Foundation Keçmədən Xaricdə Təhsil Al

Foundation keçmədən təhsil ala biləcəyiniz universitetlər

Xaricdə təhsilin imkanları günü-gündən genişlənir. Müxtəlif ölkələrin universitetləri ilə əməkdaşlıqlar edirik. Bu sırada Almaniya, Böyük Britaniya,İspaniya və s.ölkələrin universitelərini demək olar.Məqsədimiz Azərbaycanlı gəncləri daha perspektivli universitetlərə qəbul etdirməkdir.

Bu yazıda isə Foundation keçmədən birbaşa qəbul ola bilcəyiniz  universitetlər haqqında danışacayıq.Bir çox Avropa ölkələrində orta təhsil 12 və 13 illik olduğundan,Azərbaycanda isə 11 illik olduğu üçün şagirdlərimiz birbaşa bu ölkələrə qəbul ola bilmirlər. Bunun üçün ya Azərbaycanda 1 il bakalavr təhsili almalıdırlar,ya da təhsil alacağı universitetdə 1 il foundation keçməlidir.

Amma bəzi ölkələr var ki, Azərbaycanlı şagirdləri birbaşa 11-ci sinfi bitirdikdən sonra qəbul edir. Bu ölkələr aşağıdakılardır:

  1. Amerika
  2. Kanada
  3. Türkiyə
  4. Polşa
  5. Litva

Amerika universitelətinə bakalavr pilləsinə Azərbaycan şagirdlər 11-ci sinfi bitirdikdən sonra birbaşa qəbul ola bilərlər. Amerika dünyada hər bir sahədə 1-ci olduğu kimi təhsil sahəsində öz liderliyini qoruyub saxlayır. Həm təhsil almaq istəyi, həm də bu ölkəni səyahət etmək istəyi dünyadan xeyli sayda insanların bu ölkəyə  gəlməsinə səbəb olur.Qəbul üçün TOEFL, bəzən də SAT imtahanları tələb olunur.

Kanada universitelərinə birbaşa qəbul mümkündür. Dünyanın təhsil sistemində Kanada universiteləri özünəməxsus yer tutur. Həm də Kanada sülh ölkəsi olduğuna görə dünyadan hər il bu ölkəyə xeyli sayda tələbə təhsil almağa gəlir. Məşhur Toronto universiteti  bu ölkədə yerləşir . Kanada universitelərinə TOEFL və yaxud da IELTS sertifikatınız olsa kifayət edər.

Türkiyə Azərbaycanlıların ən çox təhsil aldığı ölkə hesab olunur. Dil yaxınlığı, həmçinin yaxın mövqedə yerləşməsi, təhsilin keyfiyyətli olması Azərbaycanlı  gəncləri bu ölkəyə cəlb edir.Türkiyə universiteləri  foundation tələb etməfən birbaşa qəbul edirlər. SAT və yaxud da TOEFL,IELTS imtahanları tələb olunur.

CELT 28 MAY

RƏÇİD BEHBUDOV KÜÇ.56

TEL: (012) 441 36 65 

E-POÇT: farid.karimov@celt.az 

 

11 thoughts on “Foundation Keçmədən Xaricdə Təhsil Al”

  1. Salam.Foundation oxumaq sadece avropa olkeleri ucun seciyyevidi?Asiya olkelerinde meselen Koreyada tehsil almaq ucun bu imtahan seciyyevi deyil?

    1. Salam,men bilmek isteyiremki suretlendirilmish ve intensiv ingilis dili kurslarinin qiymeti ne qederdir?cavablandirardiniz zehmet olmasa.