Harvard Universiteti

Harvard Universiteti- Amerikanın və dünyanın ən məşhur universitetlərindən biridir. Əsası 1636-cı ilin 8 sentyabrında qoyulmuşdur. Universitetin əsas kapitalı 34,9 milyard ABŞ dollarıdır.

Harvard Universitetinin tarixi

  • Harvard Universiteti ABŞ-ın ən qədim ali təhsil ocağıdır. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. Devizi – Həqiqət (Veritas), simvolu tünd qırmızı rəngdir.
  • Universitet müstəmləkəçilərin Amerika qitəsinə gəlişindən 16 il sonra – 8 sentyabr 1636-cı ildə yaradılıb. Universitetin tarixi Massaçusets vilayəti Ali Məhkəməsinin qərarı ilə kollecin yaradılmasından başlayır.
  • Kollec ingilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə onun adı ilə adlandırılıb. Övladları olmayan Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə vəsiyyət edib. 1639-cu ildə kollec minnətdarlıq hissi ilə Harvardın adı ilə adlandırılıb. Sonradan bu kitabxana qitənin ikinci kütləvi kitabxanasına çevrilib (birinci yezuitlər ordeni monastırının kitabxanası idi).
  • 1643-cü ilə aid bir mənbədə Harvard Universitetinin məqsədi belə açıqlanıb: “Bilik axtarışı və onların gələcək nəslə ötürülməsi naminə! Bu yoldan qorxub çəkinənlər isə qoy cahilcəsinə kilsənin möcüzələrinə ümid bağlasınlar”.
  • XIX əsrin ilk rübündə kollecin universitetə çevrilməsi prosesi baş verir. Bu zamana qədər orada incil, müxtəlif dillər və riyaziyyat öyrədilirdi. Kollecin universitet statusu alması burada tibb (1810) və hüquq (1817) elmlərinin tədris edilməsi ilə bağlıdır.
  • Harvardın ilk buraxılışı 9 nəfər olub. Onlar bir müəllimdən fəlsəfə elmlərinin çoxluq təşkil etdiyi ingilis universitetlərinin proqramına uyğun olaraq dərs almışdılar.
  • Hazırda universitetin bir neçə muzeyi var. Onlardan botanika (şüşə bitkiləri kolleksiyası ilə), müqaisəli zoologiya, geologiya və mineralogiya və etnologiya (burada mayya və asteklərin həyatları haqqında geniş məlumat əldə etmək mümkündür) muzeylərini qeyd etmək olar. Universitetin nəinki botanika bağı, hətta şəxsi meşə massivi də mövcuddur və bioloqlar burada öz tədqiqatlarını aparır. * Pibodi Arxeologiya-Etnoqrafiya Muzeyi və Harvard Təbii Tarix Muzeyi universitetin filiallarıdır.
  • Harvard Universitetinin kitabxanası dünyanın ən böyük özəl kitabxanasıdır. Burada mərkəzi kitab toplusundan əlavə, nadir kitablar və əlyazmalar, tibb, çin-yapon kitabları və s. kitabxanalar yerləşir.

Universitetdə 9 fakültə fəaliyyət göstərir:

  • İncəsənət və elmlər fakültəsi (Faculty of Arts and Sciences). Bura mühəndis və tətbiqi elmlər bölmələri daxildir:
  • Harvard kolleci (Harvard College) – bakalavr pilləsində təhsil alan tələbələr üçün (1636).
  • İncəsənət və elmlər aspiranturası (Graduate School of Arts and Sciences) – aspirantlar üçün (1872).
  • Təhsilin davam etdirilməsi bölməsi (Harvard Division of Continuing Education) – 2 məktəbdən ibarətdir: Harvard yay məktəbi (Harvard Summer School) (1871) və Harvard ixtisasartırma məktəbi (Harvard Extension School) (1909).
  • Tibb Məktəbi (Medical School) (1782) – tibb fakültəsi (Faculty of Medicine) və stomotologiya (Harvard School of Dental Medicine) (1867) bölmələrindən ibarətdir.
  • Harvard İlahiyyat İnstitutu (Harvard Divinity School) (1816).
  • Harvard Hüquq Elmləri İnstitutu (Harvard Law School) (1817).
  • Harvard Biznes İnstitutu (Harvard Business School) (1908).
  • Dizayn Aspiranturası (Graduate School of Design) (1914).
  • Pedaqoji Elmlər Aspiranturası (Harvard Graduate School of Education) (1920).
  • Səhiyyə İnstitutu (Harvard School of Public Heath) (1922).
  • Con F.Kennedi adına Dövlət İdarəetmə İnstitutu (Jonn F. Kennedy School of Government) (1936).

 Fakultələr və xərclər

Universitetdə tibb, hüquq və idarəetmə ən məşhur fakültələrdir. Hazırda Harvard Universitetində bakalavr pilləsində təhsil alan tələbələrlə müqayisədə (6715) magistrant və aspirantlar çoxluq təşkil edir (12 424 nəfər).

Burada 2300 müəllim fəaliyyət göstərir. Onların arasında 43 Nobel mükafatçısı var. Ümumiyyətlə, dünyaya ən çox Nobel mükafatı laureatı bəxş edən universitet Harvarddır. Harvardda 1 il təhsil almaq orta hesabla 42000 dollara başa gəlir. Tələbələrin üçdə iki hissəsi təqaüd alır, bu xarici tələbələrə də aiddir.

Kampuslar və tələbələrin məşğuliyyəti

Amerika kampusları başqa ölkələrin ali məktəblərindən fərqlidir. Burada yerli (şəhər) və şəhərkənarı kampuslar mövcuddur, tələbələrin çoxu şəhərkənarı kampuslarda cəmləşib. Tipik amerikalı tələbə üçün universitet təkcə auditoriya, laboratoriya, kitabxana deyil. Burada o, idmanla məşğul olur, əylənir, mədəni səviyyəsini artırır, ictimai həyatda fəal iştirak edir.

Bununla yanaşı, kampus böyük bir əmək bazarıdır. Tələbələr boş vaxtlarında kafe və restoranlarda, mağazalarda, yanacaqdoldurma məntəqələrində və başqa kiçik biznes müəssisələrində işləyərək pul qazanırlar. Hətta ən varlı amerikalı ailələr belə övladlarının yalnız təhsil haqqını ödəyir. Valideynlər hesab edirlər ki, bu, ictimai adaptasiya üçün ən yaxşı məktəbdir.

Harvard Universitetinə qəbul

Harvard Universitetinə qəbul qaydaları çox sərtdir, sənədlərini təqdim edənlərin yalnız 20%-ə qədəri Harvard tələbəsi adına yiyələnmək şansı qazanır. Qəbul imtahanları 2 mərhələdə aparılır: test və müsahibə.

Prezident Ceyms Brayant Konantın universitetə rəhbərlik etdiyi dövrdən başlayaraq burada əlavə ümumi təhsil proqramı qəbul olunub: hər bir məzun əsas ixtisas fənlərindən başqa, fakültativ fənlərdən də imtahan verməlidir. Məsələn, gələcək fizik “XX əsr poeziyasında metafora”, “Okeaniyanin mədəniyyəti”, “Dini müharibələrin tarixi” və s. kimi fənlərdən yüksək nəticələr əldə etməlidir. Hesab olunur ki, Harvardın məzunu, eyni zamanda bir neçə karyera qurmaq və hər yerdə özünü yüksək ixtisaslı mütəxəssis kimi təqdim etmək imkanına malikdir.

Harvard Universitetin məşhur məzunları

Harvard Universitetini çox sayda dünya şöhrətli şəxslər bitirib: ABŞ-ın 7 prezidenti-Con Adams, Con Kinsi Adams,Teodor və Franklin Delano Ruzvelt, Ruterford Heys, Conx Fitsjerald və kiçik Corc Buş.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri xanım Qro Harlem Brutland, Avropa Komissiyasının keçmiş sədri və İtaliyanın və İtaliyanın keçmiş baş naziri Roman Prodei, Meksikanin hazırkı prezidenti Vinsent Foks və eks-prezidenti Karlos Salinas.

Bu universitetin məzunlarından biri də Microsoft şirkətinin yaradıcısı Bill Qeytsdir. O, Harvardın diplomunu universiteti 2 il oxuyub yarımçıq qoyduqdan düz 32 il sonra – 7 iyun 2007 ci ildə alıb. Bill Qeyts Harvard Universitetinə 1973-cü ildə daxil olub və 1975-ci ildə öz uşaqlıq dostu Pol Allenlə Microsoft şirkətini yaratmaq üçün təhsilini yarımçıq dayandırmalı olub.

 Harvard Universitetinin titulları

U. S. News and World Report” jurnalının hər il apardığı araşdırmalara əsasən, 2008-ci ildə 12 illik fasilədən sonra ABŞ-ın ən qədim, prestijli və zəngin Harvard Universiteti özünün “Amerikanın ən yaxşı ali məktəbi” titulunu geri qaytarıb. Harvard əsas rəqibi olan, 8 il dalbadal birinci pillədə qalmağı bacaran Prinston Universitetini qabaqlayıb. Qeyd edək ki, “ABŞ-ın ən yaxşı universiteti” titulunu qazanmaq dünyanın ən yaxşı universiteti olmaq deməkdir. Dünya universitetlərinin reytinqlərində ABŞ ali məktəbləri həmişə ən yüksək mövqeləri tutub. “The Times” qəzetinin araşdırmasına əsasən, 2008-ci ildə Britaniya universitetləri də yüksək yerlərdə qərarlaşıb. Harvard Universiteti Sarmaşıq Liqasına – Amerikanın elit universitetləri qrupuna daxildir.


[recent_products per_page=”12″ columns=”4″ orderby=”date” order=”desc”]

63 thoughts on “Harvard Universiteti”

  1. Nigar Məmmədova

    Salam Men Harvarda qebul olmaq istiyirem. Qiymetlerim cox yuksekdir. Ballarda. Sadece ailemin imkani meni oxutmaga catmaz. Harvardda pulsuz tehsil mumkundurmu? Tam pulsuz olmasada en azi ilde ne qeder odemeliyik?

    1. Salam. Pulsuz təhsil yoxdur. Harvard dünyanin tək unisi deyil. Önəmli olan sizin oxumanızıdır universitetin məşhur olması deyil.

  2. Salam. Men bakalavr ve magistri bitirmisem. Bakalavr uzre orta balim ashagidir, amma magistr balim yuksekdir. Indi phd- de tehsil aliram. Amerikada tehsil almaq isteyirem, MIT ve ya Harvardda. Bunun üçün ne etmeliyem?
    Yani hansi halda qebul šansim daha çoxdur? Yeniden bakalavr yoxsa magistr olaraq? Qebul olmaq üçün hansi imtahanlari vermeliyem? Ixtisas olaraq biologiya ve ekologiya uzre isteyirem. Xahîš edirem bu haqda melumat vererdiniz. Evvelceden tesekkur edirem.

    1. Salam. GRE, TOEFL və research proposal çoooox yüksək və yaxşı olmalıdır ama yenə ora qəbul olmaq asan deyil

  3. Salam. Əvvəla çox sağolun ki siz bizlər üçün bu faydalı bilikləri paylaşırsınız. Həqiqətən təşəkkürlər. SAT va TOEFL nədir? Bir də necə imtahan vermək olar bunlara?

  4. Salam.Mən 9-cu sinifdə oxuyuram və harvardda tibb oxumaq istəyirəm bakalavr səviyyəsi üçün.Birinci mərhələ imtahanımda riyaziyyat 5 çıxmaya bilər.Amma yenə də harvardda oxumaq istəyirəm.Bunun üçün hansı və necə formada sənədlər verilməlidir?Və Harvardda təqaüdlə oxumaq istəyirəm.Bunun üçün hara müraciət etməliyəm?Qəbul üçün qaydalar nələrdir?Və oxumaq üçün nə vaxtdan sənədlər verməyə başlamalıyam?Xahiş edirəm cavab verməyə çalışın.Mənim üçün çox vacibdi.Əsas qəbul qaydalarını bilmək istəyirəm.İndidən çox təşəkkürlər.

    1. Salam. Harvard təqaüd çox çətindir hardasa imkansızdır. Qəbul üçün ABŞ tibbdə öncə bir bakalavr oxumanız lazımdır biologiya və ya bio med üzrə. Sonra tibb üçün müraciət etmək lazımdır və MCAT imtahanından bal toplamaq lazımdır. Bu bütün tibb üçün keçərlidir yəni harvard dahil.

  5. Salam her vaxtiniz xeyir.9 cu sinif usaq var Atasi Kennedy Mektebinde oxutmaq isteyur bu mwktebde bakalvr tehsili olur ?yoxsa doktorantura ve magistrdir ancaq .
    Birde nelere diqqet yetirmelidir ora qebul ucun

  6. SALAM.Mən hal hazirda bakalvr tehsilindeyem ve Azerbaycanda magistr oxumaq fikrim var magistr neticələrim yuksek olsa İelts ve yaxud Toefl 8 .ve is tecrubesi diger feliyyetlerim Harvarda qebul sansimi artirir? İkinci magistr oxumaq istesem onlar mahistr tehsile baxirlar yoxsa bakalvr? .menim bakalvr balim zeifdi.

  7. Salam.Bir Al itehsilim var.Tarix uzre.Men Amerikada Harwrdda magistr ve doktorantura oxumaq istiyirem.Ne edim BUNUN ucun.? Îngilis dilini bilmirem amma.HANSI seviyyede oyrenmeliyem.? Qebul ucun .Bir de HANSI beynelxalq seviyyeli sertifikat teleb olunur bura QEBUL OLMAQ ucun.? Huquqa uzre magistr oxuya bilerem TARIXI bitirmis biri olaraq? Bir de teqaud ucun neçe bal yigmaliyam.? Illiyi neceyedi huquq uzre magistr BURDA.Harwrdda? Suallarima cavab gozleyirem.

    1. Salam. Harvard təqaüd çətin ama qəbul üçün bunları edin. Yüksək TOEFL və Yüksək GRE imtahan nəticələri lazımdır.

  8. Salam.Men hal hazırda 9cu sisnife kecirem ve harvardda oxumaq isteyirem mene qrbul ıcun ne lazımdır? İndiden baslamalıyam hazırlasmaga yoxsa hele tezdir?

    1. Harvard üçün çox şey lazımdır ama əsasən bunlar.
      1. maliyyə.harvard bahalı unidir və təqaüd ço nadirdir. Ona görə maliyyənizi düşünün
      2. Yüksək SAT I və II. yəni hardasa 95 faiz və yuxarı toplam.
      3. TOEFL IBT. ən azı 110 və yuxarı.
      4. attestat qiymətləri 5
      5. Əlavə təcrübə, konüllü iş. mümkünsə olimpiya iyunlarında qalib təhsil sahəsində
      6. Güclü ideya bacarıq motivasiya

  9. Mən tamamilə pulsuz təhsil haqqı istəyirəm və bakalavram magistr’ı bu universistetdə davam etdirmək istəyirəm özüm BAKI DÖVLƏT UNİVERSİSTET’inin tələbəsiyəm nə etməliyəm bunun üçün?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next