Hindistan Respublikasının Mədəni Əlaqələr Şurası (ICCR) Azərbaycan Respublikası vətəndaşları üçün Hindistanın müxtəlif universitetlərində təhsil almaq məqsədilə təqaüd proqramı təklif edir.
Proqram ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilən təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.
Təqaüd proqramı haqda məlumat
Təhsil səviyyəsi: bakalavriat; magistratura; doktorantura
İxtisaslar: müxtəlif ( tibb sahəsi istisna olmaqla)
Tədris dili: ingilis dili
Maliyyələşmə: təhsil haqqı, qonaqlanma və qidalanma xərclərinin bir hissəsi.
Təqaüd proqramı barədə ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.
Təqaüd proqramına müraciət üçün son tarix: 30 may 2021-ci il