Xəlilova

CELT Xətai

xanim@celt.az

012 496 45 76

050 588 15 18

3 thoughts on “IELTS hazırlığına nə vaxtdan başlamaq lazımdır?”

  1. Salam Men bu il 11 sinifi bitirmisem xaricde tehsil almaq isteyirem Polsada,Boyuk Britaniyada bakalavir tehsil almaq isteyirem bunun ucun be lazimdir hansi senedler lazimdir her iki olkenin yasam xercleri ve illik tehsil haqqi ile melumat vere bilersiz etrafli

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More