Dövlət Hesabına Xaricdə Təhsil Al

Diqqət

Təhsil Nazirliyinin Dövlət Proqramı müvəqqəti dayandırılıb. Yenidən açıldığında elan edəcəyik. Əlavə təqaüdlər üçün TN nazirliyinin saytına yaza bilərsiniz.

Çin, Macarıstan və İtaliya üçün təqaüdlər var. Həmin dövlətlərin özləri tərəfindən maliyyələşdirilir. Ama ortalama balınız yüksək olmalı və IELTS sertifikatınız olmalıdır. Ən azı 6.5. 

Macarıstan üçün İçəri Şəhər ofisində Anar müəllimə, Çin üçün 28 May ofisində Həmidə xanıma və İtaliya üçün Nərimanov ofisində Baba müəllimə müraciət edin zəhmət olmasa. 

Türkiyənin bəzi özəl universitetləri yüksək TQDK balı olanlar üçün təqaüd edir. Bunun üçün İçəri Şəhər ofisində Fərid m zəng edib və ya WhatssApp ilə yaza bilərsiniz. 050 503 5939

Anlayışınız üçün təşəkkürlər!

 

Dövlət proqramı nədir?

Gənclərin xaricdə təhsil alması dövlətin də maraq dairəsindədir. Bu səbəblə də gənclərin xaricdə təhsil almasına kömək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” layihəsi həyata keçirilir.

Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalanmışdır.

Həmin sərəncama uyğun olaraq hazırlanmış “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulub.

Artıq 5 il ərzində 600-dən çox gənc bu proqram vasitəsilə xaricdə təhsil alır.5 il ərzində bu qədər gəncin xaricdə təhsil alması sevindirici hallardan biridir. 600 gənc arasında artıq xaricdə təhsillərini bitirib Azərbaycana geri dönənələr də var, hal-hazırda təhsillərini davam etdirən tələbələr vardır.

Təbii ki, Təhsil Nazirliyi vasitəsilə xaricdə təhsil almaq istəyən gənclər proritet ixtisas seçməlidirlər ki, təqaüd ala bilsinlər dövlətdən. Bunun üçün Təhsil Nazirliyinin təqdim etdiyi proritet ixtisasları bilmək vacibdir. Bu yazıda bu ixtisaslar haqqında məlumat verəcəyik. Öz biliklərinə güvənən tələbələr üçün bu proqram əlverişlidir.

Dövlət proqramına necə qoşulmaq olar?

Dövlət proqramına qoşulmaq istənilən gəncə nəsib ola bilər. Bir çox gənclər elə bilirlər ki, Təhsil Nazirliyi həm də qəbul proresini həyata keçirir. Qeyd edək ki, Təhsil Nazirliyi sadəcə sizin universitetdə təhsil almağaınız üçün maliyyəni təmin edir. Əlavə işləri siz özünüz etməlisiz. Yəni dövlət proqramına qoşulmaq üçün siz ilk öncə xaricdəki universitetə qəbul olmalısınız,sonra təxminən iyun-iyul aylarında müsabiqə elan olunur və sənədlərinizi Təhsil Nazirliyən təqdim edərək qoşula bilərsiz. Amma sizə maliyyyə verilməsi üçün gərək proritet ixtisaslardan birini seçəsiniz.

Hansı ixtisaslar üzrə maliyyə ayrılır?

2007-ci ildə demək olar ki, bütün istisaslar üzrə maliyyə ayrılırdı. Amma illər keçdikcə ixtisaslar ixtisar olunmağa başladı. Yəni getdikcə daha vacib olan ixtisaslara maliyyə ayrıldı. Biz hər il maliyyə ayrılan ixtisasları elan edirik.

2012/2013-cü tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün aşağıdakı prioritet ixtisas istiqamətləri müəyyən edilmişdir:

  • biologiya
  • fizika  
  • informasiya texnologiyaları  
  • kənd təsərrüfatı  
  • kimya 
  • qədim dillər  
  • mühəndislik  
  • nanotexnologiya 
  • neft sənayesi  
  • riyaziyyat  
  • tibb  
  • turizm  
  • iqtisadiyyat* 

 Qeyd olunan ixtisaslar üzrə siz xaricdə heç bir xərc çəkmədən təhsil ala bilərsiniz. Magistr üzrə təhsil almaq istəyənlər isə bakalavrda hansı ixtisas üzrə təhsil almısınızsa, magistr üzrə də eyni ixtisas üzrə təhsil almalısınız. Başqa üzrə təhsil almaq istəsəniz, Təhsil Nazirliyi sizə maliyyə ayırmayacaq.

 Hara müraciət edə bilərəm?

Həm ingilis dilinin tədrisi, həm Xaricdə təhsil prosesini həyata keçirən CELT Colleges sizlərə bu istiqamətdə istənilən köməyi etməyə hazırdır. Xaricdə universitetlər haqqında məlumat, Dövlət proqramı haqqında ətraflı məlumat, Universitet seçimində köməkliyin  göstərilməsi,Xaricdə təhsil almaq üçün lazımi imtahanlar və digər məslələrdə sizlərə kömək edə bilər. Artıq 10 ildən artıqdır ki, 300-dən çox tələbə bizim vasitəmizlə xaricdə təhsil alırlar. Əgər sizdə xaricdə xəyal etdiyiniz universitet varsa, bizə müraciət edin, xəyallarınızı reallığa çevirək.  

CELT Colleges 28 May

Rəşid Behbudov 54

(Xarici dillər universitetinin yanında)

Tel: 012 441 36 65, 055 760 76 76

277 thoughts on “Dövlət Hesabına Xaricdə Təhsil Al”

  1. Salam.dövlət hesabına xaricdə pulsuz təhsil almaq üçün keçirilən müsabiqədə nədən suallar verilir ? Müsabiqəni keçmək üçün nələri bilmək lazımdır?

  2. Salam mən Cənubi koreyada magistr təhsili almaq istəyirəm bu il 10-cu sinifdəyəm. Cənubi Koreyada magistr oxumaq olar? Diplomu Azərbaycanda tanınır? Pullu olsa illiyi nə qədərdir ? Çox xahiş edirəm ətraflı cavab yazın✨

  3. salam , dp universtet illiyinden basqa odediyi meblegleri qeyd ede bilersiz, yeni ev ucun ve ayliq verilecek mebleq ne qederdi

  4. Salam müəllim bir sualım var idi zəhmət olmazsa cavablandırardınız.2007-2015 Dövlət proqramında 11-ci sinifdən bir başa tələbə qəbul edən ölkələr üçün TQDK balı tələb edilirdi?Proqram yenidən başlasa TQDK əvəzinə SAT maksimum balının 65%-dən çoxu qəbul edilə bilər? Mənim balım maksimum balın 80%-dir

    1. Karimov Elgun
      <