Dövlət Proqramı çərçivəsində Xaricdə Doktorantura Təhsili 2021-ci il yaz semestri üçün sənəd qəbulu ELAN OLUNUR!

Tədris ili: 2021-ci ilin yaz semestri
Son tarix: 15.12.2020/23:59

Hədəf: Azərbaycan ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi məqsədilə dünyanın ən reytinqli universitetlərində doktorantların hazırlığını təmin etmək.

Hədəf qrupu: Prioritet elm sahələri üzrə yüksək tədqiqat bacarıqlarına malik gənc tədqiqatçılar

Prioritet ixtisas istiqamətləri: Siyahı ilə buradan tanış ola bilərsiniz.

Universitetlərin siyahısı:

Cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə (2020-ci il üzrə) 500-cü yerdən aşağı olmayan sırada yer alan universitetlər:

  1. Times Higher Education (THE) World University Rankings”;
  2. Academic Ranking of World Universities (Shanghai)”.

Müddət: Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi təhsil aldıqları xarici ali təhsil müəssisələri tərəfindən müəyyən edilən minimum normativ təhsil müddətində həyata keçirilir.

Qarşılanan xərclər:

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi aşağıdakı xərcləri əhatə edir:

  • təhsil xərcləri;
  • viza və təhsil aldığı ölkədə qeydiyyatxərcləri;
  • aylıq yaşayış xərcləri;
  • tibbi sığorta xərcləri;
  • beynəlxalq nəqliyyat xərcləri.

Ətraflı: Müvafiq maliyyələşdirilmə qaydalarının 2-ci maddəsi.

  • Namizədin       xarici      ölkənin       ali      təhsil      müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisas istiqamətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası    vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları”na uyğunolması;
  • namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
  • namizədin bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olması;
  • namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı xarici ali təhsil müəssisəsinin (təhsil iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, onların hamısının) beynəlxalq reytinqlərin (“Times Higher Education World University Rankings”, “Academic Ranking of World Universities”) hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500 yerdən aşağı olmayan sırada yer alması:
  • Azərbaycan Respublikası ali təhsil müəssisəsinin xarici ali təhsilmüəssisəsində təhsili başa çatdıqdan sonra namizədin pedaqoji fəaliyyətə cəlb edilməsi üçün onunla əmək müqaviləsi bağlamağa razılığının olması;
  • namizədin həqiqi hərbi xidmət keçməsi, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək çağırışa möhlətinin olması və ya çağırışdan azad edilməsi;

Ətraflı: Müvafiq seçim qaydalarının 2-ci maddəsi.

Diqqət:

Aşağıdakı hallarda namizəd müsahibəyə buraxılmır :

  • Müvafiq seçim qaydalarının 3.2-ci bəndinə uyğun olaraq tələb olunan sənədlər natamam təqdim edildikdə və ya həmin sənədlərdə uyğunsuzluqlar aşkar edildikdə;
  • Müvafiq seçim qaydalarının 2.2-ci bəndində göstərilən qaydada aparılmış qiymətləndirmə nəticəsində namizədin seçim meyarlarına uyğun olmadığı müəyyən edildikdə.

Son müraciət tarixi: 15.12.2020-ci il

Müraciət proseduru:

  1. Müraciət elektron ərizə sistemi vasitəsi ilə həyata keçirilir: http://app.dp.edu.az/
  2. Elektron ərizəni doldurmağa keçmədən öncə müvafiq təhsil səviyyəsi üzrə tələb olunan bütün sənədlərin elektron surətlərini hazırlamağınız tövsiyə olunur;

Müraciət üçün tələb olunan sənədlər:

Sənədin adıTələbQeyd
 Qəbul sənədi  
Qeyd: hazırda təhsil alanlar üçün müvafiq arayış.
İngilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin      notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi.Minimum  normativ təhsil müddəti, dərslərinizin başlama və proqnozlaşdırılan məzuniyyət tarixi göstərilməsi tövsiyə olunur.
Razılıq məktubu – nümunə ilə      buradan     tanış      ola
bilərsiniz.
Qeyd: sözügedən məktubu əldə etmək üçün yerli ali təhsil   müəssisələri tərəfindən  təyin  edilmiş müvafiq  nümayəndələrlə əlaqə saxlamağınız tövsiyə edilir.           Nümayəndələrin siyahısı ilə buradan tanış ola bilərsiz.
Təhsilinizi     başa      vurub Azərbaycana   qayıdan zaman  yerli ali  təhsil müəssisəsinin  pedaqoji fəaliyyətə  cəlb edilməyiniz üçün sizinlə əmək  müqavilə bağlanılmasına   dair razılıq məktubu
Diplom(lar) və əlavəsi(ləri)Namizədlərin diplom və əlavələri notarial qaydada təsdiq edilməlidir.Ali təhsilini başa vurmuş, lakin bu və ya digər səbəblər üzündən seçimin aparıldığı müddətdə ali təhsil haqqında sənəd
almamış namizədə bu barədə ali təhsil müəssisəsi tərəfindən verilmiş arayış təqdim edilməlidir.
Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənədMüvafiq səhifələr notarial  qaydada təsdiq edilməlidir.Əsas səhifə ilə yanaşı müvafiq məlumatların qeyd olunduğu səhifələrdə təqdim edilməlidir
Tövsiyə məktubları2 ədədHər iki tövsiyə məktubu ərizəçinin  doktorantura səviyyəsi  üzrə təhsil alma bacarıqları barədə rəyi  özündə  ehtiva etməli  və professor- müəllim tərəfindən rəsmi şəkildə təsdiqlənmiş olmalıdır.
Sağlamlıq  haqqında arayışSağlamlıq haqqında arayışın forması AZS-086/1 olmalıdır.
Şəxsiyyəti təsdiq edən sənədŞəxsiyyət vəsiqəsinin hər iki üzü
Tədqiqat işiAzərbaycan dilində və 2000 sözdən az olmayan həcmdəTədqiqat planı:
1. qısa xülasə
2. metodologiya
3. tədqiqat sualı
4. biblioqrafiya
Elmi-məqalələrin surətləri (mövcud olduğu halda)Xarici ölkələrin təsir gücünə (impakt faktoruna) malik olan, istinad indeksli elmi nəşrlərində dərc olunmuş elmi məqalələr olmalıdır.

Ətraflı: Müvafiq seçim qaydalarının 3-cü maddəsi.

3 tərəfli müqavilə forması: Dövlət Proqramı çərçivəsində təhsil almaq hüququ qazanmış şəxslərlə 3 tərəfli (Təhsil Nazirliyi, razılıq məktubunu təqdim edən yerli ali təhsil müəssisəsi və doktorant) müqavilə imzalanır. Proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsi sözügedən müqavilə əsasında həyata keçirilir. Müqavilə forması ilə keçiddən tanış ola bilərsiniz.

Müraciətin izlənməsi: Namizədlər müraciətlərini Elektron Ərizə Sisteminin “Şəxsi kabinet” bölməsindən izləyə bilərlər.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir