Hansı tarixdə hansı rayonlarda buraxılış imtahanları keçiriləcək? İmtahanların qrafiki

Bildiyiniz kimi sabahdan etibarən buraxılış imtahanları başlayır.

10, 11, 18 və 19 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər ilə cədvəldə tanış ola bilərsiniz.

Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcəkdir. Qeyd edək ki, hər hansı bir səbəbdən 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq. Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.

Turkiyədə, Amerikada və istənilən Avropa ölkəsində təhsil ala bilərsiniz. CELT Sizə təhsil almaqda hər zaman dəstəkdir! Ətraflı məlumat üçün bizə yazın.

Xatırladaq ki, 10, 11, 18, 19 iyun tarixlərində şəhər və rayonlara uyğun:

  • 9-cu sinif üzrə buraxılış imtahanları;
  • 11-ci sinif üzrə buraxılış imtahanları;
  • Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;
  • Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu və 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.
Tarix/İmtahan*10.06.202011.06.202018.06.202019.06.2020
11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanıXətai (Bakı) Sumqayıt (I hissə siyahı), QazaxNərimanov (Bakı) Abşeron (I hissə siyahı) AğstafaQaradağ (Bakı) Goranboy GöygölPirallahı (Bakı) Mingəçevir Samux
 ŞəkiQəbələSabirabadİmişli
 CəlilabadMasallıSalyanNeftçala
 GöyçayKürdəmirTovuzŞəmkir
 AğdaşAğsuGədəbəyAstara
 QusarŞabranLənkəranYardımlı
 Qobustan LerikTərtər
   AğdamFüzuli
   BeyləqanBiləsuvar
   Hacıqabulİngilis/ fransız bölmələri
Tarix/İmtahan*10.06.202011.06.202018.06.202019.06.2020
Azərbaycan dili (dövlət dili) imtahanı – Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçünQaradağ (Bakı) Şirvan Goranboy Göygöl DaşkəsənPirallahı (Bakı) Mingəçevir Samux Naftalan NeftçalaXətai (Bakı) Sumqayıt (I hissə, siyahı) Zaqatala Qax GöyçayNərimanov (Bakı) Abşeron (I hissə siyahı) Balakən Oğuz Kürdəmir
 SalyanHacıqabulAğdaşQuba
 SaatlıTərtərXaçmaz 
 Bərdə (I hissə siyahı)Ağdam  
 AğcabədiFüzuli  
 Beyləqan   
 Siyəzən   
 Xızı   
9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı9 illik təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları üçün qəbul imtahanıGoranboy Göygöl Daşkəsən Salyan Saatlı Bərdə (I hissə siyahı)Mingəçevir Samux Naftalan Neftçala Hacıqabul TərtərSumqayıt (I hissə siyahı), Zaqatala Qax Göyçay Ağdaş XaçmazAbşeron (I hissə, siyahı) Balakən Oğuz Kürdəmir Ağsu Quba
 AğcabədiAğdamQobustan 
 BeyləqanFüzuli  
 Siyəzən   
 Xızı   
01.03.2020-ci il tarixində buraxılış imtahanı vermiş və 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari ilin məzunları üçün qəbul imtahanıQaradağ ŞirvanPirallahı (Bakı)Xətai (Bakı)Nərimanov (Bakı)
Tarix/İmtahan*10.06.202011.06.202018.06.202019.06.2020
Azərbaycan dili (dövlət dili) imtahanı – – Azərbaycan dilindən fərqli dildə təhsil alan 9- cu sinif cari ilin məzunları üçünXətai (Bakı) Sumqayıt (I hissə siyahı) Qazax Şəki CəlilabadNərimanov (Bakı) Abşeron (I hissə siyahı) Ağstafa Qəbələ MasallıQaradağ (Bakı) Goranboy Göygöl Sabirabad SalyanPirallahı (Bakı) Mingəçevir Samux İmişli Neftçala
– 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçünGöyçay Ağdaş Qusar QobustanKürdəmir Ağsu ŞabranTovuz Gədəbəy Lənkəran BeyləqanŞəmkir Astara Tərtər Biləsuvar
   Hacıqabulİngilis/ fransız bölmələri

Qeydlər:

  • Həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
  • Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən məktəblərin 9 və 11, Bərdə rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal, müvafiq olaraq, I hissələrlər adlandırılıb.
  • Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
  • Xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin şagirdləri üçün imtahan, ictimaiyyətə əvvəlcədən məlumat verilməklə, növbəti həftəsonu günlərində keçiriləcəkdir.
  • İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next