“Təhsil” anlayışına müxtəlif təriflər, izahatlar, şərhlər verilib. Təhsil – insanların keçmişini, bu gününü və gələcəyini bütöv halında birləşdirən, insan inkişafının əsası və birinci göstəricisi olan mükəmməl vasitədir. Təhsilin inkişafında təhsil sistemlərinin aparıcı rolu vardır. Dünyada müxtəlif təhsil sistemləri vardır və bunların da özünəməxsus xüsusiyyətləri-qayda-qanunları vardır. Buna misal olaraq dünyada ən yaxşı təhsil sistemi hesab edilən “Bolonya” təhsil sistemini nümunə göstərə bilərik.
Təbii ki hal-hazırda dünyada bir çox ölkələr var ki, onlarda təhsil yüksək səviyyədə inkişaf edir, amma bəzi ölkələr də var ki,onlarda nəinki inkişaf getmir, hətta geriləmə də nəzərə çarpır. Bunlara misal olaraq Afrika ölkəkəri, Əfqanıstan, İraq və s. Məsələn Əfqanıstanda müharibə vəziyyəti ilə bağlı demək olar ki, təhsil sıfır səviyyəsindədir. Ölkədə çoxlu partlayışların baş verməsi məktəblərin yandırılması təhsilin inkişafına mane olur. Müharibədən əvvəl Taliblərin hakimiyyəti dövründə Əfqanıstanda qadınlara təhsil almaq qadağan edilmişdir. Yəni Əfqanıstan məktəblərinə qadınların getməsinə icazə verilmirdi. Bu da öz növbəsində təhsilin inkişafına mənfi təsir göstərirdi. Son məlumatlara görə Əfqanıstanın təhsilində tərpənmə baş verir. Məsələn bilidirilir ki, son yeddi il ərzində təhsilə çıxış xeyli artıb, tələbələrin sayı əvvəlkindən 700 faiz çox olub. Hazırda məktəblərdə 6 milyon 200 min nəfər oxuyur. Ölkədə 11000 məktəb fəaliyyət göstərir ki, onlardan 7600-ü 2002-ci ildə açılıb.
Yəqin hər birimizçin maraqlıdır ki, təhsil hansı regionlarda ölkələrdə daha sürətlə inkişaf edir. Bunun üçün bir sıra statistik məlumatlara nəzər yetirək
UNESCO Statistika İnstitutundan aşağıda gətirəcəyimiz rəqəmlər əsasən 2004-cü ilə aiddir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələri təhsildə ümumi iştirak dərəcəsinə görə də dünyada birincidir. Bura 31 ölkə daxildir: Birləşməş Ştatlar, Kanada və Meksika, Yaponiya və Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya, 23 inkişaf etmiş Avropa ölkəsi və Türkiyə. Bu qrupun ali və natamam-ali təhsildə ümumi iştirak dərəcəsi orta hesabla 71.2 faizdir
Ümumi iştirak dərəcəsinə görə ortalama 49.8%-lə Şərqi Avropa və Müstəqil dövlətlər birliyi ikinci yerdədir. Keçid iqtisadiyyatında olan bu ölkələr 1990-95-ci illərdə iqtisadi və siyasi çətinliklərlə üz-üzə qalsalar da, onların çoxu bir sıra keyfiyyət və kəmiyyət göstəricilərini bərpa etməyə, hətta yaxşılaşdırmağa nail oldular. Bəzi misallara (ali təhsildə uyğun iştirak dərəcəsinə) nəzər salmaq kifayətdir:
Belarus –60.5%, Estoniya –65.1%, Macarıstan –59.6%, Latvia –74,3%, Litva –73.2%, Polşa –61%, Rusiya –68.2%, Ukrayna –65.5%.
Bu qrupa daxil olan digər ölkələrin mühüm qismində Bolqarıstan, Çexiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rumıniya və s. kimi ölkələrdə uyğun iştirak dərəcəsi 40 – 50% ətrafındadır.
Bu qrupun geri qalanları kimlərdir?
Ermənistan – 26.2%, Tacikistan –16.4%, Türkmənistan (təqribən 20-21%), Özbəkistan (təqribən 15-16%), Azərbaycan isə sonuncu yerdədir –14.8%.
Statistika baxımından bütün ölkələrdə bu göstəricilər ilbəil artır – böyük qismində sürətlə, digər qismində az-az.
Azərbaycanın bu göstəriciləri ildən-ilə azalıb: 1990-də 23.9%, 1995-də 18%, 2000-də 16.3%, 2004-də 14.8% , 2005-də 14.7% olan Azərbaycan, orta göstəricisi 27.5% olan Latın Amerikası, 22.7% olan Yaxın Şərq və Şimali Afrika, 19.4 % olan Şərqi Asiya və Sakit Okean bölgəsindən də geri qalır. Onu da qeyd edək ki, 1999-2005-ci illər ərzində Bologna prosesinə qoşulan Avropa təhsil və elm nazirləri bütün imkanları səfərbər edib hamının ali təhsil almasına imkan yaratmağı öhdələrinə götürdülər. Nəticə etibarilə 46 Avropa ölkəsindən 45-də ali təhsildə iştirak faizi artdı, təəssüf ki, istisna ölkə Azərbayсandır.
Beş sərhədyanı qonşumuzda bu işlərin necə getməsi, təbii ki, xüsusi maraq doğurur. Yüksək təhsildə iştiraka görə regional yarışda
1990-da Rusiya 1-ci, Gürcüstan 2-ci, Azərbaycan 3-cü, Ermənistan 4-cü, Türkiyə 5-ci İran axırıncı-6-cı yerdə idi.
Və yaxud digər ölkədə, inkişaf səviyyəsinə baxaq;
2002-ci il Çində ali təhsilin kütləviləşməsinin başlanğıcı elan edildi; 1999 illə müqayisədə 2004-də tələbə qəbulu 226, 6% artdı. Bu sanballı siyasətin nəticəsi olaraq 2007-ci ildə hər üç pillədə cəmi ali məktəb məzunlarının sayına görə ABŞ ilk dəfə birinci yeri tərk etdi, Çin irəli çıxdı. Onu da qeyd edək ki, Azərbaycan iqtisadi artım sürətinə görə bu ölkələrin hamısından xeyli irəlidədir.
Dünya ölkələri təhsillərinin keyfiyyətli olması üçün hansı üsullardan istifadə edirlər?
Əlbəttə ki, dünya ölkələri öz təhsillərinin keyfiyyətli olması üçün çoxlu islahatlar aparıblar və ən müasir sistemə uyğunlaşdırıblar. Dünyada təhsildə qabaqcıl yerləri tutan Yaponiyada dövlət universitələri çox olsa da, tələbələrin əksəriyyəti özəl universitələrdə oxuyurlar. Yaponiyada bu üsulla təhsili kütləviləşdirdilər. Ali təhsilə daxil olma 74%-i keçdi. Və yaxud da Cənubi Koreyadakı statiskaya baxaq;
Cənubi Koreyada 1990-cı ildə orta məktəb məzunlarının 33,2 faizi, 2004-cü ildə isə 81 faizi ali məktəblərə daxil olmuşdu. Üstəlik Koreya xaricdə təhsil almağa ən çox tələbə göndərən ölkələrdən biridir (2006-7-ci dərs ilində Birləşmiş Ştatlara 62,392 min tələbə göndərmişdi).
Bəs ölkəmizdə vəziyyət necədir?
Ölkəmizdə bu baxımdan da vəziyyət ürək açan deyil. Belə ki hal-hazırda Azərbaycanda 34 dövlət və 15 özəl ali məktəb vardır. Azərbaycanda yalnız dövlət universitələrinə deyil, özəl universitələrə də hər il hər ixtisas üzrə nə qədər tələbə qəbul ediləcəyini hökumət müəyyən edir. Lakin xaricdə tamamilə bunun əksidir. Dövlət universitetləri istisna olmaqla,özəl universitetlər nə qədər tələbə qəbul edəcəklərini özləri müəyyən edirlər. Xaricdə daha bir üstünlük bundan ibarətdir ki, orada yaxşı təhsil verən özəl universitetə köməklik göstərilir. Lakin bizdə əksinə, yaxşı təhsil verən özəl universitet sıxışdırılır. Bu da öz növbəsində təhsilin keyfiyyətini aşağı salır.
Əlbəttə ki, bunların daha dərinliyinə getsək hamısı ayrı-ayrılıqda geniş mövzulardır. Beləliklə mən qısaca olaraq dünya təhsilindən məlumat verməyə çalışdım.
Qeyd: Statistik məlumatlar H.İsaxanlının “Müasir dünyada ali təhsil sistemində nələr baş verir” kitabından götürülmüşdür.
CELT 28 May
Rəşid Behbudov küç. 56
Azərbaycan Xarici Dillər Universitetinin yanı
Tel: 012 441 36 65, 012 418 08 67
salam mən bilmək istəyirəm ki,siz asiya ölkələrinə təhsil verirsiz?məsələn yaponiya,çin,misir,iran,malayziya,hindistan,cənubi koreya,indoneziyada bu ölkələrə təhsil verirsiz?birdə bu dediyim ölkələrə atestatla imtahansız qəbul aparırsız?zəhmət olmasa mənə köməklik göstərdiniz
Salam. Yaponiya, Çin Malaziya, Cənubi Koreya bəli. Qalan ölkələrə məncə heç bir Azərbaycanlı üçün uyğun deyil. Attestatla imtahansız qəbul mümkündür bəli. Ama İngilis dilini bilirsiniz hər halda.