Harvard Universiteti ilə bağlı verilən suallar

 

Harvard Universiteti və Harvard Kolleci haqqında tez-tez soruşulan suallar.

Harvard Universiti və Harvard Kolleci haqqında son aylarda tələbələrin soruşduqları suallar içində ən çox bu mövzulara maraq göstərilir:

Harvard Universiti və Harvard Kolleci arasındakı fərq nədir?

Harvard Kolleci, Harvard Universiti bakalavr təhsili verən məktəbidir. 4 illik bakalavr təhsili təklif edir.

Harvard Universitetinə bir başqa universitetdən transfer ola bilərəmmi?

Bəli. Başqa bir universitetdə bir ilini tamamlamış hər tələbə transfer tələbə kateqoriyasında Harvard Universitetinə müraciət edə bilər. Müraciət müddəti ilk il müraciət edən tələbələrdən fərqli olaraq transfer tələbə müraciəti olaraq yerinə yetirilir. Harvard Universiteti transfer olaraq qəbul edilən beynəlxalq tələbələr üçündə təqaüd imkanları təqdim edir. Azərbaycanda ya da başqa bir ölkədə olan üniversitenizin 1. və 2. kursunda transfer tələbə olaraq Harvarda müraciət edə bilərsiniz.

Azərbaycandan bir çox dostum Harvard Universitetinə müraciət edir. Eyni ölkədən bu qədər müraciət edilməsi mənim müraciətimə mənfi təsir edərmi? Mənim şansım azalırmı?

Xeyr. Harvard Universiti tələbələrin gəldikləri ölkələr, unveristetlər və s. meyarlar üçün hər hansı bir kvota istifadə etmir. Sizin müraciətiniz bütün digər müraciətlər ilə bərabər olaraq qiymətləndirilir.

Harvard Universitetinə bakalavr təhsili üçün müraciət edirəm. Harvard Universiteti hansı meyarlara baxaraq qəbul edir?

Harvard Universiti müraciətlər üçün xüsusi bir hesablama istifadə etmir. Tətbiq etdiyi riyazi bir düsturu yoxdur. Akademik müvəffəqiyyətiniz Harvard Universiteti üçün çox əhəmiyyətlidir. Ancaq qəbul komitəsi yalnız orta qiymətinizə baxaraq qərar verməz. Dərs xarici fəaliyyətlərinizi, ictimai məzmunlu işlərinizi, liderlik xüsusiyyətləri kimi fərqli bir çox meyarı qiymətləndirirlər. Müəllimlərinizin haqqınızda yazdığı istinad məktubları əhəmiyyətlidir və Harvard yazılanlara güvənər. Bu səbəblə istinad məktublarınızı sizi həqiqətən yaxşı əks etdirən inandığınız kəslərdən almalısınız.

Harvard Universitetinə müraciət edirəm. Təqaüd üçün də müraciət etmək istəyirəm. Təqaüdə müraciət etməyim qəbul olmağıma təsir edərmi?

Xeyr. Təqaüd, müraciətlərinizin qəbuluna təsir etmir. Ayrıca Azerbaycan və digər beynəlxalq tələbələrin maliyyə yardımı almaq şansı vardır.

 

39 thoughts on “Harvard Universiteti ilə bağlı verilən suallar”

  1. Bir də ki, tələbə olanlar Harvarda sənəd vermək istəyəndə İELTS və SAT dan başqa nəsə lazım olur ingilis dili ilə bağlı

  2. Salam. Mən 2-ci kurs oxumağa başlayacam bu il. 2-ci kursdan sonra yəni 2021-in aprelindən Harvarda qəbul olmaq üçün sənədləri təqdim edə bilərəm yoxsa?

  3. Salam sizə 1 sualım var.
    Harvarda qəbul mart və ya apreldə bitir.Mən bu il 10-cu sinifi bitirdim.Mən bu il Harvarda qeydiyyatdan keçmək istəyirəm ancaq Azərbaycanda attestatı iyun və ya iyul ayında verirlər.Bəs mən necə edim ki aprel və ya mart ayına kimi attestatsız qeydiyyatdan keçim?

    1. Salam. Kim dedi Harvarda martda bitir qəbul? Harvard ilkin deadline Noyabrın biridir. Növbəti il üçün 1 noyabrda sənədlərinizi verməlisiniz. prosesi burdan izləyə bilərsiniz

      Sadəcə Attestatla Harvarda qəbul olmaq xəyaldır. Qəbul şərtlərinə daha dəqiq baxın ya da ofisimizə müracəit edin.

  4. Salam. Mən 9cu sinifde oxuyuram. Imtahan verməmişik. 1ci mərhələ olmadi. Məlum covid19 a görə. Imtahan iyuna planlaşdırılır. En boyuk istəyimdi. Harvardda təhsil almaq. 1ci yarim ilde sadəcə kimyadan 4um çıxıb qalan hamısı 5di. Harvarda illik qiymətlər təsir edir. 9imtahaninda necə bal toplamaliyam. Harvarda daxil olmaq isteyirem. Huquq üzrə. Xahis edirem cavab vererdiniz.

    1. Salam. hardvard sadəcə qiymətlərlə qəbul olacağınız bir yer deyil buna yaxşı hazırlaşmaq lazımdır. Bunun üçün ofislərimizə zəng edib profesional məsləhət almaq lazımdır

  5. İqtisadiyyat fakültəsində harvardda oxumaq üçün hansı fənlərdən imtahan vermək lazımdır?esse hansı mövzularda və hansı şərtlərdə olur?

    1. bəli. hər şey süper olmalı və xusüsi bacarıüınız olmaslı. Öncə SAT I SAT II yiksək bal və TOEFL alın sonra hardvadı düşünün. ondan öncə düşünmək sadəcə düşünməklə qalır.

  6. Salam her vaxtınız xeyir.Men harvardda magistr oxumaq istəyirəm mc/mpp bir illik orta karyera üçün .onun qəbul şərtləri pul xərcləri ətraflı yazardınız zəhmət olmasa .

  7. Salam necesiniz?Bagislayin narahat edirem.Menim attestat balim4.7dir.2kurs oxuyuram hal hazirda ortalamam 92.7-dir.gelen ilden ise baslayacam(big fourda audit sirketinde)Bundan elave olaraq ACCA F3.F2.imtahanlarin verib sertifikat almisam .2illiyde is tecrubesi oldugu ucun magistra Harvarda qebul ola bilerem?Gelen ilden İELTS hazirlasacam
    Teqaudlu qebul ola bilerem
    Xais cavab verersiz

    1. Salam, nəticələriniz yaxşıdır, amma onlar attestatı hamısın 5 istəyirlər. Ümumiyyətlə qəbulu öncədən bilmək olmaz, onlar qərar verəcək. Əlavə olaraq IELTS-dən başqa, GRE də tələb edəcəklər

  8. Bes SAT imtahanlarindan nece bal yigmaq lazimdir Harvard universitetinin teqaudlu proqrami ucun? ve men attestatdan 72 bal yigmisam teqaudlu proqrama duse bilmerem?

  9. Salam .Harvard üniverstetine pulsuz qebul ola bilmek üçün neler lazımdır .Azerbaycan da 11 sinifi biteren kimi yüksek bal yığarsağ sonra harvırda müraciet etmek olar yoxsa mütleq 1 il üniverstet oxumaq vacibmidir ?

  10. Harvard Universitetine muraciet etmek ucun dil seviyyesi vacibdirmi?
    Azerbaycanda her hansisa bir ixtisasi bitirmisem ve isteyirem ki Harvard Universitetinde Pedaqoji tehsil alim bu mumkundurmu?ve nece muraciet ede bilerem?

    1. Salam. Harvard Universiteti çox öndə gedən bir qurum olduğu üçün təbii İELTS 8 və yxuarı lazımdır çox hallarda. Siz magistr yoxsa bakalavr istəyirsiniz?
      Bundan əlavə GRE də lazım olacaq. Ama Harvarda çox insan müraciət edir. Əsas qəbul meyarları bunlardır.
      1. Ortalama bakalavr və ya Attestat balı 100 üzərindən 90 və uxarı
      2. TOEFL və ya İELTS və GRE
      3. Yuxarıdakı bölümləri tamamlayandan sonra ən çətin bölüm, qəbul üçün yazdığınız inşa
      4. Qeyri adı təcrübəniz
      5. Bitirdikdən sonra nə edəcəyinizlə bağlı proqram və nədən Harvard.

      yəni sadəcə bakalavr qurtarıb sonra bir başa adi sənədlərlə hardvarda qəbul olmaq çətindir ama əvəzində Harvard Extension var onu götürə bilərsiniz. O yarı distans yarı universitetdir.

      1. Salam her vaxtiniz xeyir men Naxcivan Fövlét Universitetinde Huquq fajultesinde qiyabi tehsil aliram 1. Kurs bitdi.1)Mən Harvarda transfer ola bilerem?
        2)Təqaüdlü transfer ola bilerem?
        3)Qəbul yaxud transfer ne zaman başlayir?
        4)Nələrdən imtahan verməliyəm?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next