Dövlət Proqramı çəçivəsində Taylandda təhsil almaq imkanı!

Tayland Beynəlxalq Əməkdaşlıq Agentliyi 2021-2022-ci tədris ili üçün nəzərdə tutulmuş Tayland Beynəlxalq Magistr Təqaüd Proqramını elan edir.
Təhsil səviyyəsi: magistratura;
Kvota: 5 yer;
Tədris dili: ingilis;
Müraciət üçün son tarix: 15.03.2021

Müraciət qaydası

  • Təqaüd proqramına müraciət edəcək iddiaçılar Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət etməli Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.
  • Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron sistem vasitəsi ilə bildiriləcəkdir;
  • Elektron sistemə yüklənmiş sənədlərin notarial qaydada təsdiqini mütləq qaydada müsahibə zamanı əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur;
  • Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaqdır;
  • Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır;
  • Seçim nəticələrinə dair apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur;
  • Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Tayland tərəfinə təqdim ediləcəkdir;
  • Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Tayland tərəfinə göndərilmiş namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə* seçim sıralamasına uyğun olaraq göndəriləcəkdir;

*Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilmiş universitetlərdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaqdır.

  • Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2021-ci ilin yay ayları ərzində təqdim olunması gözlənilir.

Maliyyələşmə:
Maliyyələşmə barədə ətraflı məlumatı keçiddən əldə etmək mümkündür.

Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar:

Namizədlər yalnız aşağıdakı tələblərə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər:

  • Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər ixtisasa uyğun olmalıdır (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur);
  • İddiaçıların seçdiyi hər bir ixtisas eyni ixtisas istiqaməti üzrə olmalıdır;
  • Magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 400, digər sahələr üzrə ən azı 450 bal toplamalıdırlar;
  • Ölkənin yerli ali təhsil müəssisələrində magistratura səviyyələrində təhsil alan şəxslər təhsillərinin 50%-dən çoxunu tamamlamamış olmalıdır;
  • Magistratura səviyyəsinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 69 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 69 və ya 4 ballıq sistem üzrə 2.76; 5 ballıq sistem üzrə 3.45 baldan aşağı olmamalıdır;
  • “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən, 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcəkdir;

Qeyd: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (…dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər.
Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Bu qayda yalnız müvafiq təqaüd proqramının müsahibə mərhələsinə buraxılmış şəxslərə şamil edilir.

Tələb olunan sənədlər:

  • Ərizə forması (keçid)
    Əlavə olaraq Azərbaycan tərəfinin elektron ərizə sistemi doldurulmalı və yuxarıdakı ərizə forması qəbul sənədi hissəsinə yüklənilməlidir.
  • CV (ingilis dilində, maksimum 2-3 səhifə)
  • şəxsiyyət vəsiqəsinin ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
  • namizədlər 50 yaşdan aşağı olmalıdır;
  • ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti;
  • sağlamlıq haqqında arayış (ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti)
  • bakalavr təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət edənlər üçün) ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
  • Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilərin ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
  • Motivasiya məktubu (250-500 sözlük, ingilis dilində);
  • Tövsiyə məktubları (ən azı 3 şəxs tərəfindən olmalıdır, ingilis dilində);
  • Dil sertifikatı (tədris dili ingilis dilində olan ixtisaslar üçün minimum İELTS (6.5)/TOEFL(79)

Qeyd: Proqramın tələblərinə görə dövlət sektorunda çalışanlar namizədlərə üstünlük verilir. Sənədlər 3 nüsxədə (1 orijinal, 2 nüsxə) olmaq şərtilə təqdim olunmalıdır.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next