Fransa’da Biznes təhsili – NEOMA Business School

150 illik tarixə sahib olan NEOMA Business School Fransanın ən qədim biznes universitetlərindən biridir.  Paris, Rouen və Reims şəhərlərində kampuslara sahib olan universitet “Üçlü Tac” adlanan akkreditasiyaya sahibdir ki, bu akkreditasiyaya sahib olmağı dünya biznes məktəblərinin sadəcə 1%-i bacara bilmişdir. NEOMA Business School “Financial Times” reytinq cədvəlində Fransada yerləşən biznes məktəbləri arasında 7-ci pillədə qərarlaşmışdır. Universitet 120 fərqli ölkədən olan 60.000-ə yaxın məzuna sahibdir.

Universitet sahib olduğu 3 kampusunda bakalavr və magistr pillələri üzrə Menecment’dən tətbiqi təcrübəyə qədər proqramlar təklif edən geniş portfelə sahibdir. NEOMA’nın magistr və bakalavr proqramları üzrə təhsil tamamilə ingilis dilindədir və bu proqramlar Fransada yerləşən biznes məktəblərinin proqramları arasında top 10-da yer almaqdadır.

NEOMA Business School bakalavr təhsili almaq istəyən tələbələr üçün iki fəqli ixtisas üzrə 4 illik proqram təklif etməkdədir.

Bakalavr proqramları:

– Global Bachelor in Business Administration (Fransa üzrə 4-cü yerdə qərarlaşmışdır, xarici əməkdaş universitetdə 1 illik təhsil daxildir)
– Bachelor in İnternational Business Management (Fransa üzrə 4-cü yerdə qərarlaşmışdır, 2 il Fransada, 2 il xarici əməkdaş universitetdə təhsil daxildir, 2 fərqli diplom təqdim edilir)

Universitet magistr pilləsi üzrə əsasən Management (The Economics tərəfindən dünya üzrə 19-cu yerə layiq görülmüşdür) və Innovation & Digital Management sahələri üzrə 2 illik təhsil proqramı təklif edir. Bununla yanaşı universitetin təklif etdiyi proqramlar arasında 3 fərqli sahə üzrə çoxşaxəli 1 illik magistr proqramları da mövcuddur:

Business və Menecment sahəsi üzrə:

– International Project Development
– Entrepreneurship and Innovation
– Supply Chain Management and Purchasing
– Global Management
– Cultural and Creative Industries
– International Luxury Management (Politecnico di Milano School of Management ilə ikili dərəcə)
– Human Resources Consulting
– Wine & Gastronomy

Marketinq sahəsi üzrə:

– International Marketing and Brand Management
– Digital Expertise for Marketing
– Marketing French Excellence
– Luxury Marketing

Maliyyə və mühasibat sahəsi üzrə:

– Corporate Finance
– Finance, Investment & Wealth Management
– Financial Markets and Technologies
– Accounting, Auditing & Advisory

Qəbul şərtləri və Müraciət tarixləri:

NEOMA Business School’da təhsil ili hər il sentyabr ayında başlayır və burada təhsil almaq istəyən tələbələr il ərzində istənilən zaman müraciət edə bilərlər. Vizaya ehtiyacı olan beynəlxalq tələbələrin isə iyun ayına qədər müraciət etmələri daha məqsədəuyğundur.

Bakalavr pilləsi üçün ümumi tələblər aşağıdakı kimidir:

– Orta məktəb təhsili
– IELTS 6.0+ / TOEFL 83+

Magistr pilləsi üçün ümumi tələblər aşağıdakı kimidir:

-Uyğun sahə üzrə bakalvr təhsili
– IELTS 6.0-6.5+ / TOEFL 83+

Təhsil haqqı və yaşam xərcləri:

Universitetin bakalavr proqramları üzrə təhsil almaq istəyən tələbələr üçün təhsil haqqı illik olaraq 9.950 avrodan ibarətdir.

Magistr proqramları üçün təhsil haqqı isə proqramdan asılı olaraq fərqlənir. Belə ki, Management proqramı üzrə 2 illik magistr proqramı üçün ödəniş  27.000 avro təşkil edir. Politecnico di Milano School of Management ilə ikili dərəcə təqdim edən 1 illik International Luxury Management proqramı üçün ödəniş 19.500 avrodan ibarətdir. Digər 1 illik magistr proqramları üzrə təhsil haqqı isə 16.900 avro təşkil edir.

Fransada təhsil alan beynəlxalq tələbələrin illik yaşam xərclərini qarşılaya bilməsi üçün minimum 11-12 min avro tələb olunur ki, bura da yataqxana (və ya ev), qida, əyləncə, gəzinti və digər bu kimi xərclər daxildir.

Bundan əlavə, onu da qeyd edək ki, NEOMA Business School CELT Colleges tələbələrinə təhsil haqqı üçün 4.000 avroya qədər endirim təklif etməkdədir.

Xaricdə təhsillə bağlı bağlı yeniliklərdən mütəmadi olaraq xəbərdar olmaq istəyirsinizsə, yan tərəfdə qeyd olunmuş keçidə daxil olaraq formumuza abunə ola bilərsiniz: bit.ly/3gtu2IV

Ətraflı məlumat və müraciət üçün:

CELT Colleges Sahil
Tel: (+994 12) 493 48 18
Mob: (+994 51) 492 02 89
sahil@celt.az
elgunk12.sg-host.com
Ünvan: 113 Həzi Aslanov küçəsi, Bakı, Azərbaycan AZ1095

2 thoughts on “Fransa’da Biznes təhsili – NEOMA Business School”

    1. Salam. Bizim ofis müraciət etməniz yetərlirid. Bu universitet üçün sahil ofisinə müraciət edin. Sadəcə ingilis dili və attestat lazımdır. 012 493 48 18 və ya 055 463 43 26

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir