Evdə qalmaq bizə nə öyrətdi?

Neçə illərdir həyatın axınına qapılmağımız, hətta özümüzü unudaraq fasiləsiz həyatımızı davam etdirməyimiz bizi bir çox nüanslardan da uzaqlaşdırmışdır.Hazırda içərisində olduğumuz şərait,sosial həyatdan təcridimiz öz çətinlikləri ilə bərabər eyni zamanda yaxşı tərəflərini də bizlərə göstərmiş oldu. Məhz sosial izolyasiya özümüzə vaxt ayırlmalı olduğumuzu,özümüzü dinləməyi,düşüncələrimizi analiz etməyi,əslində nəyi istəyib,nəyi istəmədiyimizi ayırd etməyimiz üçün bizə bir fürsət verdi. Evdə qalaraq da ailəmizlə birlikdə çox gözəl vaxt keçirə biləcəyimizi bizə xatırlatdı. Bəli,ailəmizlə birlikdə uzun-uzun zaman keçirməyimiz üçün bizə şans verdi. Ailə dəyərlərimizin necə önəmli olduğunu, ailəmizə, sevdiklərimizə nə qədər çox dəyər verdiyimizi, onlar üçün nə qədər çox narahat olduğumuzu və ən əsası şərtlər nə olursa olsun onları qorumaq üçün əlimizdən gələnin ən yaxşısını hər zaman edəcəyimizi bizə bir daha xatırlatdı. Hətta onlardan uzaq qalaraq!

Yaşadığımız şərait bir daha bizə sevgimizə məsafələrin əngəl olmadığını. Sevdiklərimizlə aramıza məsafələr girsə də, qəlblərimiz arasındakı məsafə bizi bir-birimizə daha sıx bağlamış oldu və bu kimi günlərdə sevdiklərimizə necə dəstək olacağımızı öyrətdi. Sevgimizi hiss etdirmək üçün ən vacib şərtin yaxınlıq olmadığını bizə sübut etmiş oldu.

Eyni zamanda yardımlaşmağı öyrəndik. Tək özümüz üçün hər şey yaxşı olsun demədən, birlikdə güclü olmağı öyrəndik. Çətin günlər yaşayan insanlarımız üçün hər kəs öz əlindən gələn köməyi göstərməyə çalışır. Bu şərtlər bizə həmin insanların üzündə gülümsəmə səbəbi olmağımız üçün fürsət vermiş oldu. Bununla mənəvi dəyərlərimizin nə qədər güclü olduğunu bir daha xatırlamış olduq və sanki ruhumuzu qidalandırdıq.

Təhsil almaq istəyən hər bir şəxs bu dönəmdə çox düşündü… Düşündü ki, o hansı peşəni seçməlidir və hansı peşə onun üçün daha uyğundur. Bir növ yeni gələcəyin bir addımlığında olan gənclər bu müddətdən istifadə edib bir daha seçimləri haqda düşünməli oldular… Təhsilin onlara hansı qapıları açacağını və hansı imkanları yaradacağını bir daha nəzərdən keçirdilər.

Xaricdə təhsil almaq istəyirsinizsə buyurun bizə müraciət edin. Peşəkar mütəxəssislərimiz Sizin xidmətinizdədir. Amerika Avropa və dünyanın ƏN YAXŞI universitetlərinə yol CELT-dən keçir…

Məsələn: Kimi yerli universitetlərdə təhsil almaq barədə düşünürdüsə o artıq xaricdə təhsil almaq istəyir. Kimi humanitar sahədə təhsil almaq istəyirdi, lakin bu dönəmdə tibb sahəsi ilə maraqlandı və bu sahənin gələcəyi üçün daha yaxşı imkanlar yaratdığını düşünərək tibb sahəsini seçdi, kimisi isə əksinə…

Bundan əlavə illərdir hər hansı yeni biliklərə peşələrə yiyələnməyə vaxt tapa bilməsəkdə bu dönəm bizə həmin sahələrlə maraqlanmağımıza imkan yaratdı. Kimi bu dönəmdən istifadə edib müxtəlif xarici dilləri öyrənməyə başladı və s…

Əlbətdə ki, müəyyən problemlər ortaya çıxdı və biz bu problemlərdən dolayı müxtəlif çətinliklərlə üzləşdik. Amma hər bir məsələnin pis tərəfi olduğu kimi yaxşı tərəfi də var.

Qısacası bu izolyasiya bizə həyatımızda,mənliyimizdə hər zaman var olan ancaq zamanın axıntısına qapılaraq unutduğumuz bir çox şeyi xatırlatmış oldu.Bəlkə də bu fürsət bizə bir daha verilməyəcək. Məhz buna görə də çalışaq zamanımızı fadyalı olaraq dəyərləndirək və bu şansı maksimum dəyərləndirməyə çalışaq.

Ruhunuzun dincəlməsi diləyi ilə…

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username