Dünyaya liderlik edən İngiltərə təhsil sistemi

Birləşmiş Krallıq dünyaya liderlik edən bir təhsil sisteminə sahibdir. Burada qazanacağınız təhsil karyeranızı, bütövlükdə həyatınızı dəyişdirə bilər. Britaniyada olan bir universitetdə, kollecdə məktəbdə  oxumağı düşünürsünüz? Ya da İngiliscəni İngiltərədə öyrənməyi xəyal edirsiniz? Əgər belədirsə bu yazını diqqətlə oxuyun. Burada sizə faydalı məlumatlar haqqında ən aktual olanlarını təqdim edirik.

İngiltərə, təhsil, əhali…

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı yüksək inkişafa malik sənaye ölkəsidir. Ölkədə adambaşına düşən illik ümumi daxili məhsul 35720 dollar təşkil edir. Əhalinin həyat səviyyəsinə görə dünyada 13-cü yerdədir. Konstitusiyalı monarxiya olan Birləşmiş Krallıq tərkibində dörd dövləti – İngiltərə, Şotlandiya, Uels  və Şimali İrlandiyanı birləşdirir. BMT-nin 2010-cu il üzrə müəyyənləşdirdiyi İnsan İnkişafı İndeksinə görə Birləşmiş Krallıq dünyanın yüksək reytinqə malik 30 ölkəsi siyahısında 0,849 balla qiymətləndirilib.

Ölkədə təhsilin inkişaf prioritetləri tədrisin səviyyəsini yüksəltmək, əmək bazarında rəqabətliliyi artırmaq, uşaqların və gənclərin təhsildən yayınmasının qarşısını almaq, yaşlıların təlim imkanlarını genişləndirməkdən ibarətdir. Böyük Britaniyanın 34000-dən çox dövlət və özəl ümumtəhsil məktəbində 9 milyondan artıq şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 500 mindən çox müəllim məşğul olur. Dövlət məktəblərində təhsil pulsuzdur. Şagirdlər kitab və məktəb ləvazimatları ilə təmin edilir.

1880-ci ildən 5-10 yaş arasında olan uşaqlar üçün təhsil icbaridir. 1918-ci ildən isə 14 yaşına qədər məktəblilər icbari təhsilə cəlb olunurlar. 1944-cü ildə qəbul olunmuş yeni Təhsil Qanununa əsasən, tədris ocaqları ibtidai və orta məktəblərə bölünüb və icbari təhsil yaşı 15-ə, 1972-1973-cü tədris ilindən isə 16-ya qaldırılıb.

Əvvəllər ibtidai məktəbi başa vuran uşaqlar müvafiq test yoxlamasından keçdikdən sonra müxtəlif orta məktəblərdə oxumaq hüququ əldə edirdilər. Lakin 1960-1970-ci illərdə bu qayda tədricən aradan qaldırıldı və bütün şagirdlərə ümumtəhsil məktəblərində təhsil almaq imkanı verildi.

İngiltərədə, Uelsdə və Şotlandiyada hər bir uşaq 5-16, Şimali İrlandiyada isə 4-16 yaş arasında icbari təhsilə cəlb olunur. Ölkədə qarışıq məktəblərlə yanaşı, oğlan və ya qızlar üçün ayrıca təhsil ocaqları da mövcuddur. İngiltərə, Uels və Şimali İrlandiyadan fərqli olaraq Şotlandiyada 7 illik ibtidai və 4 illik icbari orta təhsildən sonra şagirdlərdən Təhsil Şəhadətnaməsi almaq üçün imtahan götürülür. Bu şəhadətnamə Birləşmiş Krallıq daxilində tanınır və Ümumi Təhsil üzrə Şəhadətnamənin A səviyyəsi ilə eyni qüvvəyə malik olaraq universitetə qəbul imkanı verir.

Birləşmiş Krallıqda dövlət məktəbləri 3 qrupa bölünür:

– yerli təhsil orqanları tərəfindən idarə olunan və maliyyələşdirilən ərazi məktəbləri;

– əsasən dini təriqətlər tərəfindən açılmış könüllü məktəblər;

– özünü idarə edən və qrantlar hesabına maliyyələşdirilən məktəblər.

Hər bir ərazi və könüllü məktəbin özünüidarəetmə orqanı var. Bu qurum yerli təhsil orqanları tərəfindən seçilmiş sədr, müəllim, valideyn və yerli icma nümayəndələrindən ibarət olur. Könüllü məktəblərin özünüidarəetmə orqanında kilsə nümayəndəsi də iştirak edir. Şimali İrlandiya və İngiltərədə ümumtəhsil məktəblərində dini təhsil bütün mərhələlərdə icbaridir. Belə məktəblərə ictimai fondlardan da pul vəsaiti ayrılır və onun xərclənməsinə nəzarət olunur. Müstəqil şəkildə özünü idarə etməyən dövlət məktəblərini isə yerli təhsil idarələri maliyyələşdirir.

Birləşmiş Krallıqda müəyyən peşəyə, ixtisasa yiyələnmək istəyənlər peşə liseylərində, altıillik kolleclərdə və ya müvafiq kurslarda təhsil ala bilərlər. Ali məktəbə qəbul üçün hazırlıq kurslarından geniş istifadə olunur. Ali təhsil pilləsi bakalavriat, magistratura və doktorantura mərhələlərinə bölünür.

Hazırda Birləşmiş Krallığın ali məktəblərində 2 milyona yaxın tələbə təhsil alır. Gənclərin təxminən üçdə biri 18 yaşında ali təhsil müəssisələrinə (Şotlandiyada 50 faizi) üz tutur. Yaşlıların təhsili isə bütün pillələr üzrə təmin olunur, onların ümumi təhsil və ya peşə ixtisası əldə etməsinə hər cür şərait yaradılır.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next