Fransada təhsil

Orta hesabla il ərzində 82 milyon turistin ziyarət etdiyi Fransa, gözəllikləri ilə turistləri cəlb edən ölkə olmaqdan əlavə, həm də təhsil sistemi ilə tələbələri cəlb edir. Fransa Respublikasında əhalinin, demək olar ki, 99 faizi oxuyub-yazmağı bilir. Ölkə ərazisində 2 milyona yaxın ali təhsil alan tələbə var və bu tələbələrin 12%-i xaricdən gələn tələbələrdir. Fransada ümumilikdə 3500 təhsil müəssisəsi mövcuddur ki, bunlardan 72-si universitetdir.

Təhsil pilləsi

Burada bakalavr, magistratura və doktorantura pillələrində istər fransız, istərsə də ingilis dilində təhsil almaq mümkündür. Fransada bakalavr pilləsi 3 ildir və pilləni tam bitirmək üçün 180 kredit tamamlanmalıdır.

Magistratura təhsili isə iki illikdir və iki cür olur: akademik magistratura və təcrübi magistratura. Əgər tələbə bakalavr ixtisasını davam etdirirsə bu halda təcrübi magistratura, lakin öz ixtisasını dəyişirsə bu halda birinci il akademik magistratura, ikinci il isə təcrübi magistratura oxuyur. Əyani təhsillə birgə onlayn təhsil imkanı da təklif edən Fransa bu mənada oxumaq istəyən tələbələrə əsl dəstək olur.

Dil

İngilis dilində təhsil alacağınız təqdirdə fransız dili biliyi tələb edilmir. Fransız dilində təhsil üçün isə DELF, TCF, DALF, TEF kimi sertifikatlardan birini əldə etmək lazımdır. Əksər hallarda fransız dilini B1, bəzən də B2 səviyyəsində bilmək kifayət edir.

Semester

Fransada tədris sentyabr-oktyabr aylarında başlayır və may-iyun aylarına kimi davam edir. Bizdə olduğu kimi Fransada da semester sonlarında imtahan verilir və tələbələrin nəticələri həmin imtahanlara əsasən müəyyən edilir.

Təhsil haqqı

Ölkə hər il təhsil sahəsinə böyük sərmayə yatırdığına görə burada təhsil haqqı kifayət aşağıdır. Bakalavr pilləsində dövlət universitetlərində illik təhsil haqqı 2700 avrodan başlayır. Özəl universitetlərdə təhsil haqqı 7000 avroya kimi qalxa bilir. Magistratura pilləsində isə 3700 avrodan başlayan təhsil haqqları mövcuddur.

Xanım Xəlilova

CELT Xətai

xanim@celt.az

012 496 45 76

050 588 15 18

11 thoughts on “Fransada təhsil”

  1. Salam men kolleci bitirib subbakalvr diplomu alb ve ielts hazirlasaraq 9dan nece fransada oxuya bilerem 9 kolleci bitirib universitete vermek istyrem ama xaricde burda universiteti oxuyub yeniden orda oxumaliyam?

  2. Salam Fransada ingilis dilində pulsuz magistr təhsili almaq mümkündürmü?Zəhmət olmasa universitetlərdən bəzilərinin adını çəkə bilərsiz?

  3. Salam men Iqtisad universitetinin Ekologiya ixtisasinda oxuyuram,ve Fransada teqaudlu ve burslu magistr tehsili almaq isdeyirem,ancaq ixtisasimi deyismek isdeyerem,Burda tehsil almaq uçun neler lazmdi oyrene bilerem?

    1. Salam. Orda dövlət unilərində təhsil haqqı 500 avro kimidir. ama başqa burs yoxdur yada səfirlik vasitəsi ilə mümkğndür

  4. Salam. Mən Fransada magistratura təhsili almaq istəyirəm. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasının tələbəsiyəm.Həmçinin Fransadada bu ixtisasın Magistr təhsilini almaq istəyirəm.Təhsil haqqlarının miqdarı təqribən nə qədərdir? Necə gedə bilərəm? İELTS vacibdirmi?

    1. Salam. Ümumiyyətlə vıza almağınız üçün bank hesabında pul göstərməlisiniz. Bu il hazırkı vəziyyətlə bağlı Fransada təqaüd bəlli deyil.

  5. Salam. Menim hal-hazirda 16 yashim var ve Fransada tehsil hagginda maraglaniram(daha degig desek Paris). Memarlighi oxumag isteyirem, lakin dovlet universitetleri, tegaudler, yatagxanalar ve s. kimi her bir telebenin yashamasi uchun vacib olan her sheyle maraglaniram. Umid edirem, gisa zamanda suallarima cavab tapmaghima komek edersiniz 🙂

    1. Salam Fidan xanım, Fransa ilə CELT Nərimanov ofisi məşğul olur. Xanım xanımla əlaqə saxlayıb detaylı məlumat ala bilərsiniz

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next