Hər kəsin bilməli olduğu kompyuter proqramları

Hər kəsin bilməli olduğu kompyuter proqramları

Qlobal dünyada texnologiyanın inkişafı müxtəlif proqramların kəşf olunması ilə nəticələndi. 1975-ci ildə təsis edilmiş Microsoft şirkəti hazırda proqram təminatı istehsalı, fərdi kompyuter və serverlər üçün internet texnologiyalarının hazırlanması, eyni zamanda onlara xidmət göstərilməsində dünya lideridir.

Microsoft məhsulları 80-dən çox ölkədə satılır. 2006-cı ilin fevral ayından Azərbaycanda Microsoft Azərbaycan şirkəti fəaliyyət göstərir.

Microsoft-un əsas məhsullarından biri də Microsoft Office proqramlarıdır. İlk dəfə ofis proqramları 1989-cı ildə buraxıldı. Sonradan bir neçə dəfə bu proqramlar müxtəlif əməliyyatlarda işləməsi üçün yeniləndi. Bu proqramlara ilk dəfə hal-hazırda daxil olan proqram  daxil deyildi. İndi Microsoft proqramlarına yeddi  proqram daxildirsə, o vaxtlar yalnız dörd proqram daxil idi. Müəyyən vaxt keçdikcə əməliyyat sistemləri yeniləndikcə onlara uyğun bu proqramlar da yeniləndi və panellər  əlavə olundu. Bu proqramların bu günə kimi müxtəlif versiyalarıə vardır:

Microsoft Office  95, Microsoft Office 2000, Microsoft Office 2003, Microsoft Office 2007, Microsoft Office 2010.

Hal-hazırda istifadə olunana əsasən son üç versiyadır. O biri versiyalar artıq öz əhəmiyyətini itirmişdir. Microsoft Office proqramlarına daxildir:

1)      Microsoft Office Word

2)      Microsoft Office Excel

3)      Microsoft Office  InfoPath

4)      Microsoft Office Outlook

5)      Microsoft Office PowerPoint

6)      Microsoft Office Publisher

7)      Microsoft Office Access

Göründüyü kimi Ofis proqramlarına yeddi proqram daxildir. Bu proqramlarla ayrı ayrılıqda tanış olaq.

Microsoft Office Word. Güclü mətn redaktoru olub  bu proqram yazı işləri üçün nəzərdə tutulmuşdur.  Hazırda dünyada ən populyar proqram hesab olunur. Word versiyaları dəyişildikcə ona əlavə parametrlər, yeni komponentlər və müxtəlif panellər əlavə olundu. Bu proqramın köməyi ilə müxtəlif qeydləri, hesabatları və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word  proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları da deyilir. Bu proqramın istifadəsi bir o qədər də çətin deyil.

Microsoft Office Excel. Əsasən  hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutlmuş proqramdır. Ofis işlərində mütəmadi olaraq istifadə olunur. Bu proqram icad olunduqdan sonra şirkətlərdə mühasib işləyən şəxslərin işləri çox asanlaşdı. Çünki proqram şirkətin bütün maliyyə işlərini həyata keçirmək üçün əlverişlidir. İstifadəsi Word proqramına nisbətən bir qədər çətindir. Microsoft Office Excel  proqramının da digər ofis proqramları kimi bir çox versiyaları vardır. Ən son versiyası 2010 versiyasıdır. Ən son versiya daha da təkmilləşdirilmiş əlavə panellər əlavə olunmuşdur. Hal-hazırda dünyada ən çox istifadə olunan proqramlardan biridir.

Microsoft Office PowerPoint. Bu proqram vasitəsilə slaydlar yaradılır. Həmçinin hesabatlar, tezislər, təqdimatlar bu proqram vasitəsilə edilir. Müasir dünyada demək olar ki, bir çox hesabat və təqdimatlar bu texnologiya vasitəsilə düzəldilir. Bundan əlavə təqdimata müxtəlif qrafik komponentlər də əlavə etmək olur. Proqramın əvvəlki versiyalarında təqdimata video əlavə etmək olmurdu,amma son versiyası olan 2010 versiyasında video da əlavə etmək mümkündür.

Microsoft Office Outlook. Bu proqram da ofis proqramlarının əsas proqramlarından biridir. Bu proqram bir e-poçt proqramıdır. Bütün e-poçtların ortaq bir yerə toplamaq üçün nəzərdə tutulmuşdur. Məsələn, bir şəxs 3-4 e-poçta malikdir, bütün e-poçtlara  bu porqram vasitəsilə baxmaq mümkündür. Bu cəhətdən hal-hazırda kifayət qədər çox isitfadə olunan proqramdır. İstifadəsi çox asandır.

Microsoft Office Publisher. Bu proqram daha çox dizayn proqramlarına bənzəyir. Siz bu proqram vasitəsilə vizitkalar, müxtəlif plakatlar,braşurlar  hazırlaya bilərsiniz. Həmçinin kiçik həcmli veb saytların hazırlanması da mümkündür. Son versiyada istifadəçilərin rahat istifadə etməsi üçün proqramda hazır temalar qoyulmuşdur. Məsələn, hər hansı bir veb sayt hazırlamaq istəyirsinizsə, proqramın özündə bir çox  temalar vardır, siz onlardan seçə bilərsiniz. Bundan başqa siz başqa bir yerdən də tema əlavə edə bilərsiniz. İstifadəsi bir qədər çətindir.

Microsoft Office Access. Bu proqramın da istifadəçiləri çoxdur. Belə ki, bu proqram  verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuşdur. Microsoft Access müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir. Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır. Access həm sadə, həm də mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir.

Microsoft Office  InfoPath. Bu proqramda əsasən blanklar doldurmaq üçündür. Çox az istifadə olunan proqramdır. İnsanlar tərəfindən bir o qədər də tanınmır. Amma  bir çox müsbət xüsusiyyətləri vardır. Məsələn, proqramda hazır blanklar yerləşdirilmişdir. Bundan başqa blankı və yaxud da hər hansı bir sənədi dizayn etmək imkanınızda vardır.

Son olaraq deyə bilərəm ki, ofis proqramları  bu günümüzdə ən çox istifadə edilən proqramlardan biridir. Bu proqramları öyrənmək 3-4 ay ərzində mümkündür. Siz hər hansısa iş üçün müraciət etdikdə sizdən mütləq Ofis proqramları biliyiniz tələb olunacaq.


 CELT Ofislərində Profesional Kompüter Kusu keçmək istəyirsinizsə, ofislərimizlə əlaqə saxlayın.

CELT Colleges Ofisləri


52 thoughts on “Hər kəsin bilməli olduğu kompyuter proqramları”

  1. salam men sizin komputer kursu harda yerlesdiyini bilmek isdiyirem ve bildikden sonrada sizin kursda tehsil alamaq isdiyirem ve mene en qisa zamanda melumat vere bilersiz

      1. Salam. Kömpüter ancaq ordadır ama yenə sizə uyğun ofisə zəng edin. Əlaqə menüsündən baxın görün sizə hara uyğundur

    1. Fərid Kərimov (Admistrator)

      Komp kursu. 3 ay müddətində. fərdi 63 AZN,3 nəfərlik qrup 45 AZN. Conversation ucun 012 564 69 40 nomresi ile elaqa saxıayin zehmet olmasa

  2. salam men programlasdirmani oyrenmek istiyirem .ayliq ne qeder odemeliyem ve nece ay kurs gedir,,,birde birde men xaricdde distant tehsil almaq istiyirem boyuk britaniyada ve yaxud americada .distant tehsilin illik odenis haqqi ne qederdir ?ingilis dili seviyyem orta sayila biler .mektebi bul qurtardim isterdim huquq fakultesinde oxuyum tebiiki xaricde ….twk,,,cvb yazsaniz cox sevinerem

    1. Bəli var. həftədə 3 dəfə 2.5 saat olmaqla, fərdi 185 AZN,2 nəfərlik qrup 135 AZN, 3 nəfərlik qrup 96 AZN. Qrupda məksimum 3 nəfər olur

      1. salam men ingilis dilini oyrenmek isteyirem ne qeder muddet bes eleyer?sifir derecesinde deyilem?muddet ve mebleg zehmet olmasa ve elmlerdeki ofisiniz harda yerlesir?

      2. Fərid Kərimov (Admistrator)

        Salam. Biz bunu yalnız sisin səviyyənizi uyoxladıqdan sonra deyə bilərik. Əgər bilsək hansı səviyyədəsiniz o zaman müddəti deyə bilərik. Məbləğ belədir. Fərdi şəkildə 185 AZN, 2 nəfərlik qrup 135 AZN, 3 nəfərlik qrup 96 AZN, 4 nəfərlik qrup 75 AZN. Elmlər ofisinin ünvanı:

        CELT Elmlər Akademiyası

        Ələsgər Ələkbərov küç. 535/27

        Vergilər Nazirliyinin yanı

        Tel: (012) 510 83 35, (012)408 43 20

      3. salam men ixtisasca muhendis texnoloqam mene autocad proqramini bilmek vacibdir men sizden xahisedirem diyesiz sizde bu proqram oyredilir?? qiymeti ne qederdir?? zehmet olmasa cavablandirin.

  3. salam adim Kamrandi informatika sobesinin KOMPUTER SEBEKELERI VE HESABLAMA TEXNOLOGIYALARININ TEMIRI – SERVISI ve PROQRAMLASDIRILMASI FAKULTESINDE tehsil aliram sizde menim fakulteme uyqun KOMPUTER KURSLARI VARSA BU BAREDE ELAVE BILMEK ISTERDIM

      1. bes dizayn proqramlarına ne qeder vaxt lazımdı?birde aylıq ödənişi də qeyd etsəniz yaxşı olardı

      2. Dizayn proqrami coxdur ve secim sizden asilidir. Ona gore de onlarin vaxti sizin seciminizden asilidir. Normlada photoshop proqramini uc aya bitire bilersiniz amma baxir konkret ne isteyirsiniz. Qiymetine geldikde o da proqraminin novunden ve derinliyinden asilidir bunun ucun en yaxshisi ofise zeng edib konkret cavab ala bilersiniz isteyinize gore.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next