Hansı sahəni seçməliyəm?

Bugünkü yazımda xaricdə təhsil ilə bağlı aktual olan məsələlərdən birinə toxunmaq istəyirəm. Hər bir valideyn və tələbə təhsil alacağı qurumu, ölkəni, hətta ixtisası seçərkən çoxlu sual işarələri ilə üzbə-üz qalırlar. Bir xaricdə təhsil mütəxəssisi kimi deyə bilərəm ki, gün ərzində dəfələrlə “Sizcə nə oxumaq məsləhətlidir?” , “Hansı sahələr var?” , “Universiteti bitirib gələndən sonra harda rahat iş tapa bilərik?” kimi əslində düzgün verilməyən suallarla üzləşirəm. Məqsədim bu suallara görə kimisə qınamaq deyil, hətta bu sualları verən valideynlərə haqq qazandırmaq da olar. Çünki çoxları Avropa, Amerika, Kanada və bir çox tanınmış təhsil mərkəzlərindəki təhsildən və iş imkanlarından xəbərdar deyil. Nəzərə alsaq ki, yaşlı nəsil və ya orta yaşdan yuxarıda olan insanlar gənclər qədər internetdən və sosial şəbəkələrdən istifadə etmir, onların bu kimi məlumatlar almaqda daha çox çətinlik çəkməsi də normaldır. 

Qayıdaq məsələnin özünə: Suallara cavab olaraq deyə bilərəm ki, İSTƏNİLƏN sahə məsləhətlidir. İSTƏNİLƏN SAHƏdə təhsil imkanı mövcuddur. HEÇ BİR sahədə iş tapmaq asan deyil əgər həminin sahənin əsl mütəxəssisi deyilsinizsə. Belə ki, siz mühəndis olmaq istəyirsinizsə ilk öncə buna marağınız olmalı, daha sonra da düzgün universitet seçməlisiniz. Düzgün universitet deyərək heç də yalnız bahalı universitetləri və ölkələri və ya universitetlərin ümumi reytinqini nəzərdə tutmuram. Mühəndisliyin həmin sahəsinin ixtisaslaşdığı universiteti seçməyiniz daha labüddür. Universitetlərin tələbələri iş praktikasına yönləndirmək üçün mövcud partynorları çox mühüm bir amildir. Sizə dərs deyəcək professorların hansı şirkətlərdə mühəndis olması, sizləri daha doğru necə yönləndirəcəkləri əsas götürülə biləcək amillərdəndir. Məsələn, Türkiyəyə gedən bir tələbənin mühəndislik üçün Boğaziçi universitetini seçməsi çoxda düzgün deyil. Həmin imkanlarla tələbə ODTÜ (Middle East Technical University) və ya İTU (İstanbul Tecnhical University) kimi müraciət etməsi daha realdır. Çünki bu universitetlər birbaşa mühəndislik üçün ixtisaslaşmışdır. Bir başqa nümunə olaraq deyə bilərəm ki, əgər bir Böyük Britaniyaya gedən bir tələbə İqtisadiyyat sahəsində təhsil almaq istəyirsə LSE (London School of Economics), mühəndislikdə təhsil almaq istəyirsə, University of Warwick i seçməsi məsləhət olardı. 

Hər bir sahə məsləhətlidir. Ona görə yox ki hər bir sahəni bitirdikdə kimsə sizi qucaq dolusu işlə qarşılayacaq. Ona görə ki, siz sevdiyiniz işi görəndə hər cür çətinliyin öhdəsindən gələcəksiniz. İstənilən sahədə təhsili bitirdikdən sonra sizə internship dediyimiz, ödənişli və ya ödənişsiz, iş təcrübəsi vacibdir. Məsləhət olan odur ki, maddiyat hissəsini bir müddətlik kənara qoyub, prodaktivlik haqqında düşünəsiniz. Bəziləri incəsənət və ya musiqi kimi sahələrə gözucu baxsalar da, həmin sahələrdə də kifayət qədər uğurlu nəticələr əldə edən insanlar var. Ən önəmli nüanslardan biri özünüzü düzgün istiqamətləndirməkdir. Tələbələrin hansı qurumlara müraciət edəcəyini bilməməsi, özlərini yalnış yönləndirməsi ucbatından iş imkanlarından yararlana bilməyən milyonlarla tələbə var. Uzun sözün qısası, hər zaman valideynlərə və tələbələrə dediyim kimi, istədiyiniz yerə sizi yönləndirə bilərik. Bu barədə ən yüksək səviyyəli xidmətlərdən yararlana bilərsiniz. Ama biz sizlərin yerinə hansı sahəyə marağınız olduğuna qərar verə bilmərik. 

CELT Colleges Nərimanov 

Baba Kərimli

Email: baba.karimli@celt.az

Mob: (050) 787 57 66

Ofis: (012) 566 48 23 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next