İtaliyada Təhsil ilə bağlı Sual və Cavablar

Düzgünmü yoxsa Yalnış? – Avropada Təhsil

Avropada təhsil almaq hər kəsin arzusudur. Xüsusilə çox ucuz və ya pulsuz təhsil almaq imkanı hər bir gəncin ən böyük istəklərindən biridir. Bəzi adamlar bunun əlçatmaz olduğunu düşünsə də hal-hazırda Celt Colleges bu imkanı Xaricdə Təhsil proqramları hər kəs üçün yaradıbdır. Siz Avropanın inkişaf etmiş ölkələrində Celt Colleges sayəsində yüksək təhsil alaraq gələcək karyeranız üçün böyük  sərmayə qoya bilərsiniz.

Düşünə bilərsiniz ki, niyə Avropada təhsil almaq üçün niyə Celt Colleges-ə müraciət etməliyəm? Bunun səbəbləri çoxdur. Lakin ən böyük səbəb Celt Colleges – in xaricdə təhsil almış və xaricdə təhsil üzrə  yüksək ixtisaslı şəxslərin konsultasiyaları sayəsində təhsil almaq üçün seçəcəyiniz universitetə qəbul olmaqdan peşman olmayacaqsınız. Çünki seçim sizin istəyinizlə və sizinlə konsultasiya zamanı müəyyən olunacaqdır. Məsələn Siz hər hansı Avropa universitetinə qəbul olmaq istərkən orada təhsilin növü, yaşayış şərtləri, universitetin kampusunun olub – olmaması, daha sonra təhsil alacağınız ixtisasın sizin üçün nə dərəcədə uyğun olub-olmamasını müəyyən edə biləcəksiniz.

Bir çox gənc bəzən seçim edərkən oxuyacağı ixtisasın və ya universitetin nə olmasından asılı olmayaraq diplom xatirinə yaxud ali təhsil, bakalavr dərəcəsi almaq xatirinə universitetə qəbul olmaq istəyir. Bir çox gənc bu seçimə görə gələcəyinə çox böyük zərbə vurmuş olur. Çünki bir insan bacarmadığı, sevmədiyi işi heç zaman sevərək görə bilmir. Ali təhsildə elə bir şeydir ki, onu düzgün seçmək lazımdır ki, sonradan peşman olmayasan. Necə deyərlər – “sonrakı peşmançılıq fayda verməz…”

Sizə bir real baş vermiş hadisə haqda danışım.

Orta məktəbi yeni bitirən Əziz adlı gənc Azərbaycanda təhsil almaq istəmirdi. O Avropada təhsil almaq və orada yaşamaq istəyirdi. Onun valideynləri onu həkim görmək istəyirdilər və hər zaman oğullarına həkimlik peşəsinin seçməyi tövsiyyə edərdilər. O  Avropa Universitetlərinin birində Tibb üzrə təhsil almağa başladı. Qeyd edim ki, o bu universitətə qəbul olmaq üçün çox əziyyət çəkmişdi. Hətda onu da əlavə edim ki, təhsilin illik haqqısı da çox baha idi. Əzizin ailəsi isə maddi cəhətdən orta təbəqəli bir ailə idi. Lakin təhsilin baha olmasına baxmayaraq atası məhz bu universitetə seçməsini təkidlə bildirmişdir. Əziz də məhz atasının seçimini dəstəkləyərək bu universiteti seçmişdi… Deməli 1 il ərzində o problemsiz oxudu və 1-ci kursu bitirdi. Lakin 2-ci kursdan  ixtisas üzrə fənlərə başlarkən Əziz dərslərə adaptasiya ola bilmirdi. Sanki o özünü başqa bir yerdə nəyəsə məcbur edilmiş hiss edirdi. Lakin o oxumalı idi, çünki o və atası çox əziyyət çəkmişdilər. Beləcə 2-cü kursu kəsirlərlə bitirən Əziz 3-cü kursa başlarkən o çox həvəssiz idi. Çünki o bilirdi ki, bundan sonra o bir neçə il də oxumalıdır. O bir neçə ay fikrilərini cilovlayıb təhsilini yarıda qoyması haqda valideynlərnə atmaq istədiyi addım barədə heçnə demədi. Lakin təhsilin getdikcə daha da çətinləşdiyini görən Əziz artıq davam edə bilməyəcəyini öz atasına etiraf etdi. Atası ona təhsilə nə qədər çoxlu pul xərclədiyini və əziyyət çəkdiyini, ona bu addımı atmamasını bildirsə də o təhsilini yarıda qoydu və ata ilə oğul arasında münasibətlərdə uçurum yarandı…

Qeyd edim ki, bu çox acı bir hadisədir və əmin olun ki, belə hadisələr cəmiyyətimizdə çoxdur. Odur ki, Siz Avropada təhsil almaq və düzgün seçim etmək istəyirsinizsə Celt-i seçin və valideyninizə Celt haqqında danışın.

Avropada təhsilin düzgününü Sizə yalnız Celt təqdim edir.

Siz xaricdə təhsil almaqla bağlı Celt-ə müraciət etsəniz əmin olun ki, heçvaxt peşman olmayacaqsınız.

Sizləri növbəti bloqlarımızda Avropada olan universitet və orada olan təhsil haqda maraqlı məlumatlar təqdim edəcəyik. Odur ki hər gün bizim bloqu izləyin…

2 thoughts on “Düzgünmü yoxsa Yalnış? – Avropada Təhsil”

  1. Salam.mənim ingilis dili səviyyəm kifayət qədər deyil.magistrı türkiyədə oxumaq istəyirəm.
    İşlətmə,naliyyə,finans,siğortaçılıq və,s.
    Bu sahələr üzrə türkiyədə hansı universitetləri məsləhət görürsünüz ??
    TƏŞƏKKÜRLƏR!!

    1. Salam. Bilgi, Sabancı Koç. İngilis dilini ya İstanbuldakı CELT-də ya da Bakıda inkişaf etdirə bilərsiniz. Yoxsa burda hazırlıq olacaq.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.