Essex Universiteti

Yaranma tarixi : 1965 – Royal Xartiyası tərəfindən Universiteti statusu qazanıb. İlk tədris ili 1964 -cü ildə başlayıb. Universitetin gəliri 5.62 (avro) milyondur. Univeristetin müəllim və professor heyətinin sayı 1836 nəfərdir. Bu univeristetdə 10.960 tələbə təhsil alır. Bakalavır pilləsi üzrə tələbələrin sayı 8115 nəfərdir. Burada təsil alan aspirantların sayə isə nə az, nə çox düz 2845 nəfərdir.
Essex universiteti Böyük Britaniya, Colchester yerləşir.

Essex Universiteti ən böyük kampusu Britaniyanın Colchester şəhərinin yaxınlığında yerləşən Britanya kampusu unveristetidir . Essex Universiteti, 1963-cü ildə yaradılmışdır 1965-ci ildə Royal Nizamnaməsi qəbul etdi və indi yüksək keyfiyyətli tədqiqat, tədris və beynəlxalq nüfuzuna görə Böyük Britaniyanın aparıcı akademik unveristetlərindən biridir.

Üstünlükləri

Tədqiqat mükəməlliyi-sonuncu tədqiqat qiymətləndirilmələrində (RAE, December 2008) keyfiyyətli tədqiqat və Sosial elmlərin keyfiyyətinə görə Essex 9-cu yerdədir.
Tələbə məmnuniyyəti – 2011-cil Milli Tələbə araşdırmalarına görə Essex ümumi məmnunluğa görə Top 20 ingilis dilli unveristetlər arasındadır.
Beynəlxalq perespektiv – 130 və daha çox ölkədən olan tələbə sayına görə İngiltərənin Beynəlxalq istiqamətli bir univeristetidir.

Essex Univeristetinin Yanaşması

Elmi-intensiv – Bizim tələbələr sahələrini alimlərdən öyrənirlər

Hərtərəfli – Bizim məqsədimiz tələbələrə müvəfəqiyyət əldə etmələri üçün dəstək olmaq.

Beynəlxalq – Bizim tədqiqatların dünyəvi təsiri və dünyada olan keyfiyyətli unveristetlərlə, tələbə cəmiyyətləri ilə güclü əməkdaşlıq tələbəyə üstünlük qazandırır

Daxili Davranış – Bizim alimler davranışlar arası bir yanaşma üsulu yaratmaq üçün mühüm mövzuları və tələbələrə kömək edən yeni yöntəmələrin yaradılması üçün komanda şəkilində işləyirlər.
Düşərgələr:

Essex Univeristetinin 3 düşərgəsi var:

  • Colchester düşərgəsi İngiltərənin qədim şəhərinə yaxın tarixi parkland-dır
  • Loughton düşərgəsi dünyada məşhur 15 məktəbə ev sahibliyi edir və ingiltərənin mərkəzinə yaxındır
  • Southend Kampus dənizkənarı kurort zonasının mərləzində yerləşir.

Şöbələri və tədqiqat mərkəzləri:

Univeristet 18 məktəb və bölmələrdən, 4 fakultədən ibarətdir bura humanitar, hüquq və İdarəçiliy, İctimai Elmlər, Elm və Mühəndislik fakultələri daxildir.

  • Humanitar və Müqayisəli tədqiqatlar fakultəsi
  • Humanitar Fənlərarası Araşdırmalar Mərkəzi (CISH)
  • Tarix kafedrası
  • Ədəbiyyat, Film, və Teatr Araşdırmalar bölməsi
  • Beynəlxalq Akademiya
  • Fəlsəfə və İncəsənət Tarixi məktəbi
  • Hüquq və İdarəetmə Fakültəsi
  • Essex Biznes məktəbi
  • Hüquq kafedrası
  • İnsan Hüquqları Mərkəzi
  • Demokratiya və Münaqişələrin Həlli İnstitutu
  • Peşəkar İnkişaf Araşdırmaları
  • Elm və Mühəndislik fakültəsi
  • AMEA Biologiya Elmləri Bölməsi
  • Riyaziyyat Elmləri Bölməsi
  • Psixologiya bölməsi
  • Kompüter ve Elektron mühəndislik Məktəbi
  • Sağlamlıq və İnsan Elmlər Məktəbi
  • Sosyial Elmlər Fakültesi
  • Psixonalitik Araşdırmalar Mərkəzi
  • İqtisadiyyat bölməsi
  • Hökumət bölməsi
  • Dil və Ədəbiyyat Bölməsi
  • Sosiologiya bölməsi
  • Sosial və İqtisadi Tədqiqatlar İnstitutu

Təhsil haqqı

2013-2014-cü tədris ilində Esex Universitetində təhsil haqqı yerli tələbələr üçün təxminən 9000 funtsterlinq, əcnəbi tələbələr üçün isə 10000-15000 funt-sterlinq təşkil edib.
ESSEX Universitetində hər bir məktəbin tələbələr üçün müxtəlif təqaüdləri mövcuddur. Həmin təqaüdlərə namizəd olmaq məqsədilə tələbələr qəbul ərizələrini göndərərkən universiteti bu barədə məlumatlandırmalıdırlar.

Qəbul qaydaları

  • ESSEX Universitetində ərizələrin qəbulu Universitetlərə və Kolleclərə Qəbul Xidməti vasitəsilə İnternet əsasında həyata keçirilir. Abituriyentlər özləri haqqında müxtəlif məlumatların saxlandığı səhifə açırlar. Lazımi sənədlər həmin sistemə yüklənir və müvafiq proqram üçün müraciət edilir. Müxtəlif proqramların fərqli tələb qaydaları olsa da, universitetlərin əksəriyyətinin tələbləri aşağıdakılara uyğun gəlir:
  • Niyyət məktubu – inşa şəkilində yazılan bu məktubda abituriyent proqrama nə üçün qəbul olunmaq istədiyini və bundan necə faydalanacağını göstərir;
  • Tövsiyə məktubları – akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktublardır;
  • Abituriyentin ingilis dilini bilməsini təsdiq edən sənədlərə – onların ingilis dilinə nə dərəcədə yiyələndiklərini təsdiq edən IELTS və ya TOEFL imtahanlarının nəticələri aid edilir;
  • Əlavə sənədlər – buraya akademik və iş fəaliyyətini təsdiq edən, müxtəlif təcrübələr haqqında sənədlər daxildir.

Əlavə bilməniz lazım olan məlumat.

ESSEX unveristetində Azərbaycan cəmiyyəti fəalliyət göstərir və bu cəmiyyətə unveristetdə təhsil alan istənilən tələbə qoşula bilər.
Essex unveristeti Azerbaycanda iki illik unveristet təhsili alan tələbələrin müraciətiətlərini qəbul edir. (Lakin 1-cil il üçün qiymət göstəricisi 85%-dən yuxarı olmalıdır)

Veb səhifə: www.essex.ac.uk

 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next