Fransada Biznes Təhsili – IÉSEG School of Management

IÉSEG School of Management, Fransa üzrə 6-cı, Financial Times Masters in Management 2019 sıralamasında isə 33-cü sırada yer alan Fransanın ən yaxşı Biznes Universitetlərindən biridir.
IÉSEG, təşkilatı, ölçüsü, infrastrukturu, mənbələri və keyfiyyəti ilə bəzi məşhur İngilis universitetlərinə çox bənzəyən Université Catholique de Lille’in bir hissəsidir.

1964-cü ildə Lille şəhərində qurulan universitetin Parisdə ikinci bir kampusu vardır. İki kampusa sahib universitetdə 6100-dən çox tələbə təhsil almaqdadır. IÉSEG fakültəsinin 77%-i beynəlxalqdır və universitetin 75 ölkədə 306-dan çox əməkdaş universitetdən ibarət şəbəkəsi vardır. Bundan əlavə, IÉSEG, Avropanın ən böyük təməl araşdırma institutu olan Fransız Milli Elmi Tədqiqat Mərkəzi (CNRS) ilə də sıx əməkdaşlıq etməkdədir.

Fransız Grande École və Conférence des Grandes Écoles üzvü olaraq IÉSEG, ölkənin ən nüfuzlu ali təhsil müəssisələrinin bir hissəsidir. Dövlət akkreditasiyası ilə yanaşı EQUIS, AACSB və AMBA beynəlxalq akkreditasiyaları ilə də təltif edilmişdir.

IÉSEG, biznes, idarəetmə, maliyyə və bu kimi digər sahələr üzrə təshil almaq istəyən beynəlxalq tələbələr üçün Bakalavr, Magistr və MBA pillələri üzrə müxtəlif proqramlar təklif etməkdədir.

Bakalavr pilləsi üzrə təhsil almaq istəyən tələbələr üçün International Business proqramı təklif edilir. 3 il müddətini əhatə edən proqram həm Lille, həm də Paris kampusunda tədris edilməkdədir.

Bachelor in International Business proqramı menecment və beynəlxalq bizneslə maraqlanan tələbələr üçün nəzərdə tutulmuşdur. Onlara beynəlxalq şirkətlər və təşkilatlar üçün layihələri idarə etmək və kompleks iş mühitində etik məsuliyyətli və davamlı bir şəkildə fəaliyyət göstərmək öyrədilir. Balanslaşdırılmış nəzəri və tətbiqi biliklər sayəsində, bu proqram tələbələri beynəlxalq iqtisadi mühit haqqında möhkəm bir anlayış, onun müxtəlif elementləri ilə iş dünyasına ilk təsirləri və idarəetmə fənlərində güclü bir təməl ilə təmin edir.

Magistr pilləsi üzrə təhsil almaq tələbələr üçün isə 11 müxtəlif Master of Science proqramı mövcuddur. Proqramlar aşağıdakılardır:

– MSc in International Business
– MSc in Fashion Management
– MSc in International Business Negotiation
– MSc in Digital Marketing & CRM
– MSc in Business Analysis and Consulting
– MSc in Finance
– MSc in Banking, Capital Markets & Financial Technology
– MSc in International Accounting, Audit and Control
– MSc in Big Data Analytics for Business
– MSc in International Business & Technology
– MSc in Entrepreneurship and Innovation (Loughborough University ilə əməkdaşlıqla tədris edilir)


IÉSEG’in Master of Science proqram portfeli, tam mədəniyyətlərarası və beynəlxalq təcrübə yaşamaq istəyən tələbələr üçün hazırlanmışdır və hər bir proqram üzrə təhsil 1 ill müddətini əhatə edir.

Nə üçün IÉSEG School of Management?

– IÉSEG və proqramları, məktəbin mükəmməlliyinə zəmanət verən bir çox Fransız və beynəlxalq akkreditasiya qurumu tərəfindən tanınır. Beynəlxalq akkreditasiyaların (EQUIS, AACSB və AMBA) “Üçlü Tacı” ın sahibi olan IÉSEG, ən yaxşı qlobal biznes məktəblərinin seçilmiş dairəsinin üzvüdür.

– 2020-ci ildə, IÉSEG, beynəlxalq tələbələri qarşılamaqda fərqli meyarlara cavab verən Fransız ali təhsil müəssisələrini fərqləndirən Campus France “Welcome to France” sertifikat etiketinə layiq görülmüşdür.

Financial Times: The Best Masters in Management programs 2019 dünya sıralamasında 33-cü sırada, The Economist The Best Masters in Management programs 2019 dünya sıralamasında 20-ci sırada yer almışdır.

– 75 ölkədə 306 əməkdaş universitet və tələbələrin təcrübə proqramlarında iştirakını təmin etmək üçün dünya üzrə 2.500-dən çox tərəfdaş şirkət şəbəkəsinə sahibdir.

– 6.100-dən çox tələbəyə sahibdir və 1.200 tələbə xarici universitetlərdə mübadilə proqramı ilə təhsil almaqdadır.

Nə üçün Fransada təhsil?

Fransa zəngin mədəniyyəti, qastronomiyası, memarlığı və çiçəklənən tələbə həyatı sayəsində xaricdə təhsil almaq üçün ideal bir yerdir. Bu, dünyanın ən böyük filosoflarının və mütəfəkkirlərinin çoxunun evi olmuşdur və Lumière Brother’in kino ixtirasından ən son moda sənayesinin inkişafına qədər tarixi bir mədəniyyət mərkəzidir. Hər il Fransanın mədəni tədbirləri və şənlikləri dünyanın hər yerindən insanları cəlb edir.

Ətraflı məlumat və müraciət üçün:

CELT Colleges Sahil
Tel: (+994 12) 493 48 18
Mob: (+994 51) 492 02 89
sahil@celt.az
elgunk12.sg-host.com
Ünvan: 113 Həzi Aslanov küçəsi, Bakı, Azərbaycan AZ1095

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.