Fransada Biznes üzrə 1 nömrəli Bakalavr təhsili – Toulouse Business School (TBS)

Fransanın Top 10 Biznes Universitetlərindən biri olan Toulouse Business School (TBS) 1903-cü ildə Tuluza şəhərində yaradılmışdır. Universitet əsası Fransanın Toulouse şəhərində olmaqla 5 fərqli kampusa sahibdir. TBS-in digər kampusları Barcelona, Paris, London və Casablanca şəhərlərində yerləşməkdədir. Toulouse Business School “Üçlü Tac” adlanan akkreditasiyaya sahibdir ki, bu akkreditasiyaya sahib olmağı dünyadakı biznes universitetlərinin yalnız 1%-i bacarmışdır.

Universitet sahib olduğu 5 kampusunda Menecment, Marketinq, Biznes və digər bu kimi sahələr üzrə yüksək keyfiyyətli və tamamilə ingilis dilində tədrisə sahib Bakalavr və Magistr proqramları təklif etməkdədir. TBS Bakalavr üzrə təhsil almaq istəyən tələbələr üçün əsasən Menecment sahəsi üzrə tək bir bakalavr proqramı təqdim etməkdədir ki, bu proqram Fransada 1 nömrəli bakalavr proqramı sayılır.

Bu proqram üzrə təhsil alan tələbələr ilk akademik ildə seçdikləri kampusda Menecment sahəsi üzrə təməl sayılan biliklərə yiyələnirlər. 2-ci təhsil ilinin birinci semesterini də təhsil almağa başladıqları kampusda keçirib, ikinci semesterini universitetin digər kampuslarından birində və ya TBS’in əməkdaş olduğu yüksək reytinqli və nüfuzlu universtetlərdən birində davam etdirirlər. Tələbələr təhsillərinin son ilində isə beynəlxalq biznes təcrübəsinə əsaslanan ixtisaslaşma proqramlarından birini seçirlər və təhsillərini bu istiqamətdə davam etdirilər. İxtisaslaşma proqramları əsasən universitetin Touluse, Barcelona və Casablanca kampuslarında təklif olunur.
Bundan əlavə tələbələr bakalavr təhsilinin hər ilində Sales (8 həftə), Business Sector (8 həftə)Project Management (16 həftə) sahələri üzrə 8 və 16 həftəlik təcrübə proqramlarında iştirak edirlər.
Bakalavr proqramı üzrə təhsil haqqı 31.200 avro təşkil edir və ümumi 3 illik təhsil proqramını əhatə edir. Qeyd edək ki, bu ödənişə yaşam xərcləri daxil deyildir.
Bu proqram üçün təyin olunmuş əsas qəbul şərtləri tələbənin orta məktəb təhsilini bitirməsinə dair diplomunun olması və əgər ingilis dilində təhsil almaq istəyirsə IELTS üzrə 6.0 və ya daha yaxşı göstəricisinin olmasıdır. Fransız və ya İspan dilində təhsil almaq istəyən tələbələrin də bu dillər üzrə biliyini təsdiq edən müvafiq sertifikatları olmalıdır.

Universitet magistr pilləsi üzrə əsasən Management olmaqla 29 fərqli sahə üzrə magistr proqramı təklif etməkdədir. Toulouse Business School’un təklif etdiyi Master in Management proqramı Fransa üzrə Top 10 magistr proqramından biri sayılır. Bu proqram üzrə magistr təhsili bitirən tələbələr minimum 9 aylıq professional təcrübəyə sahib olur və ikiliyi magistr dərəcəsinə sahib olur. Universitetin qeyd etdiyi statistikaya görə magistr təhsilini bitirən tələbələrin 97% – i 6 ay ərzində işlə təmin olunmuşdur. Management sahəsi üzrə magistr təhsilinə başlayan tələbələr 1-ci akademik ildə təməl biliklər və seçmə fənlər üzrə praktiki təhsil alırlar və  3 aylıq təcrübə proqramında iştirak edirlər. 2-ci akademik ildə isə ikili magistr dərəcəsini əldə etmək üçün TBS’in təklif etdiyi 29 magistr proqramından birini seçə və ya universitetin əməkdaş olduğu universitetlərdən birində təhsillərini davam etdirə bilərlər. İkinci təhsil ilində tələbələr həm də 6 aylıq təcrübə proqramında iştirak edirlər. TBS tələbələrə 120’dən çox beynəlxalq şirkətdə təcrübə keçmək imkanı tanıyır.

Təcrübə üçün əsasən aşağıda qeyd olunmuş 9 sahə təklif olunur:

• Business, Strategy and Management
• Finance, Audit & Controlling
• International Marketing
• Sustainable Supply Chain & Purchasing
• Artificial Intelligence & Big Data
• Innovation & Industries 4.0
• Tourism & Luxury Industries
• Aerospace & Mobility Management• Arts & Culture

Magistr proqramı üzrə təhsil haqqı 28.000 avro’dan ibarətdir və ümumi 2 illik təhsil proqramını əhatə edir. Qeyd edək ki, bu ödənişə yaşam xərcləri daxil deyildir.
Bu pillə üzrə təhsil proqramına qəbul olmaq istəyən tələbələr üçün əsas tələblər uyğun sahə üzrə bakalavr təhsilinin olması, GMAT üzrə 500+ və ya GRE üzrə 303+ göstəricinin olması, IELTS 6.0 və ya TOEFL üzrə 80+ nəticənin olmasıdır. Bundan əlavə tələbələr ingilis dilində müsahibədən də keçməlidirlər.

Digər univeristetlərdə olduğu kimi Touluse Business School’da da təhsil proqramlarına müraciət etmək üçün son müraciət tarixləri təyin olunmuşdur. Bakalavr pilləsində təhsil almaq istəyən tələbələr üçün son tarix 30 iyun, Magistr pilləsində təhsil almaq istəyən tələbələr üçün isə son tarix 17 iyul olaraq təyin edilmişdir. Vizaya ehtiyacı olan tələbələrin isə iyunun 1’dən gec olmayaraq müraciət etmələri daha məqsədəuyğundur.
İllik yaşam xərcləri isə universitetin kampuslarının yerləşdiyi şəhərlərdən asılı olaraq dəyişir. Hər bir şəhər üçün illik olarq nəzərdə tutulan minimum məbləğ isə 11-12 min avro təşkil edir. Bu məbləğə isə yataqxana və ya ev, qida, əyləncə, gəzinti və digər bu kimi xərclər daxildir.

Xaricdə təhsillə bağlı bağlı yeniliklərdən mütəmadi olaraq xəbərdar olmaq istəyirsinizsə, yan tərəfdə qeyd olunmuş keçidə daxil olaraq formumuza abunə ola bilərsiniz: bit.ly/3gtu2IV

Ətraflı məlumat və müraciət üçün:

CELT Colleges Sahil
Tel: (+994 12) 493 48 18
Mob: (+994 51) 492 02 89
sahil@celt.az
elgunk12.sg-host.com
Ünvan: 113 Həzi Aslanov küçəsi, Bakı, Azərbaycan AZ1095

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next