Bildiyiniz kimi tədris distant formada aparılsa da növbəti qiymətləndirmədə iştirak etməyən şagirdlərə hansı qiymətin veriəcəyi məlum olub
Belə ki, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmə” mövzusunda danışarkən deyib ki, “45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə üçün verilən zaman ortalama vaxtdır”.
O qeyd edib ki, biliyinə güvənən şagird sualları 30 dəqiqə ərzində də cavablandıra bilər: “Yanvarın 27-dən sonra növbəti mərhələdə də iştirak edə bilməyən şagirdlərin biliyi barədə jurnala I yarımil üçün sıfır yazılacaq”.