Hollandiyada Təhsil – Hollandiyada Bakalavr və Magistr Təhsili

Hollandiyada Təhsil

Hər Seçiminizdə Sizinləyik

Bir CELT Hekayəsi

Hamida-1

Həmidə Səfərova

baba

Baba Karimli

Anar-gurbanzada-1

Anar Qurbanzadə

WhatsApp Image 2020-01-29 at 09.02.00

Xanım Xəlilova

lacın

Laçın Hüseynov

WhatsApp Image 2020-01-24 at 13.50.53 (1)

Bəhruz Səfərov

CELT Tələbləri Dünyada

Bir CELT Hekayəsi

1632-ci ildə əsası qoyulmuş University of Amsterdam Hollandiyanın 3-cü ən qədim universitetidir. Bu universitet Avropanın ən böyük universitetlərindən biri olmaqla 31 mindən çox tələbəyə və 5 minə yaxın universitet işçisinə, 1300 doktor tələbəsinə sahibdir. Tələbə sayına görə Hollandiyada ən böyük və qrant həcminə görə ikinci ən böyük universitetdir. Əsas korpusu Amsterdam şəhərinin mərkəzində yerləşir. University of Amsterdam dünyaya 6 nobel mükafatçısı, Hollandiyaya isə 5 Baş Nazir bəxş etmişdir.

University of Amsterdam universitetlərarası beynəlxalq QS reytinq cədvəlinə əsasən dünyanın 50-ci ən yaxşı universitetidir. Avropada 15-ci, Hollandiyanın isə lider universitetidir. Universitet Sosial Elmlər, Humanitar Elmlər, Tibb və Təbiət Elmləri üzrə dünyanın 75 ən yaxşı universiteti arasındadır. The Times Higher Education World University Rankings jurnalı isə Universitetin Sosial Elmlər fakütləsini dünyanın 30 ən yaxşı universitet arasında vurğulamışdır.

 

Erasmus Universiteti Haqqında

Erasmus University Rotterdam Hollandiyanın Rotterdam şəhərində yerləşən və fəaliyyətinə 1913-cü ildə başlayan dövlət universitetidir. Universitet Desiderius Erasmus Roterodamus adlı teoloqun adına bu cür adlandırılmışdır. Universitetdə hal-hazırda 30 minə yaxın tələbə təhsil alır. Universitetin hal-hazırda 7 fakültəsi olsa da, daha çox 4 ixtisas üzrə fokuşlaşmışdır: səhiyyə, iqtisadiyyat, idarəetmə və mədəniyyət. Universitet xüsusilə iqtisadiyyat sahəsində çox güclüdür. Universitetdə İqtisadiyyat üzrə Nobel mükafatını qazanmış Jan Tinbergen dərs demişdir. Bundan başqa Sinqapurun uzun müddət iqtisadi məsləhətçisi, Shell, Delhaize Group, DSM kimi böyük Holland şirkətlərinin cari CEO-ları, bir çox ölkənin iqtisadi və maliyyə üzrə müşavirləri bu universitetin məzunu olmuşdur.

 

Erasmus University Rotterdam kifayət qədər reytinqli universitetdir. Hal-hazırda Times World reytinqinə əsasən dünyanın 72-ci ən yaxşı təhsil müəssisəsi hesab olunur.  Hamının maraqla izlədiyi QS rankinginə əsasən dünyada 144-cü yerdə qərarlaşmışdır. Lakin, QS rankinginə görə iqtisadiyyat sahəsinə görə avropada 9-cu, dünyada 38-ci ən yaxşı universitet kimi qiymətləndirilib. Menecement sahəsində isə Financial Times jurnalına və Global MBA reytinqinə əsasən davamlı olaraq Avropanın 10 ən güclülürəri sırasındadır.

Wittenborg Universiteti Haqqında

1987-ci ildə yaradılmış Wittenborg Universiteti, Hollandiyada özəl universitetlər arasında ən çox maliyyələşdirilmiş universitetlərdən biridir. Universitetin həm Amsterdam, həm də Apeldoorn şəhərində böyül korpusu fəaliyyət göstərir. Universitet Holandiyada ən çox beynəlxalq təhsil verən universitetlərdən biri sayılır, elə bu səbəbdən də hər il 70-dən çox ölkədən tələbələr burada təhsil almaq üçün üz tutur. Universitetdə ingilis dilində 10 fərqli ixtisas üzrə bakalavr  və 12 fərqli ixtisas üzrə magistr programları təklif  olunur.

Dərslər ingiliscə keçirildiyindən, məzun olduqdan sonra rəqabətli beynəlxalq bazar mühitində iş tapmaq imkanınızı genişləndirəcək. Universitetin bakalavr və magistr programları Hollandiyanin Təhsil nazirliyi tərəfindən tanınıb ve akreditasiya olunub və diplomu bütün avropa standrtlarına cavab verir. Burada Turizm oxumaq istəyən tələbələrə isə eyni anda iki universitetdən diplom almaq şansı verilir.

Fontys Universiteti Haqqında

Fontys University of Applied Sciences Hollandiyanın cənubunda özündə 7 kampusu birləşdirən və ölkənin ən böyük tətbiqi universitetidir. Eindhoven, Venlo və Tilburg şəhərlərində universitetin kampusu vardır. İqtisadiyyat, texnologiya, səhiyyə, müəllimlik və incəsənət sahələri üzrə 200-ə yaxın bakalavr və magistr proqramları vardır. Bunların da təqribən 20-si ingiliscə tədris olunur və ildən ilə ingiliscə tədrisi aparlan proqramların sayı artır. Universitetdə 44 mindən çox tələbə təhsil və onlardan 3500-ü dünyanın 70 ölkəsindən gələn əcnəbi tələbələrdir. Universitetin digər Holland universitetlərindən fərqləndirən cəhəti 4 illik olmasıdır və bu da Azərbaycanda orta məktəbi bitirən tələbəri qəbul etmək imkanını yaradır.

Bütün kampuslar kompyuter otaqları, kitabxana və tələbə restoranları ilə təchiz olunub.

Fontys University of Applied Sciences sənaye, biznes və dövlət müəssisələri ilə sıx əməkdaşlıq edir. Siniflər qısa qruplardan və qeyri-rəsmi mühitdə təşkil olunub. Bu da ona imkan verir ki, tələbələr özünü daha sərbəst etməklə yanaşı, müəlliflər tərəfindən onlara daha çox diqqət ayrılacaq. Eyni zamanda, Universitet böyük olduğu üçün tələbələr təhsil müəssisəsinin yaratdığı imkanlardan yararlana biləcəklər.

Fontys Universitetinin təklif etdiyi bütün proqramlar Holland-Flamand Akkreditasiya Təşkilatı tərəfindən müvafiq şəkildə akkreditasiya olunub və ya Britaniya Akkreditasiya Instutlarının verdikləri akkreditasiyalara ekvivalentdir. Fontysin dünyada 100-ə yaxın əməkdaş universiteti vardır; 3-cü kursu Avstraliya, Kanada, ABŞ və ya Avropada yerləşən partnyor universitetlərdə bir semesterlik mübadilə proqramına qoşula bilərsiz.

Inholland Universiteti Haqqında

İnholland University of Applied Sciences dünyanın 110 ölkəsindən 29, 000-dən çox tələbəyə malik Niderland Krallığının ən böyük təhsil müəssisəsilərindən biridir. Universitetin Amsterdam, Delft, Harleem və Hague da daxil olmaqla, 10 şəhərdə kampusu vardır.. Bu Universitet tətbiqi universitet olduğundan, universitetin əsas məqsədi tələbələrə keyfiyyətli təhsil təqdim etməkdir. Universitetin tələbələri burada müəllim heyətinin dostyana və isti münasibəti ilə qarşılaşacaqlar və tədris dövründə müxtəlif təşkilat və müəssisələrdə təcrübə keçmək imkanı qazanacaqlar.

İnholland University of Applied Sciences Hollandiyada akkreditə olunmuş və beynəlxalq səviyyədə tanınan 4 illik bakalavr təhsili təklif edən dövlət universitetidir. Universitet bakalavr ixtisası tamamilə ingiliscə keçiriliən 6 ixtisas təklif edir və gələcəkdə magistr proqramları təklif etməyi düşünür. Dərslər ingiliscə keçirildiyindən, məzun olduqdan sonra rəqabətli beynəlxalq bazar mühitində iş tapmaq imkanınızı genişləndirəcək. Təhsilinizi uğurla başa vurduğunuz təqdirdə, universitet bir il ərzində tələbələrə iş tapmaqda öz köməyini göstərir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next