ESEI International Business School – 4 illik təhsil, 5 fərqli diplom

ESEI International Business School 1989-cu ildə İspaniyanın Barselona şəhərində fəaliyyətinə başlamışdır. Universitet innovasiya, sahibkarlıq və liderlik kimi sahələrdə milli və beynəlxalq səviyyədə tanınır. Beynəlxalq səviyyəli təhsil proqramları, idarəetmə təhsilindəki akademik mükəmməlliyi humanist dəyərlərlə birləşdirir ki, bu da tələbələrin xarakterinin biznes sahəsinə uyğun inkişaf etməsinə kömək edir.

ESEI Business School əsasən marketinq və biznes sahələri üzrə ixtisaslaşmışdır. Universitet tələbələrə bu sahələr üzrə Bakalavr, Magistr, MBA proqramları təklif etməkdədir. Bundan əlavə universitetin fərqli sahələr üzrə qısamüddətli kursları, yay proqramları və ispan dili proqramları da mövcuddur.

Universitet Bakalavr pilləsi üzrə təhsil almaq istəyən tələbələr üçün University of HertfordshireAnglia Ruskin University tərəfindən akkreditasiya olunmuş Business Administration Business Management proqramları təklif edir. Tələbələr bu proqramlar üzrə təhsillərini bitirdikdə həm ESEI Business School, həm də proqram seçimindən asılı olaraq Hertfordshire University və ya Anglia Ruskin University tərəfindən diplom əldə etmiş olurlar. Bundan əlavə tələbələr bakalavr təhsilinin ikinci ilində biznes sahəsində qabaqcıl diplom əldə edirlər. 3 illik bakalavr təhsilinə əlavə olaraq tələbələr ixtisaslaşma üçün Universidad Catolica de Murcia (UCAM) tərəfindən akkreditasiya olunmuş proqramlar üzrə 1 illik magistr təhsili də ala bilərlər (proqramlar aşağıda qeyd edilmişdir). Bu proqramlar üzrə magistr təhsilini bitirən tələbələr ESEI Business School və UCAM tərəfindən iki fərqli diplom əldə edirlər. Beləliklə tələbələr 4 il ərzində həm bakalavr, həm də magistr təhsilini bitirərək 3 fərqli universitetdən 5 fərqli diplom əldə etmiş olurlar.

ESEI Business School aşağıdakı proqramlar üzrə magistr təhsili təklif edir:
– Business Management
– International Relations & International Business
– Digital Enterpreneurship
– Digital Marketing
– Tourism and Hospitality Management
– Sports Management
Magistr təhsili üzrə proqramlar Universidad Catolica de Murcia (UCAM) tərəfindən akkreditasiya olunmuşdur və tələbər bu pillə üzrə təhsillərini bitirdikdə daha əvvəldə qeyd etdiyimiz kimi, həm ESEI Business School tərəfindən, həm UCAM tərəfindən iki fərqli diplom əldə etmiş olurlar.

*ESEI Business School’da təhsil tamamilə ingilis dilindədir.

Qəbul şərtləri və müraciət tarixləri Digər bir çox universitetdən fərqli olaraq ESEI Business School proqramlar üçün son müraciət tarixi təyin etməməkdir. Həm bakalavr, həm də magistr proqramları üçün müraciət bütün il ərzində açıq olur. Sadəcə müraciət etməyi məsləhət görür.

Bakalavr pilləsi üçün əsas tələblər aşağıdakılardır:

Orta məktəb təhsili (Attestat + Transcript)
İngilis dili biliyi: IELTS 6.0+ / TOEFL 78+

Magistr pilləsi üçün əsas tələblər aşağıdakılardır:

– Bakalavr dərəcəsi (Diplom + Transcript)
İngilis dili biliyi: IELTS 6.0+ / TOEFL 78+

Təhsil haqqı və yaşam xərcləri

Xaricdə təhsil almaq niyyətində olan tələbələri ən çox maraqlandıran suallardan biri də təhsil alacaqları ölkədəki minimum yaşam xərcləridir. Barselona şəhəri tələbələr üçün nisbətən ucuz bir şəhər olsada yaşam xərcləri tələbənin həyat tərzindən asılı olaraq dəyişir. Orta hesabla bir tələbə üçün aylıq yaşam xərcləri minimum 700 avro təşkil etməkdədir. Əlbəttə bu məbləğ tələbənin yaşamaq istədiyi məkandan, əyləncə və digər sosial fəaliyyətlərə sərf etdiyi vəsaitdən asılı olaraq arta bilir.

ESEI Business School’da bakalavr pilləsi üzrə proqramlarda ilk iki akademik il üçün illik təhsil haqqı 10.700 avro məbləğindədir. Üçüncü il üçün isə təhsil haqqı tələbənin seçimindən asılı olaraq dəyişir. Belə ki, üçüncü akademik ildə tələbə təhsilini Hertfordshire University və Anglia Ruskin University’də online və ya kampus təhsili şəklində davam etdirir. Əgər tələbə online təhsili seçərsə bu zaman üçüncü il üçün təhsil haqqı 7.900 avro təşkil edir. Kampus təhsilinin ödənişi isə yuxarıda qeyd olunan Böyük Britaniya universitetləri tərəfindən təyin olunur.

Magistr pilləsi üçün təhsil haqqı isə hər bir akademik il üçün seçilən proqramdan asılı olaraq 7.900 avro və ya 9.300 avro məbləğində olur.
Bundan əlavə bakalavr pilləsi üzrə üçüncü akademik ildə online şəkildə təhsil alıb, magistr üzrə təhsilini davam etdirən tələbələrə universtitet tərəfindən 50% endirim verilir.

MBA Proqramı

ESEI’nin iki illik MBA proqramı tələbələrə magistr dərəcəsində yiyələndikləri nəzəri bilikləri praktiki olaraq necə tətbiq etməyi daha dərindən öyrədir.

Belə ki, magistr proqramını bitirən tələbələr MBA təcrübə semesterinə yönəlib təhsilini MBA üzrə davam etdirə bilir ki, bu da onlara gələcək hədəflərinə çatmaq üçün lazım olan professional təcrübəni əldə etməyə kömək edir.

Yay Proqramı

ESEI Business School tələbələrə yay proqramı təklif edir ki, bu proqram iyul ayında həyata keçirilir. Tələbələr bu proqrama qoşularaq dünyanın fərqli bölgələrindən insanlar tanıya, müxtəlif gəzinti və sərgi proqramlarında iştirak edə bilərlər. Bundan əlavə yay proqramına qoşulan tələbələr Digital Marketing and Consulting International Strategy and the European Union kurslarında iştirak edir ki, bu da onlara bu sahədə müəyyən bilik və təcrübə qazandırır.

Qısamüddətli kurslar

Universitet tələbələrlə yanaşı biznes sahəsində müəyyən biliyə və təcrübəyə sahib insanlar üçün də qısa müddətli kurslar təklif edir ki, onlar tam dərəcə proqramları yerinə bu proqramlara qoşularaq bu sahədə sahib olduqları təcrübəni artıra və ya yeni bacarıqlar və təcrübələr əldə edə bilərlər. Bu proqramlar aşağıdakı sahələri əhatə edir:

– Business Management
– International Relations & Business
– Digital Enterpreneurship
– Hospitality and Tourism
– Marketing and Communication

ESIC International Business School biznes sahəsində beynəlxalq təhsil almaq istəyən tələbələr üçün ən uyğun seçimlərdən biridir.

Xaricdə təhsillə bağlı bağlı yeniliklərdən mütəmadi olaraq xəbərdar olmaq istəyirsinizsə, yan tərəfdə qeyd olunmuş keçidə daxil olaraq formumuza abunə ola bilərsiniz: bit.ly/3gtu2IV

Ətraflı məlumat və müraciət üçün:

CELT Colleges Sahil
Tel: (+994 12) 493 48 18
Mob: (+994 51) 492 02 89
sahil@celt.az
elgunk12.sg-host.com
Ünvan: 113 Həzi Aslanov küçəsi, Bakı, Azərbaycan AZ1095

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next