Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladığı ümumi bal əsasında aparılır. Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir:
I ixtisas qrupu üzrə: Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir. CELT Sizlərə həmin ixtisasları təqdim edir:
Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır: 1.Meliorasiya mühəndisliyi; 2.Texnologiya müəllimliyi; 3. Ekologiya mühəndisliyi.
– Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
1.Aqronomluq; 2.Balıqçılıq; 3. Meşəçilik; 4. Şərabçılıq; 5. Torpaqşünaslıq və aqrokimya; Yerquruluşu və daşınmaz əmlakın kadastrı; 6. Zoomühəndislik.
MÖHTƏŞƏM XƏBƏR! CELT Beynəlxalq Məktəbinə sentyabr ayına kimi qəbul olacaq şəxslər dünyanın 1 nömrəli universiteti olan HARVARD Universitetinə İMTAHANSIZ qəbul olmaq şansı əldə edir. Bu möhtəşəm şansı qaçırma! Ətraflı məlumat üçün bizə yazın və yaxud bu linkə daxil olun.
II ixtisas qrupu üzrə: Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır: 1. Marketinq; 2. Biznesin idarə edilməsi; 3. Regionşünaslıq (regionlar üzrə); 4.Turizm bələdçiliyi; 5. Turizm işinin təşkili
Salam. Qızım buraxılış imtahanından 125.5
Blokdan 78.2
Cəmi 203 bal.
Universitetə qəbul olurmu.
Pulsuz pullu ? Xahiş edirəm aydınlıq gətirərdiniz.
salam mən topalam 192 bal yiğmışan 2ci qurpam blokdan 100 aşımışam deqiq düşə bilerəm
Mənim oğlum 2 ci qrup üzrə ümumi 280 bal yığıb. 2 ci mərhələdən 90.6 bal yığıb. Oğlum dövlət sifarişi olan universitetlərə qəbul ola bilərmi?
Salam. QIZIM ümumi 2 ci qrupp uzra 245 bal toplayıb. Buraxılış imtahandan 180,blok imtahandan 65, 8 bal toplayıb, ümumi 245.Bu natica ila əyani hansı universtitetlara Bakı uzra daxil ola bilar? Odanisli va odanissiz.
Men buraxilisdan 90 bal yazmisam
Blokdan 100 bal limiti var kim biler ?
mənim oğlum II-qurup üzrə ümumu 217bal yığıb. ikinçi mərhələdən 99.3 bal yığıb.mən bilmək istəyirəm dövlət sifarişi olan unilərə qəbul ola bilərmi?