Fransanın və Dünyanın ən böyük biznes universitetlərindən birində təhsil – KEDGE Business School

KEDGE Business School (KEDGE Group) 2013-cü ildə Fransada yerləşən, bölgələrində yaxşı qurulmuş və onsuz da beynəlxalq səviyyədə tanınan iki məşhur biznes məktəbinin: BEM (ESC Bordeaux, 1874) və Euromed (ESC Marseille, 1872) birləşməsindən təsis edilmişdir. Üç qitəyə yayılan 10 kampusu ilə KEDGE Business School sadəcə Fransa üzrə deyil, Dünya üzrə də ən böyük beynəlxalq biznes məktəblərindən biridir. KEDGE, Fransada dörd əsas kampusa (Paris, Bordeaux, Marseille and Toulon), üç peyk kampusa (Avignon, Bastia və Bayonne) və xaricdə üç kampusa (Shanghai, Suzhou and Dakar) sahibdir.

KEDGE cəmiyyəti 12.600 tələbədən (% 28-i xaricdən gələnlər), 183 daimi müəllim üzvlərindən (44% -i xaricdən gələnlər), 275 beynəlxalq akademik tərəfdaşlardan və dünya üzrə 60.000-dən çox məzundan ibarətdir.

KEDGE Business School, AACSB, EQUISAMBA tərəfindən ‘Üçlü Tac‘ adlanan akkreditasiyaya sahib olan dünya məktəblərinin % 1-dən biridir və French Conférence des Grandes Ecoles üzvüdür. 2017-ci ildə KEDGE, İdarəetmə nəşrlərində Fransanın 1 nömrəli qurumu olaraq seçilmişdir. 2019-cu ildə KEDGE Master in Management proqramı Financial Times tərəfindən dünya üzrə 49-cu, Executive MBA proqramı isə dünya üzrə 33-cü, Avropa üzrə 15-ci yerə layiq görülmüşdür.

KEDGE, beynəlxalq tələbələr üçün Bakalavr pilləsindən Doktoranturaya qədər ingilis və fransız dilində tədris olunan 32 müxtəlif dərəcə proqramı təklif edir. Bu biznes məktəbinin bakalavr pilləsi üzrə təklif etdiyi,onu dünya üzrə reytinq cədvəllərində ön sıralara yüksəldən və beynəlxalq tələbələri bura cəlb edən əsas proqramı International Bachelor of Business Administration (IBBA) proqramıdır.

Tələbələr bu proqram üzrə 4 illik təhsil müddətinin iki ilini Fransada, iki ilini isə KEDGE Business School’un dünya üzrə mövcud olan 123 əməkdaş universitetlərində keçirirlər. Fransadakı iki il müddətində tələbələr biznes və idarəetmə sahəsindəki təməl və əsas biliklərə yiyələnir, sonrakı iki ildə isə əməkdaş universitetlərdə ixtisaslaş və beynəlxalq təcrübə proqramlarında iştirak edirlər. IBBA proqramı, peşəkar dünyagörüşünə və başlanğıc maaşına görə 2019-cu ildə Le Point tərəfindən ilk sırada qiymətləndirilmişdir. Bu proqram üzrə məzun olan tələbərin 49 %-i əsasən idarəetmə, kommunikasiya, marketing, maliyyə və digər bu kimi sahələrdə iş fəaliyyətinə başlamış, 46 %-i təhsillərini magistr pilləsi üzrə davam etdirmiş, 5 %-i isə öz biznes layihələrini yaratmışdır.

KEDGE Business School, magistr pilləsi üzrə beynəlxalq tələbələrə çoxsaylı təhsil porqramı təklif etməkdədir. Bu proqamlar aşağıdakı sahələri əhatə edir:

– Banking & Finance
– Corporate Finance
– Wine & Hospitality Management
– Innovation, Transformation, Entrepreneurship
– Management Control and Reporting
– Digital Marketing & Sales
– Business Engineering
– Arts & Creative Industries Management
– International Purchasing & Innovation Management
– Marketing
– ISLI – Global Supply Chain Management
– International Trade & Logistics
– Sustainable Finance
– International Business
– Sport – International sport & event management
– Master In Management Grande Ecole

KEDGE Business School’un bakalavr proqramına qəbul üçün əsasən Tam Orta Təhsil Diplomu, A-Level və ya IB diplomu tələb edilir. Proqram ingilis dilində tədris olunduğu üçün tələbələrdən ingilis dili biliyini təsdiq edən sertifikat da tələb edilir. Dil biliyi göstəricisi olaraq əsasən IELTS 6.0-6.5+ və ya TOEFL 85+ tələb edilir. Bundan əlavə tələbələr qəbul üçün müsahibədən də keçməlidirlər.

Magistr proqramları üçün isə Bakalavr təhsilini təsdiq edən diplom, 80+ ümumi orta bal göstəricisi (GPA) və ingilis dili biliyi sertifikatı tələb edilir.

KEDGE Business School, Beynəlxalq səviyyəli biznes təhsili və təcrübəsi əldə etmək istəyən tələbələr üçün ən ideal seçimlərdən biridir.


Qeyd edək ki, universitetin 275 beynəlxalq akademik əməkdaşından biri də məhz CELT Colleges’dir. Bu beynəlxalq biznes məktəbinə müraciət etmək istəyən azərbaycanlı tələbələr bizə müraciət edə bilərlər.

CELT Colleges Sahil – Bəhruz Səfərov

Tel: (+994 12) 493 48 18
Mob: (+994 51) 492 02 89
sahil@celt.az
elgunk12.sg-host.com
Ünvan: 113 Həzi Aslanov küçəsi, Bakı, Azərbaycan AZ1095

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next