Hacettepe Universiteti

Türkiyənin tibb sahəsində ən məşhur universitetlərindən biri Hacettepe universitetidir. Paytaxt Ankarada yerləşən bu universitet 1967-ci ildə qurulub. Türk, ingilis, alman və fransız dillərində təhsil verən Hacettepe universiteti bir dövlət müəssisəsidir. Sıhhiye və Beytepe olmaq üzərə iki kampüsü mövcuddur. Əsas korpus kimi isə şəhərin mərkəzindəki Sıhhiye kampüsü tanınır. 50.000-dən artıq tələbəsi olan bu müəssisədə 15 fakultədə təhsil almaq şansı var. Yamyaşıl kampüsü sayəsində şəhərin mərkəzində belə sakitçilikdən zövq almaq olar. Demək olar ki, tədris etdiyi bütün sahələrdə dünya səviyyəsində müxtəlif mükafatlar alan universitet, həmçinin, tam peşəkar kollektivi ilə də diqqəti cəlb edir. Hacettepenin geniş kitabxanasında axtardığınız bütün növ kitabları tapmaq olar.  Erasmus, Mevlana və Farabi kimi tələbə mübadiləsi proqramları sayəsində qısa müddətli də olsa Hacettepeli olmaq olar.

Universitetin nəzdində, Diş həkimliyi, Əczaçılıq, Alman dili və ədəbiyyatı, Antropologiya, Arxeologiya, Amerika ədəbiyyatı, Fəlsəfə, Fransız dili, İngilis dili, Tərcüməçilik, Tarix, Türk dili və ədəbiyyatı, Riyaziyyat, Biologiya, Statistika, Kimya, Qrafika, Rəsm, Memarlıq, Heykəltəraşlıq, Maliyyə, İqtisadiyyat, İdarəçilik, Beynəlxalq münasibətlər, Təhsil, Fizioterapiya və Reabilitasiya, Tibb bacılığı, İncəsənət, Hüquq, İqtisadiyyat, Radio və televiziya, Qida, İnşaat, Geologiya, Kimya, Mədən, Nüvə enerjisi, Mexanika, Kompüter, Elektrik, Fizika mühəndislikləri, Tibb ixtisaslarında təhsil ala bilərsiniz.

Bakalavr pilləsinə SAT imtahanı ilə qəbul mümkündür. Minimal bal 1200, Tibb ixtisası üçün isə 1500-dür. Həmçinin, dil sertifikatı kimi TOEFL imtahanından da keçməlidir. Magistratura pilləsi üçün isə TOEFL imtahanı ilə yükək bakalavr ortalaması lazımdır. Bundan əlavə qəbul zamanı intervyu da keçirilir.

Universitet tələbələri üçün həm Sıhhiye və həm də Beytepe şəhərciklərində qız və oğlan tələbələr üçün yataqxana var. Bununla yanaşı, yataqxanada qalmaq istəməyən tələbələr üçün tələbə evləri də mövcuddur.

Universitet qəbulu üçün sizə ən yaxın CELT ofisinə müraciət edə bilərsiniz.

Xanım Xəlilova

CELT Xətai

xanim@celt.az

012 496 45 76

050 588 15 18

35 thoughts on “Hacettepe Universiteti”

  1. Salam.SAT 1520 bal+TOEFL 70 hacettepe tibbe qebul ola bileremmi?Hacettepe tibb fakültesi Azerbaycandan her il ne qeder şagird qebul edir?Teşekkürler

    1. Salam. Bu il 1570 ilə kəsilənlər var. Maks 3 tələbə qəbul edir ona görə balınız çox olması qəbul olacaq anlamına gəlmir

      1. Hacettepede oxuyan telebeler -kömek edin kiraye ev tapaq.Maden mūhendisliyi fakūltesine bu il qebul olmuşam.0557627620 ws.

  2. Salam.Hacettepe öz saytında qeyd edir ki tqdk imtahanı ilə qəbul edir
    1.DİM 680+ balla qəbul almaq Tibb fakultəsinə qəbul olmaq olar?
    2.Celt colleges belə halda qəbul prosesini həyata keçirir mi?

  3. Salam. Mən ADBTİA’da bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisası üzrə təhsil alıram. Ortalamam 85-90 arasıdır. Toefl nəticəm yaxşı olduğu halda Hacettepe universitetində magistr qazana bilərəm? İllik ödəniş nə qədər təşkil edir? Və burs əldə etmək mümkündür?

      1. Tezli odur ki proqramın sonunda müdafieə edirsiniz. Yəni disertasiya yazırsıız. Tezsiz də daha asan olur və müdaiəsiz olur. Tezsiz proqramla doktoranturaya keçə bilməzsiniz.

  4. Hacettepede tibb tehsili almag ucun nece il hazirlasmag kifayetdir? Ve 11ci sinifi bitirib getmek olar ya burda UNI oxumaliyiq 1il?

    1. Salam. 11-ci sinifdən birbaşa SAT nəticəsi ilə gedə bilərsiniz. Hazırlıq müddəti sizin potensial və baza biliklərindən asılıdır. Normalda iki il artıqlaması ilə bəs edir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next