Hər ilin 256 – cı günü

Hər bir peşə sahiblərinin peşə bayramları mövcuddur. Lakin elə peşələr var ki, onların peşə bayramı günü hər hansı konkret tarix yox, müxtəlif məna kəsb edən günlər olur. Belə peşələrdən biri Proqramçılıqdır. Bu peşə sahiblərinin günü hər ilin 256 -cı günü qeyd edilir. İlin gün sayından asılı olaraq hər ilin 12 və ya 13 Sentyabr tarixlərində qeyd edilir. 

Proqramçılar Günü niyə məhz 256 -cı gün təyin edilib? Bu günün “Proqramçılar Günü” kimi qeyd edilməsi təklifi ilk dəfə 1996 -cı ildə “Komputer” Nəşriyyat Evinin rəhbəri Dmitriy Menderlyuk tərəfindən verilmişdir. Bu ədəd ona görə seçilmişdir ki, çünki o, səkkizmərtəbəli baytla göstərilə biləcək ədədlərin maksimal sayıdır. 

Gəlin öyrənək “Proqramçılar kimlərdir?” “Bu peşə ilə məşğul olan şəxs nə iş görür? “

Proqramçı – Müxtəlif kodlaşdırmadan və proqramlaşdırma dillərindən istifadə etməklə kompyuter və mobil proqramlar yazmaqla məşğul olan və həmçinin müxtəlif hazır proqramlarda müxtəlif dəyişikliklər və düzəlişlər etməklə məşğul olan şəxslərə deyilir.

Hər dövürdə olmasa da son əsrin ən maraqlı və ən yeni peşələrindən biri məhz elə proqramçılıqdır. Proqramçı olmaq istəyən hər bir şəxs bütün peşələrdə olduğu kimi bu peşəni də yaxşı tanımalıdır. Hər bir peşənin öz qayda qanunu və psixologiyası var. Peşəkar Proqramçı olmağı bacaranlar bu  qayda – qanunları gözəl bilən və həmin peşənin psixologiyasına hakim olanlardır.

Proqramçılıqla məşğul olmaq istəyən və yaxud sahənin peşəkarı olmaq istəyənlər aşağıda qeyd etdiyimiz amilləri mütləq bilməlidir. Çünki bu peşə digər peşələrdən fərqli olaraq qanunauyğunluğu daha çox sevir. Halbuki bəziləri üçün kənardan bu belə görünməyə bilər.

  1. Həvəsli olmaq və maraq yaratmaq. Siz ilk öncə bilməlisiniz ki, proqramlaşdırma həvəs və marağı daha çox sevən bir sahədir. Yəni bu sahə ilə məşğul olacaq şəxs bu peşə daha çox gəlirlidir yox, bu peşəyə marağı olduğu üçün seçməlidir. Çünki bu sahəyə marağı və həvəsi olmayan mütləq yarı yolda bu sahəni bitirəcəkdir. Odur ki, Siz əgər Proqramçı olmaq istəyirsinizsə, o zaman mütləq bu sahəyə özünüzdə çox böyük maraq və həvəs oyatmalısınız.
  2. Bacarıq. Proqramlaşdırma sahəsi sonradan qazanılmış olsa da bacarıq tələb edən sahədir. Əlbətdəki bacarıq bilikli olmaqdan və bu sahəyə daha yaxşı yiyələnməkdən irəli gəlir. Yəni Siz bu peşəni seçərkən bacarığınızın nə olduğunu və ümumiyyətlə bu sahədə özünüzü görüb – görmədiyinizi analiz etməlisiniz.
  3. Vaxt. Proqramçılıq bəlkə də dünyada çox az sayda olan peşələrdən biridir ki, o daha  çox zaman və vaxt tələb edir. Yəni Siz bu peşəyə yiyələnmək üçün daha çox öyrənməli və vaxtınızı ona daha çox sərf etməlisiniz.
  4. Xarici dil bilikləri. Bu sahədə xarici dil bilikləri daha çox tələb olunur. Xüsusilə ingilis dil biliyi Sizə daha çox lazımdır. Çünki bu sahə üzrə işlər ingilis dilində aparılır. Hətda proqramlaşdırma dillərində müxtəlif kodlarda məhz ingilis dilndədir. Yəni siz ən azı o kodların nə məna kəsb etdiyini və yaxud iş görərkən qarşınıza çıxan problemləri, düşəlişləri anlayıb həll etməlisiniz. Odur ki, ingilis dil biliyinizin olması çox vacibdir. İngilis dilini öyrənməyiniz həm də Sizə bu sahə üzrə daha çox informasiya əldə etməyə və bu sahə üzrə xaricdə təhsil almanıza imkanlar yaradacaqdır. Hətda Siz xaricdən müxtəlif iş təklifləri də ala bilərsiniz.
  5. Araşdırmaçı olmaq, yenilikləri izləmək. Bu peşə daha çox araşdırma etmək və bu sahə üzrə yaranan yeni tendensiyaları daha tez izləmək və daim bilikləri artırmaq tələb edən sahədir. Proqramçılıq müasir dövrün ən təlabatlı peşəsi olmaqla yanaşı ən çox inkişaf edən sahəsidir. Hansı ki, bu sahə üzrə hər gün və hətda hər saat belə nəsə yeniliklər baş verir. Odur ki, daim öyrənməli və araşdırmalısınız.

Biz Sizə bu gün Proqramçı olmaq istəyənin ilkin olaraq özündə nələrin olub – olmadığını müəyyən etməsi üçün yazı təqdim etdik. Qarşıdakı yazılarımızda bu sahəyə yenidən dönəcəyik və bu sahəni əhatə edən müxtəlif mövzularda maraqlı yazılar təqdim edəcəyik.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next