#Evdəqal amma …

Koronavirus hamımızın həyatına daxil olub. Bu adını eşitdiyimiz və çox şükür ki, çoxumuzun hələ tanımadığı bu virus sanki qulağımızın eşitməkdən kar olduğu bir sözə çevrilib. Bu virusun bütün dünyada törətdiyi və törətməkdə olduğu problemləri, aldığı canları hamımız bilirik. 1-2 ay öncə belə bir hadisə ilə qarşılaşacağımızı kimsə desəydi həmin adama gülüb ələ salardıq. Lakin bu gün biz vaxtilə qorxu keçirmədən kinodur deyib baxıb keçdiyimiz filmləri real yaşayırıq…

Karantin, fövqəlada vəziyyət – bu sözlər bizim gənclərin heç vaxt eşitmədikləri və filmlərdə gördükləri bir vəziyyətdir. Bu gün onlar bu vəziyyəti real yaşayırlar və onların düşüncəsində müxtəlif fikirlər, narahatlıqlar tuğyan edir. Çünki onlar gələcək qurmaq niyyətindədirlər. Onların çoxu “sabah necə olacaq?”, “Bəs mən nələrsə etmək istəyirdim!” və yaxud “Planlarım vardı, alt-üst oldu” kimi müxtəlif cür düşüncələrlə yaşayırlar. Bu gün onlar evdə oturub üzdə hiss etdirməsələr də daxilən hamıdan daha çox narahatdırlar. Ona görə ki, onlar üçün sual altında olan gələcək məhz onlarındır.

Bildiyiniz kimi Ümumdunya Səhiyyə Təşkilatı  #evdəqal kampaniyasına start verib. Bu kampaniya bir çox ölkələr kimi bizim ölkədə də qaydalar əsasında tətbiq edilib. Ölkəmizdə karantin qaydaları hər gün daha da sərtləşdirlir. Məlum olduğu kimi təhsil ocaqları aprelin sonuna kimi tətildədir. Bundan əlavə bir çox dövlət qurumlarında çalışan dövlət qulluqçuları da məzuniyyətə buraxılıblar. Bu o deməkdir ki, hamı artıq evdədir…

Gənclərin hal-hazırda demək olar ki, fəaliyyətsiz evdə oturduqlarını nəzərə alaraq onlara gələcək planlarını reallaşdırmaqda kömək olacaq bir neçə tövsiyyələrimizi sadalamaq istərdik. Bu tövsiyyələr siz gəncləri motivasiya edəcək və psixoloji travmalara düşməməyiniz üçün yardımçı olacaqdır. Əlbətdə ki, tövsiyyələrə əməl etsəniz…

  1. #Evdəqalmağınızın Sizin üçün çox böyük bir şans olduğunu düşünün. Bu düşüncə Sizə evdə qalmağınıza səbəb olan məsələyə yox, digər gələcəyiniz üçün çox önəmli olan işlərə yönəlməyinizə yardımçı olacaqdır. Yəni siz evdə qalıb bu vaxtı daha səmərəli keçirməyə çalışacaqsınız.
  2. Bu hadisələrdən öncə hədəflərinizə doğru getmək üçün etdiyiniz işləri planlı şəkildə qurub evdə tətbiq etməyə çalışın. Aranızda hansısa xarici ölkədə oxumaq üçün və ya işləmək üçün ingilis dilini öyrənmək istəyənlər və ya beynəlxalq dil imtahanlarına (IELTS, TOEFL və s) hazırlaşmaq istəyənlər, yaxud da ki, hansısa sahədə təhsil alıb imtahanlara hazırlaşanlar, müxtəlif sahələr üzrə iş imtahanlarına hazırlaşmaq istəyənlər var… Həmin bu şəxslər internet vasitəsilə, onlayn olaraq xarici dilləri öyrənə və yaxud beynəlxalq imtahanlara hazırlaşa bilər. Daha sonra imtahana hazırlaşa bilərlər. Hansı sahıdı zəif idilərsə o sahələr üzrə biliklərini artıra bilərlər. Bunun üçün evdən çıxmağa ehtiyac yoxdur. Çünki smartfon, kompyuter və internet deyilən vasitələr vardır.

CELT – Sizə Onlayn olaraq İngilis dilini mükəmməl öyrənmək imkanı təklif edir. Ətraflı məlumat üçün bizə yazın.

3. Hesabatlı olmağa çalışın. Yəni hər günün sonunda nələri edib etmədiyinizin hesabatını aparın. Sizi hədəfinizdən yayınmağa sövq edən vəziyyətləri aradan qaldırmağa çalışın.

Günün nə qədər plana uyğun getdiyini yalnız hesabat hazırlayarkən öyrənə bilərsiniz. Hesabat deyərkən böyük bir hesabat hazırlamaq nəzərdə turmuruq. Sadəcə gün ərzində etməli olduğunuz işləri və etdiyiniz işləri yazıb daha sonra qarşılaşdırıb hədəfə nə qədər çatdığınızı müəyyən edə bilərsiniz.

Sizə təklif etdiyimiz bu 3 tövsiyyə Sizə evdə qalmağın nə qədər gözəl olduğunu əyani olaraq göstərəcək. Çünki siz günün 24 saatını yollarda itirmədən, kimlərəsə sərf etmədən yalnız öz məqsədlərinizə hədəflərinizə sərf edəcəksiniz.

Evdə qal amma hədəflərinə çatmaqdan geri qalma…

1 thought on “#Evdəqal amma …”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.