Dövlət Hesabına Xaricdə Təhsil Al

Diqqət

Təhsil Nazirliyinin Dövlət Proqramı müvəqqəti dayandırılıb. Yenidən açıldığında elan edəcəyik. Əlavə təqaüdlər üçün TN nazirliyinin saytına yaza bilərsiniz.

Çin, Macarıstan və İtaliya üçün təqaüdlər var. Həmin dövlətlərin özləri tərəfindən maliyyələşdirilir. Ama ortalama balınız yüksək olmalı və IELTS sertifikatınız olmalıdır. Ən azı 6.5. 

Macarıstan üçün İçəri Şəhər ofisində Anar müəllimə, Çin üçün 28 May ofisində Həmidə xanıma və İtaliya üçün Nərimanov ofisində Baba müəllimə müraciət edin zəhmət olmasa. 

Türkiyənin bəzi özəl universitetləri yüksək TQDK balı olanlar üçün təqaüd edir. Bunun üçün İçəri Şəhər ofisində Fərid m zəng edib və ya WhatssApp ilə yaza bilərsiniz. 050 503 5939

Anlayışınız üçün təşəkkürlər!

 

Dövlət proqramı nədir?

Gənclərin xaricdə təhsil alması dövlətin də maraq dairəsindədir. Bu səbəblə də gənclərin xaricdə təhsil almasına kömək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” layihəsi həyata keçirilir.

Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalanmışdır.

Həmin sərəncama uyğun olaraq hazırlanmış “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulub.

Artıq 5 il ərzində 600-dən çox gənc bu proqram vasitəsilə xaricdə təhsil alır.5 il ərzində bu qədər gəncin xaricdə təhsil alması sevindirici hallardan biridir. 600 gənc arasında artıq xaricdə təhsillərini bitirib Azərbaycana geri dönənələr də var, hal-hazırda təhsillərini davam etdirən tələbələr vardır.

Təbii ki, Təhsil Nazirliyi vasitəsilə xaricdə təhsil almaq istəyən gənclər proritet ixtisas seçməlidirlər ki, təqaüd ala bilsinlər dövlətdən. Bunun üçün Təhsil Nazirliyinin təqdim etdiyi proritet ixtisasları bilmək vacibdir. Bu yazıda bu ixtisaslar haqqında məlumat verəcəyik. Öz biliklərinə güvənən tələbələr üçün bu proqram əlverişlidir.

Dövlət proqramına necə qoşulmaq olar?

Dövlət proqramına qoşulmaq istənilən gəncə nəsib ola bilər. Bir çox gənclər elə bilirlər ki, Təhsil Nazirliyi həm də qəbul proresini həyata keçirir. Qeyd edək ki, Təhsil Nazirliyi sadəcə sizin universitetdə təhsil almağaınız üçün maliyyəni təmin edir. Əlavə işləri siz özünüz etməlisiz. Yəni dövlət proqramına qoşulmaq üçün siz ilk öncə xaricdəki universitetə qəbul olmalısınız,sonra təxminən iyun-iyul aylarında müsabiqə elan olunur və sənədlərinizi Təhsil Nazirliyən təqdim edərək qoşula bilərsiz. Amma sizə maliyyyə verilməsi üçün gərək proritet ixtisaslardan birini seçəsiniz.

Hansı ixtisaslar üzrə maliyyə ayrılır?

2007-ci ildə demək olar ki, bütün istisaslar üzrə maliyyə ayrılırdı. Amma illər keçdikcə ixtisaslar ixtisar olunmağa başladı. Yəni getdikcə daha vacib olan ixtisaslara maliyyə ayrıldı. Biz hər il maliyyə ayrılan ixtisasları elan edirik.

2012/2013-cü tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün aşağıdakı prioritet ixtisas istiqamətləri müəyyən edilmişdir:

  • biologiya
  • fizika  
  • informasiya texnologiyaları  
  • kənd təsərrüfatı  
  • kimya 
  • qədim dillər  
  • mühəndislik  
  • nanotexnologiya 
  • neft sənayesi  
  • riyaziyyat  
  • tibb  
  • turizm  
  • iqtisadiyyat* 

 Qeyd olunan ixtisaslar üzrə siz xaricdə heç bir xərc çəkmədən təhsil ala bilərsiniz. Magistr üzrə təhsil almaq istəyənlər isə bakalavrda hansı ixtisas üzrə təhsil almısınızsa, magistr üzrə də eyni ixtisas üzrə təhsil almalısınız. Başqa üzrə təhsil almaq istəsəniz, Təhsil Nazirliyi sizə maliyyə ayırmayacaq.

 Hara müraciət edə bilərəm?

Həm ingilis dilinin tədrisi, həm Xaricdə təhsil prosesini həyata keçirən CELT Colleges sizlərə bu istiqamətdə istənilən köməyi etməyə hazırdır. Xaricdə universitetlər haqqında məlumat, Dövlət proqramı haqqında ətraflı məlumat, Universitet seçimində köməkliyin  göstərilməsi,Xaricdə təhsil almaq üçün lazımi imtahanlar və digər məslələrdə sizlərə kömək edə bilər. Artıq 10 ildən artıqdır ki, 300-dən çox tələbə bizim vasitəmizlə xaricdə təhsil alırlar. Əgər sizdə xaricdə xəyal etdiyiniz universitet varsa, bizə müraciət edin, xəyallarınızı reallığa çevirək.  

CELT Colleges 28 May

Rəşid Behbudov 54

(Xarici dillər universitetinin yanında)

Tel: 012 441 36 65, 055 760 76 76

277 thoughts on “Dövlət Hesabına Xaricdə Təhsil Al”

  1. Salam.men riyaziyyat informatika muellimliyi bitirib MIQ 57 balla kecib muellim islemisem.bundan sonra usaqliq xeyalimi gerkeclesdirmek ucun YÖS sinavi ile Turkiye Ali Fuad basgil Hukuk fakultesinu qaxanmisam hal hazirda 1 ci kursu bitirirem.dovlet teqautunnen nece istifade ede bilerem?

  2. Salam mən halhazırda Türkiyədə təhsil alıram bakalavr üzrə(Dil ve konuşma terapisi). Məzun olduktan sonra( öz ixtisasım üzrə) dövlət hesabına xarici ölkədə yenidən təhsil ala bilərəm mi?bununn üçün ortalama bal neçə olmalıdır? .

  3. Salam. Sabahınız xeyir. Riyaziyyat və informatika üzrə bakalavr təhsili alıram. Xaricdə təhsil almaq istəyirəm. Bakalavr ortalama balım minumum neçe olmalidir ?

  4. Salam, mən iqtisadiyyat üzrə dövlət hesabına bakalavr dərəcəsi almışam. Bundan sonra isə İnformasiya texnologiyaları sahəsində təhsil almaq istərdim. Hansı təhsil səviyyəsinə müraciət edə bilərəm və dövlət hesabına mümkündürmü?

    1. Salam. Bildiyim qədər sadəcə bir dəfə dövlət hesabına oxumaq mümkündür. Xaricdə isə ancaq PhD dərəcəsi üçün təqaüd var. qalan dərəcələr öz hesabınıza olamlıdır

      1. Salam men hal hazırda UNEC 3 kurs telebesiyem
        İelts sertificatı alıb magistr tegaud le oxuya bilerem
        Hal hazırda azerbaycanda magistr oxumag istiyirem sonra xaricdə təgaud lə təhsil mumkundur və burda oxumag vaxt itgisidir?

  5. Salam,bakalavr ortalama balı,gələcəkdə magistrı xaricdə oxumaq üçün təsir edir? Bir də hansı ixtisası oxuyursansa magistrdada onu seçməyə məcbursan?

    1. Salam. Bəli, təsir edir. Eyni ixtisas olmasa belə yaxın ixtisas seçilməli və ya MBA fakutəsi seçilməlidir.

  6. Salam. Men 10-cu sinif şagirdiyəm. Hal hazırda 1 qrupa hazırlaşıram. Universitete qebul olandan sonra 1-ci ve ya 2-ci kursdan sonra dövlət hesabına təhsilimi Böyük Britaniyada ve ya Almaniyada davam etdire bilerem? Ve bunun üçün mene birinci növbədə ne lazımdır?

  7. Salam mən hal hazırda ADPU da ibtidai sinif müəllimliyi üzrə oxuyuram.(magistratura). Bakalavr ixtisasım isə korreksiyaedici təlim olub.(qüsurlu uşaqlarla işləmə).Mən doktorantura pilləsi üçün bu 2 ixtisasdan hansısa biri üzrə xaricdə dövlət hesabına oxuya bilərəm ? Əsasən Norveç və Isveç maraqlıdır.Indiden təşəkkürlər.

    1. Salam. Bəli mümkündür. Sizin toefl və ya ielts balınız olmalidir. Üniversitete qebul aldıqdan sonra təqaüd proqramına sənəd göndərə bilərsiz.

  8. Salam. Men 9-cu sinifi bitirmisem bu il kollec oxumaq isteyirem. Daha sonra universitet oxumaq isteyirem. Universitet tehsilinden sonra magistr oxuya bilerem? Kolec bitirmeme baxmayaraq bu ola biler yoxsa mutleq 11-ci sinifi bitirib imtahan vermeliyem ? Cavab yazsaniz sevinerem. Tesekkurler

      1. Salam. TIBB proqramını nəzərdə tutursunuzsa, nəzəri cəhətdən bəli, praktiki olaraq xeyir. 1. Nəzəri cəhətdən YÖK DIM imtahanını rəsmi qəbul edir ama rəqabətdə SAT və YÖS üstün tutulur və dım ilə demək olar ki qəbul olmaq olmur.

  9. Salam men 11-ci sinif şagirdiyem.DİM bali ile yeni atestat+qebul bali ile turkiyede dovlet hesabına tibb oxuya bilerem?olarsa nece ve hara muraciet etmeliyem?

    1. Salam. Qısaca xeyir. Dövlət hesabı yoxdur. SAT və TOEFL olsa qəbul ola bilərsiniz. Turkiye burslarından keçsəniz onların hesabına oxuya bilərsiniz

    2. Salam mən bu il qəbul oldum BDU Coğrafiya ixtisasına və gələcəkdə bu sahə üzrə magistr təhsilidə almaq istəyirəm dövlət hesabına bu mumkündür?

  10. Salam. Mən 10-cu sinif şagirdiyəm. Gələcəkdə magistr təhsilimi xaricdə almağı düşünürəm. Sizinlə necə əlaqə saxlaya bilərəm? Çünki bir çox sualım var və bu barədə ətraflı məlumat öyrənmək istəyirəm. Xahiş edirəm, qısa müddətdə mənə cavab verin. Təşəkkürlər!

  11. Salam)
    Hal hazırda 2020 ili üçün xaricdə dövlət hesabına təhsil proqramı diyandırılıb? Hər hansı məlumatınız varmı? 11ci sinif tələbəsiyəm və bilmək istərdim ki bu il gedə biləyəcəmmi dövlət hesabına?

      1. Salam .Sizden melumat almaq isterdim .Hal hazirda 9 cu sinifde oxuyuram . Xarici olkede 10cu sinifi oxumaq isterdim.Hansi dovlet proqrami ile hazirlasmaq olar .Etrafli melumat almaq olar ? Tesekkur edirem.

      2. salam. xarixdəki orta məktəblərə müraciət edə bilərsiniz. Amma dövlət hesabına təhsil yox, ödənişli oxuyacaqsınız.

    1. Salam3 kursda oxuyuram Azərbaycan Dövlət Pedaqoji Universitetində ikinci təhsil almağı fikirleşirem Fransanın Starsburq. Universiteti hüquq ixtisası amma indi oxuduğum ixtisas ibtidai sinif müəllimiyidir . Fransada bakalavr kimi təhsil almaq istəyirəm bilmək istəyərdim ki mən ilets neticemle xarici universitete qəbul ola bilərəm? Fransız dili vacibdir ? Dövlət hesabına Fransada təhsil almaq olar ?

      1. Salam. Qısaca dövlət hesabı sadəcə doktorantura üçündür. Hüquq üçün gərək bakalavr hüquq olsun. Çox güman ki təhsil fransızcadır. Məntiqlə fransızca da lazımdır

      1. Salam. Mən 10-cu sinif şagirdiyəm. Hal hazırda 1-ci qrupa hazırlaşıram. Universitete qebul olandan sonra dövlət hesabına təhsilimi (proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasi uzre) Böyük Britaniya və ya Almaniyada davam etdiriə bilərəm? Bunun üçün mene birinci növbədə ne lazımdır?

      1. Salam,bakalavr ortalama balı magistraturanı xaricdə oxumaq üçün önəmlidir? Bir də bakalavrı nə oxusan magistrdada eyni oxumaq məcburiyyətindəsən?dövlət hesabına xaricdə magistr oxumaq üçün tələblər nədir?

      2. Bəli, bakalavr ortalaması önəmlidir. Eyni olmasa belə, yaxın ixtisaslar seçilməlidir. yaxud da MBA təhsili ala bilərsiniz. Ortalama bal yaxşı olmalı, dil sertifikatı və digər əlavə təhsil nailiyyətləri və əgər varsa iş təcrübəsi.