Hibrid təhsil nədir? CELT olaraq ötən 6 aylıq karantin dövründə biz hibrid təhsili necə tətbiq etdik!?

Yəqin ki, bir çoxunuz hibrid müharibə, hibrid insan və s müasir dövürdə terminə çevrilən bu sözləri çox eşitmisiniz. Bəli bu sözlərdən sonra bizim dilimizə “Hibrid təhsil” termini də daxil oldu. Gəlin öyrənək ümumiyyətlə Hibrid Təhsil nədir?

Hibrid təhsil – vəziyyətdən asılı olaraq təhsil mühitinin yaradılması üçün yeni, qabaqcıl texnologiyaların köhnə, sınanılmış metodlar ilə birləşməsindən ibarət bir təhsil formasıdır. Yəni məsələn ənənəvi təhsil sistemi müəyyən səbəblərdən öz işini icra etmirsə və yaxud icra edə bilmirsə, o zaman digər alternativ təhsil növlərinin tətbiqi elə hibrid təhsilinin tətbiqi deməkdir.

Hibrid təhsilin xüsusiyyətləri nədir və o özündə nələri cəmləyir?

  • özündə klassik və yeni texnologiyaları birləşdirir
  • Bu təhsil bütün tələbələr üçün yəni həm klassik təhsilə öyrəşənlər və həm də yenilik tərəfdarları üçün uyğundur.
  • Bu təhsildə daha öncə mövcud olan texnologiyalar öz işini davam etdirir
  • Bu formatda təhsil daha təhlükəsizdir və bilik səviyyəsinin aşağı düşməsinə səbəb olmur.

Hibrid təhsilin üstünlükləri nədir?

  • Tələbə bilavasitə dərsə hazırlaşmalı və dərsdə iştiraka qədər işini görməlidir.
  • Digər tələbə və müəllimlər ilə sürətli onlayn ünsiyyət hesabına tələbələrin motivasiyası artır.
  • Müəllif materiallarının və ümumi materialların birləşdirilməsi tələbələrə öyrəndikləri fənn üzrə biliklərini dərinləşdirmək imkanı verir
  • Rahat dərs qrafiki
  • Çevik dəyişən tədris ili
  • Müxtəlif üsullar ilə tədrisin keyfiyyətinə nəzarət etmək imkanı: mentorların iştirakı, dərslərin yazılması, yoxlama siyahıları və s.
  • Komanda formasında tədris. Hibrid təhsil – tədris prosesini sosial və şəffaf edən komanda fəaliyyətidir.
  • Evdə iş. Müəllim və tələbələr məsafədən işləyə bilərlər. Tədris prosesinə xarici mütəxəssislərin cəlb edilməsi imkanı yaranır.
  • Gender və sosial ayrıseçkiliyin olmaması: hibrid təhsil zamanı maddi rifah səviyyəsi, fiziki məhdudiyyətlər və ya gender ayırseçkilikləri ilə bağlı problemlər əhəmiyyətli dərəcədə azalmış olur.

CELT olaraq ötən 6 aylıq karantin dövründə biz hibrid təhsili necə tətbiq etdik və ümumiyyətlə bu dövürdə nələr etdik?

Biz CELT olaraq Azərbaycanda fəaliyyət göstərdiyimiz 20 illik təcrübəyə əsaslanaraq Koronavirus pandemiyası tuğyan etdiyi ötən 6 ay ərzində hibrid təhsil sistemini tətbiq edən ilk təhsil ocaqlarından biri olduq. Belə ki, karantin dövründə yalnız distant təhsil rejimində böyüklər və həm də uşaqlar üçün tamamilə yeni tədris proqramları hazırlayıb istifadəyə verdik. Tələbələrimizin təhsil alması və onların təhsildən uzaqlaşmaması üçün həmçinin xaricdə təhsil almaq istəyənlərin xaricdə təhsil almaq arzularını gerçəkləşdirməyə çalışdıq. Belə ki, biz Azərbaycanda ilk dəfə beynəlxalq səviyyədə “Onlayn Təhsil Sərgisi” təşkil etdik. Biz hazırladığımız xüsusi platformada gənclərin və xaricdə təhsil almaq istəyənlərin dünyanın ən qabaqcıl universitetləri ilə virtual tanış edib onların universitet nümayəndələri ilə görüşünü təşkil etdik. Xarici dillər üzrə “CELT Online” adı altında mükəmməl tədris proqramımız ilə bu 6 ay ərzində bir çox tələbənin ingilis dilini tam yüksək səviyyədə onlayn öyrənməsini təmin etdik. Bundan əlavə biz Azərbaycanda ilk dəfə məktəblilərin beynəlxalq proqram çərçivəsində Kanada məktəblərində təhsil almaq imkanı yaradan CELT Beynəlxalq Məktəbinə qəbul elan etdik və bu məktəbə qəbul olacaq şagirdlərin 2021-ci ildə HARVARD UNİVERSİTETİNƏ İMTAHANSIZ qəbul olmaq imkanı yaratdıq.

Qeyd etmək lazımdır ki, bu günün reallığında Azərbaycanda hibrid təhsil yeganə məqbul variantdır. Bu cür tədris daha çox fərdi və tələbə yönümlüdür: biz tələbənin tədris prosesindəki rolunu təyin edirik.

Hibrid təhsil öz-özünə yarana bilməz. Həm müəllimlər, həm tədris hissəsi, həm də tələbələr tərəfindən əlavə səylərə ehtiyaca var. Belə yeni modellər təhsilin inkişafına impuls verir.

Odur ki, biz daim yeniliklərə imza atan və Azərbaycanın ilk geniş şəbəkəli tədris ocaqlarından biri olaraq hər birinizi Bakının və eləcə də Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən və hətda xarici ölkələrində yerləşən mərkəzlərimizə dəvət edirik.

Biz daim innovativ, müasir və beynəlxalq təhsil proqramlarımızla Sizin xidmətinizdəyik!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next